Məhkəmə qərarları › İş №2(125)-415/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-415/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-415/2022 12.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Museyib qızının katibliyi, İddiaçı, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı 644 manat 15 qəpik məbləğində pul vəsaitinin cavabdehdən «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 644 manat 15 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 644 manat 15 qəpik məbləğində pul vəsaitinin cavabdehdən «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh almış və həmin fərdi yaşayış evinə dair hüquqlarını dövlət qeydiyyatından keçirmişdir. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evini aldıqdan sonra Cavabdeh 2016-cı ildən 2022-ci ilədək istifadə etdiyi suya görə ödənişləri etmədiyi və nəticədə 644 manat 15 qəpik məbləğində borcunun yarandığını ona məlum olmuşdur. Qeyd olunan borc ödənilməli olsa da, M.B.İrahimova müxtəlif bəhanələrlə həmin borcu ödəməkdən boyun qaçırmışdır. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı etiraf edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evi əvvəllər onun mülkiyyətində olmuş, sonradan o, həmin fərdi yaşayış evini iddiaçıya satmışdır. «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinin əməkdaşları 2016-2022-ci illər ərzində sudan istifadə etməsi ilə əlaqədar borcunun olmasına görə ona heç bir bildiriş vermədiklərinə görə o, borcunun olmadığını düşünmüş və heç bir ödəniş etməmişdir. Lakin Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evini iddiaçıya satdıqdan sonra sudan 2016-2021-ci illərdə istifadəyə görə onun 644 manat 15 qəpik məbləğində borcunun olduğu ona məlum olmuşdur. Qeyd olunan səbəbdən də o, iddia tələbini etiraf edir və Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evində 2016-2021-ci illərdə sudan istifadə ilə əlaqədar yaranmış 644 manat 15 qəpik məbləğində borcun ondan «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmasına razıdır. Sonda Cavabdeh iddianın etirafına dair ərizəsini məhkəməyə təqdim edərək, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu və iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi A.C.Rəhimov iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında 16 dekabr 2021-ci il tarixdə Cavabdeh almışdır. İşdə olan «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş abonent kartından çıxarışdan görünür ki, Cavabdeh 2016-cı il tarixdən 2022-ci ilin yanvar ayınadək sudan istifadəyə görə «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinə borcu 644 manat 15 qəpik təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evində 2016-cı ildən 16 dekabr 2021-ci il tarixədək sudan istifadə ilə əlaqədar «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinə 644 manat 15 qəpik məbləğində borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.«Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə görə ödənişlər müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə və icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 4.1.3-cü bəndinə görə bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Buna görə də məhkəmə İddiaçı Cavabdeh qarşı 644 manat 15 qəpik məbləğində pul vəsaitinin cavabdehdən «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmasını tələb etməsini, Cavabdeh isə iddia tələbini etiraf etməsini nəzərə alaraq, hesab edir ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evində 2016-cı ildən 16 dekabr 2021-ci il tarixədək sudan istifadə ilə əlaqədar yaranmış borcun əvəzi qismində 644 manat 15 qəpik məbləğində pul vəsaiti «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 3 saylı fərdi yaşayış evində 2016-cı ildən 16 dekabr 2021-ci il tarixədək sudan istifadə ilə əlaqədar yaranmış borcun əvəzi qismində 644 (altı yüz qırx dörd) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti «Azərsu» açıq səhmdar cəmiyyətinin «Gəncə Sukanal» törəmə açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar