Məhkəmə qərarları › İş №2(125)-4160/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4160/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4160/2023 11.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı 06 aprel 2022-ci il tarixli 10-Y-1-0-995-22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 872 manat 27 qəpik, 06 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 44 manat 13 qəpik, müqavilənin bitdiyi tarixdən – 06 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2 manat 40 qəpik, cərimə qismində 133 manat 88 qəpik, cəmi 1.052 manat 68 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 53 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə illik 14% borc faizləri ödəməsi şərtilə, 12 ay müddətinə 2.500 manat məbləğində kredit vermişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh 06 aprel 2022-ci il tarixli 10-Y-1-0-995-22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 872 manat 27 qəpik, 06 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 44 manat 13 qəpik, müqavilənin bitdiyi tarixdən – 06 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2 manat 40 qəpik, cərimə qismində 133 manat 88 qəpik, cəmi 1.052 manat 68 qəpik məbləğində borcu vardır. Cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də İddiaçı ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək, bildirdi ki, o, iddianı əsas borc qismində 872 manat 27 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 44 manat 13 qəpik, kredit müqaviləsinin bitməsindən sonra hesablanmış faiz borcu qismində 2 manat 40 qəpik məbləğində pul tələbinə dair hissədə qəbul etsə də, digər hissədə qəbul etmir. Belə ki, onunla İddiaçı ASC arasında bağlanmış 06 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 2.500 manat məbləğində pul vəsaiti kredit verilmişdir. O, həmin borcu əvvəllər vaxtında ödəsə də, sonradan maddi vəziyyəti pisləşmiş və buna görə də cədvəl üzrə ödənişlərdə fasilələr yaranmışdır. O, iddiaçı Banka olan əsas və faiz borcunu maddi imkanı olduğu halda dərhal ödəyəcəkdir. Lakin cərimə qismində iddiaçı tərəfindən hesablanmış məbləğ hədsiz yüksək olmaqla, mütənasib deyildir. Qeyd olunan səbəbdən də iddia cərimə qismində pul tələbinə dair hissədə təmin olunmamalıdır. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 aprel 2022-ci il tarixli, 10-Y-1-0-995-22 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə illik 14% borc faizləri ödəməsi şərtilə, 12 ay müddətinə 2.500 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli, 10-Y-1-0-995-22 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə borcu əsas borc qismində 872 manat 27 qəpik, 06 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 44 manat 13 qəpik, müqavilənin bitdiyi tarixdən – 06 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2 manat 40 qəpik, cərimə qismində 133 manat 88 qəpik, cəmi 1.052 manat 68 qəpik təşkil edir. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 06 aprel 2022-ci il tarixdə 2.500 manat məbləğində pul vəsaitini almışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində əsas borc qismində 872 manat 27 qəpik, 06 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 44 manat 13 qəpik, müqavilənin bitdiyi tarixdən – 06 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2 manat 40 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 133 manat 88 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 aprel 2022-ci il tarixli 10-Y-1-0-995-22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 872 manat 27 qəpik, 06 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 44 manat 13 qəpik, müqavilənin bitdiyi tarixdən – 06 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2 manat 40 qəpik, cərimə qismində 5 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 53 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 06 aprel 2022-ci il tarixli 10- Y-1-0-995-22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 872 (səkkiz yüz yetmiş iki) manat 27 (iyirmi yeddi) qəpik, 06 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 44 (qırx dörd) manat 13 (on üç) qəpik, müqavilənin bitdiyi tarixdən – 06 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2 (iki) manat 40 (qırx) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 53 (əlli üç) qəpik, cəmi 954 (doqquz yüz əlli dörd) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar