Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4148/2024 28.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı cavabdeh X4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinin mümkünlüyünə, məhkəmənin binasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh X4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 MMC-nin direktoru X1 tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli, 39 saylı əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair müvafiq qaydaya riayət etməmiş, mübahisənin mediasiya vasitəsilə nizama salınmasına dair qanunvericiliklə müəyyən olunmuş müvafiq qaydaya riayət etməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 25.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. 27.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri; 27.1.2. kollektiv əmək mübahisələri. 27.2-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi təqdim etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyəqədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh X4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya mübahisənin məhkəməyə qədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4148/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4148/2024
28.06.2024 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver