Məhkəmə qərarları › İş №2(125)-419/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-419/2023

09.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-419/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X28 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan mənzilə vurduğu 3500 manat maddi zərərin alınaraq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onunla bir qonşuluqda, yəni ünvan 1 ünvanında yaşayır. Cavabdeh artıq bir neçə dəfə onun mənzilinə su axıtmaqla dəfələrlə ona maddi zərər vurmuşdur. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh sonuncu dəfə 10 avqust 2022-ci il tarixdə onun mənzilinə su axıtmaqla ona maddi zərər vurmuşdur. Bununla bağlı o, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 nömrəli Xidmət Sahəsinə müraciət etmişdir. Müraciətindən sonra həmin sahənin əməkdaşları tərəfindən mənzilinə baxış keçirilmiş və baxış zamanı cavabdehin ona maddi zərər vurulması müəyyən edilmişdir. Həmçinin bununla bağlı evinə dəymiş maddi zərərlə bağlı su axıtmasının CD diskə əlavə edərək təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 10 avqust 2022-ci il tarixli 13 nömrəli XS-nin müfəttişi Məmmədov Elçin, 13 nömrəli XS-nin müfəttişi X8 və Üzeyir Hacıbəyov küçəsi, bina 119Q, mənzil 5 ünvanında yaşayan İddiaçı iştirakı ilə tərtib olunaraq, imzalanmış aktdan görünür ki, Üzeyir Hacıbəyov küçəsi, bina 119Q, mənzil 5 ünvanına baxış keçirilmiş və məlum olmuşdur ki, üst mərtəbədən mənzil 8-dən mənzilə su axmış, nəticədə mənzilin dəhlizinə, hamam-tualetinə, mətbəxinə və yataq otağına ziyan dəymiş, tavan və divarlar yararsız hala düşmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 28 noyabr 2022-ci il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhər X21 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 19 nömrəli qərarı ilə verilmiş 555 nömrəli order, Azərbaycan Dəmir Yolu İdarəsi 3 nömrəli Tikinti Xidmət Distansiyasının 9 nömrəli Evlər İdarəsinin xx.xx.2006-cı il tarixli 2675 saylı arayışı (qeydiyyatda olanlar X3, X14, X18, X19, X15, 1991-ci il təvəllüdlü X9), Gəncə şəhəri 1 saylı notariat kontorunda xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş X6 7V-16-8335 saylı, X12 7V-16- 8334 saylı, X7 7V-16-8333 saylı, X13 7V-16-8332 saylı razılıq ərizələrinə əsasən Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 119Q, mənzil 8 X2 adına qeydiyyata alınmışdır və ona xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli 4Ə-03-992 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X5 tərəfindən X1. Alıcıya xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə 13 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X16 tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh Üzeyir Hacıbəyov küçəsi, ev 119Q, 8 saylı mənzilə (27,6 kvm iki yaşayış otaqları, 24,9 kvm köməkçi sahə) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 17 mart 2023-cü il tarixli, 10/8803 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 119Q saylı evin 5 saylı mənzilin tavanı, divarları və döşəməsi üzərində su sızması ləkələrini, eləcə də mülki iş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyətinin 13 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 119Q saylı evin 5 saylı mənzilinə yuxarı mərtəbədəki 8 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin, 8 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 5 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 119Q saylı evin 5 saylı mənzilinin tikililərində su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2035,0 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı yaşadığı və ona məxsus olan ünvan 2 ünvanına Cavabdeh məxsus olan ünvan 1 ünvanından su axıdılmış, nəticədə həmin evə maddi ziyan dəymişdir. Bu barədə Gəncə şəhəri MKTİB-nin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. 17 mart 2023-cü il tarixli, 10/8803 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının rəyində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 119Q saylı evin 5 saylı mənzilin tavanı, divarları və döşəməsi üzərində su sızması ləkələrini, eləcə də mülki iş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyətinin 13 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 119Q saylı evin 5 saylı mənzilinə yuxarı mərtəbədəki 8 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Lakin, 8 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 5 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 119Q saylı evin 5 saylı mənzilinin tikililərində su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2035,0 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ona məxsus mənzili yararsız vəziyyətdə saxlamaqla qonşulara mənzilindən suyun axıdılmasına əhəmiyyət verməmiş, nəticədə iddiaçıya ziyan dəymişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisə ilə bağlı iddia tələbinin qanuni əsasını delik təşkil etdiyindən bununla bağlı Mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmçinin məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab ki, Cavabdeh ekspertizanın keçirilməsinə imkan vermədiyindən, yəni iddiaçıya məxsus mənzilə suyun axıdılması istinad olunan mənzili bağlı saxlamaqla oraya ekspertin baxış keçirməsinə imkan yaratmadığından ekspertiza rəyinin nəticə hissəsinin İİ abzasında göstərilən hal onun əleyhinə qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmirsə, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün zəruri xərcləri ödəmir və s.) işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və ya rədd edilmiş hesab edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən onun mənzilinə dəymiş maddi ziyanın məbləğini 3500 (üç min beş yüz) manat olmasını göstərməsinə baxmayaraq, göstərilən məbləğdə maddi ziyan dəyməsinə dair iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği ekspert rəyində müəyyən olunan həddə, yəni 2035,0 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 60 (altmış) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 (altmış) manat məbləği tələb etmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 13 (on üç) manatı İddiaçı, 87 (səksən yeddi) manatı isə Cavabdeh tutularaq, X4 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2035 (iki min otuz beş) manat pul tutulub İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 87 (səksən yeddi) manatı Cavabdeh, qalan 13 (on üç) manatı isə İddiaçı tutularaq, X4 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissəsində təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar