Məhkəmə qərarları › İş №2(125)-417/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-417/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-417/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 4464 (dörd min dörd yüz altmış dörd) manat məbləğində pulun və 65 (altmış beş) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Gəncə şəhəri Nizami küçəsində yerləşən “Still Kids” adlanan mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh bir neçə dəfə ondan qızıl-zinət əşiyaları aldığına görə tanımışdır. Cavabdeh tez-tez mağazaya gələrək qızıl-zinət əşyalarının qiymətləri ilə maraqlanırdı. Bununla da bir müştəri kimi səmimi münasibəti yaranmağa başlamışdır. Cavabdeh 2023-cü ilin sentyabr ayında ona müraciət edərək atasına Rusiya Federasiyasında biznesini inkişaf etdirmək üçün 1 aylıq 3600 manat borc pul lazım olduğunu bildirdi. O, isə Elnarənin müştərisi olduğu və ona etibar etdiyi üçün köməklik məqsədilə 1 aylıq müddətinə ona 3600 manat borc pul vermişdir. Bir müddət sonra Cavabdeh 3600 manat borcundan cəmi 1568 manat hissəsini ona qaytarmışdır. Yerdə qalan 2032 manat borcu isə bir dəfəyə yox hisə-hissə ayda 500 manat olmaqla qaytaracağını bildirmiş, o isə cavabdehlə razılaşmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə mağazaya gələrək özü üçün pulunu 1 ay müddətində ödəmək şərti ilə ondan 2432 manat dəyərində qızıl-zinət əşyası istəmişdir. Cavabdeh onun etibarını qazandığı üçün ona inanaraq 2432 manat dəyərində qızıl-zinət əşyasını vermişdir. Lakin bir aydan çox müddət keçməsinə baxmayaraq, Elnarə nə qızılları nə də ki, borc aldığı pulu qaytarmamışdır. Dəfələrlə Elnarədən ona cəmi borclu olduğu 4464 manatı tələb etsə də müxtəlif bəhanələr edərək qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, qızıl alış-satışı ilə məşğul olduğuna görə Cavabdeh ilə bir neçə ildir münasibəti vardır. Cavabdeh ondan dəfələrlə özü və qohumları üçün nisyə qaydada qızıl alaraq pulunu sonradan ona hissə-hissə ödəmişdir. Hazırkı tələbi cavabdehə qarşı iki hissədən ibarətdir. Belə ki, cavabdeh 2023-cü ilin sentyabr ayında əvvəlcə ondan 3600 manat borc pul almışdır. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh həmin pulu 1 ay müddətinə ona qaytarmalı idi. Lakin cavabdeh borc aldığı həmin puldan 1568 manatını ödəsə də qalan 2032 manatı ödəməmişdir. Bundan başqa cavabdeh 22 dekabr 2023-cü ildə ondan nisyə qayda 2432 manat dəyərində qızıl-zinət əşyasını nisyə qaydada almış və bu günədək həmin məbləği ödəməmişdir. Beləliklə cavabdehlə aralarında bağlanan borc və nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin ona ümumilikdə 4464 manat borcu qalmışdır. Cavabdeh həmin məbləğdə ona borclu olması həm yazılı qəbzlə, həm də özünün etirafı olan səs yazısı ilə təsdiq olunur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, onun İddiaçı ilə münasibətləri əvvəllər yaxşı olmuşdur. Belə ki, o, iddiaçının işlədiyi mağazadan bir neçə dəfə olmaqla özü və yaxınları üçün müxtəlif vaxtlarda bir-neçə dəfə qızıl-zinət əşyasını nisyə qaydada almış və pulunu sonradan iddiaçıya ödəmişdir. Həmçinin aralarında olan etibara əsasən iddiaçı ona hissə-hissə olmaqla, ümumilikdə 6000 manat borc pul vermişdir. O da həmin pulu iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıdan 2023-cü ildə aldığı borca görə 1200 manat verəcəyi qalmışdır. Bundan əlavə o, 12 dekabr 2023-cü il tarixdə İddiaçı 2432 manat dəyərində qızıl-zinət əşyasını borc olaraq almış və pulunu bu günə kimi ödəməmişdir. Beləliklə onun iddiaçıdan borc aldığı pula və nisyə aldığı qızıl-zinət əşyasına görə ümumilikdə 3632 manat borcu vardır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - 22 dekabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı olan 25,6 qram çəkidə, 2432 manat dəyərində qızıl aldığını, pulunu xx.xx.2024-cü il tarixdə qaytaracağını qeyd etmişdir. - SD diskə olan səs yazılarına qulaq asılan zaman müəyyən olunur ki, Cavabdeh İddiaçı səs göndərərək ona ümumilikdə borclu olduğu 4564 manatı yaxın günlərdə ödəyəcəyini bildirmişdir. - 15 oktyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Gəncə Şəhər Məhkəməsində iddia qaldırmaq məqsədilə hökumət ödəniş portalına 65 manat 40 qəpik ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının alqı-satışı ilə məşğul olduğuna görə Cavabdeh ilə etibarlı münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bir neçə dəfə nisyə-alqı satqı müqavilələri bağlanmış və cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin iddiaçı 2023-cü ilin sentyabr ayında cavabdehə 3600 manat borc pul vermişdir. Onların aralarında olan şifahi razılaşmaya görə cavabdeh həmin pulu 1 ay müddətinə iddiaçıya qaytarmalı idi. Lakin cavabdeh borc aldığı 3600 manatdan 1568 manatını ödəsə də qalan 2032 manatı ödəməmişdir. Bundan əlavə, 22 dekabr 2023-cü ildə cavabdeh iddiaçıdan 2432 manat dəyərində qızıl-zinət əşyasını nisyə qaydada almış və pulunu hal-hazıra kimi ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etmiş, iddiaçıdan 2432 manat dəyərində qızıl zinət əşyasını 22 dekabr 2023-cü il tarixdə nisyə qaydada aldığını, lakin pulunu ödəmədiyini, iddiaçıdan həmçinin 6000 manat borc aldığını, lakin bu günə həmin borcdan 1200 manat qalmaqla ümumilikdə iddiaçıya 3632 manat borcu qaldığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan nisyə qaydada 2432 manat dəyərində qızıl-zinət əşyası alması işin mübahisəsiz halıdır. Bu baxımdan iddiaçının tələbi nisyə alqı-satqı müqaviləsinə münasibətdə əsaslı olmaqla təmin olunmalıdır. Həmin hissədə iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin nisyə alqı-satqısı müqaviləsinə dair normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında cavabdeh 2432 manat dəyərində qızıl zinət əşyasını nisyə qadada iddiaçıdan aldığını və pulunu ödəmədiyini etiraf edərək iddia tələbini həmin hissədə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı yuxarıda qeyd edilən hissədə etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Digər tərəfdən məhkəmə tərəflər arasında olan borc münasibətilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının cavabdehə 2023-cü ildə 1 ay müddətinə qaytarmaq şərti ilə 3600 manat borc verməsi faktı məhkəmə iclasında öz təsdiqini tapmışdır. Baxmayaraq ki, bu hissədə cavabdehlə iddiaçının arasında fikir ayrılığı vardır. İddiaçı cavabdehə 3600 manat borc verdiyini bildirsə də cavabdeh iddiaçıdan aldığı borcun 6000 manat olduğunu göstərmişdir. Məhkəmənin qənaətinə görə cavabdehin borc olaraq iddiaçıdan aldığı məbləğ 3600 manatı aşdığından iddia tələbindən kənara çıxmayaraq iddiaçının cavabdehə məhz 3600 manat borcun verilməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən cavabdeh borc müqaviləsi üzrə iddiaçıya 1200 manat borcunun qaldığını göstərsə də bunu məhkəmə iclasında mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Əksinə iddiaçının təqdim etdiyi SD diskdə olan səs yazısında cavabdeh iddiaçıya ümumilikdə 4564 manat borcu olduğunu etiraf etmişdir ki, bu da işin həqiqi halına uyğun gəlir. Bundan başqa cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi çoxsaylı ödəniş qəbzlərinə də məhkəmə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında məlum olduğu kimi tərəflər arasında müxtəlif dövrü əhatə edən xeyli sayda mülki hüquq münasibətləri (nisyə qızıl zinət alışına dair əqdlər bağlandığı) yarandığı üçün məhz iddiaçının təqdim etdiyi həmin qəbzlər üzrə ödənilən pulların məqsəd və təyinatını müəyyən etmək mümkün deyildir. Başqa sözlə qeyd olunan qəbzlər üzrə ödənilən pulların ümumi məbləği 14494 manat olmaqla tərəflər arasında olan borc məbləğini dəfələrlə aşır. Bu baxımdan məhkəmə cavabdehin iddiaçıdan aldığı 3600 manat borcdan yalnız ödənilməmiş 1200 manat qalmasına dair dəlilini əsaslı hesab etmir. Məhkəmə borca dair hissə ilə bağlı iddiaçının qeyd etdiklərini əsaslı hesab edir. Yəni, məhkəmənin qənaətinə görə iddiaçı cavabdehə 3600 manat məbləğində borc vermiş, həmin borcdan 1568 manatı cavabdeh tərəfindən ödənilmiş, 2032 manat isə cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçı cavabdehə borc verdiyi puldan qalıq qalan 2032 manat pulu tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmə, müəyyən olunmuş işin faktiki halları ilə bağlı həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, tərəflər arasında 3600 manat məbləğində pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamış, yazılı formada müqavilə bağlanmamışdır. Başqa sözlə, tərəflər arasında 3600 manat pulun borc verilməsinə dair yalnız şifahi əqd bağlanmış, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəni ədq yazılı formada tərtib olunmamış və tərəflər onu imzalamamışlar. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına səbəb olmuşdur. Bununla belə, cavabdeh tərəfindən 3600 manat məbləğində pulu iddiaçıdan alması məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunmuşdur. Belə olan halda məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımdan qiymətləndirərək hesab edir ki, cavabdeh hüquqi əsas (qanuni və müqavilə əsası) olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə əsasən, iddia təmin olunmalı, Cavabdeh 4464 (dörd min dörd yüz altmış dörd) manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu cavabdehə aid edilməli və həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4464 (dörd min dörd yüz altmış dörd) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar