Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4230/2024 20.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, X4 Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə X1 birgə nikahından 27 aprel 2014-cü il tarixdə doğulmuş X5 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. Mülki işin materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-2838/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, X3 ilə Cavabdeh arasında Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində, 26 iyul 2013-ci il tarixdə 629 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 27 aprel 2014-cü il tarixdə doğulmuş X2 iddiaçı X1 yanında saxlanması, X2 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub X1 xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işin materiallarına əlavə olunan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3691/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, X3 ilə Cavabdeh birgə nikahından 27 aprel 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub X1 xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə münasibətlərindən 27 aprel 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay bir uşaq üçün 235 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 27 aprel 2014-cü il tarixdə X5 adlı bir uşaqları anadan olmuşdur. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 2(043)-2838/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X5 ilə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan anadan olmuş azyaşlı övladı onun himayəsində saxlanılmış və azyaşlı uşağın saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Daha sonra artırılmaya verərək uşağın saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat aliment məbləği müəyyən olunmuşdur. Lakin cavabdeh aylıq gəlirinə nisbətdə daha az aliment ödəyir. Qeyd etmək istəmişdir ki, cavabdehin maliyyə imkanları kifayət qədər yaxşıdır və övladına aliment verilməsində heç bir çətinliyi yoxdur. Ona görə də iddaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə birgə nikahlarından 27 aprel 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay bir uşaq üçün 200 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, o, iddiaçının təqsiri üzündən işlədiyi Rusiya Federasiyasından çıxarılmış, ona qadağa qoyulmuşdur. Halbuki, o Rusiyada işləyərək hər ay uşağın alimentini vaxtında ödəyirdi. Üstəlik də əvvəldən qalmış aliment borcunu da hər ay hissə-hissə verib qurtarmışdır. Lakin, iddiaçı özünün qərəzçiliyi üzündən Gəncə şəhəri üzrə İcra İdarəsinin məmurunu barəsində beynəlxalq səviyyədə borclu kimi axtarışa verməyə məcbur etmişdir. Bununla da onu işindən-gücündən etmiş, 1 həftə inzibati qaydada həbs olunmağına nail olmuş, bu üzdən də 8 il 7 ay Rusiyadan deportasiya edilmişdir. O, hazırda işsizdir. İş tapandantapana fəhləlik edir ki, bu da müntəzəm xarakter daşımır. Həmçinin sağlamlıq problemi olduğu üçün ağır işlərdə də işləyə bilmir. Xəstəliyi ilə əlaqədar Abbas Səhhət adına xəstəxananın infeksion xəstəlikləri şöbəsində qeydiyyatdadır. Onu da bildirir ki, onun iddiaçıdan əvvəlki ailəsindən də bir övladı var və o, hər ay ona da 130 manat sabit pul məbləğində aliment ödəyir. Beləliklə o, hər ay 260 manat aliment ödəyir. Onun qədər iddiaçı da oğlunun saxlanması üçün məsuliyyət daşıyır. Onu da bildirir ki, iddiaçının maddi vəziyyəti ondan qat-qat yüksəkdir. Onun atasının “Super market” mağazası, qardaşının Rusiyada kafesi vardır. Lakin iddiaçı ondan qisas alıb onu incitmək üçün alimentin artırılmasını tələb edir, onun buna ehtiyacı yoxdur. Bu gün onun alimenti artırmağa maddi imkanı yoxdur. Əlbəttə ki, əgər iş tapıb işləyərsə, o da istəyər ki, övladının ehtiyaclarını tam ödəsin. Bütün bu göstərilənlər nəzərə alınmaqla iddiaçının iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, 27 aprel 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3691/2018 nömrəli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 200 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilənləri, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, alimentin tutulduğu 2018-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, bir uşaq üçün 200 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 55 manat xərc ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianin qiyməti 1000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (200-130)=70 manat x 12 ay)=840 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3691/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 27 aprel 2014-cü il tarixdə doğulmuş X5 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat xərc Cavabdeh alınaraq İddiaçı verilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4230/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4230/2024
20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver