Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4237/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı yaşıllıqlara dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 846,84 manat qalıq məbləğin Cavabdeh tərəfindən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən 846,84 manat məbləğdən 300 manat ödəniş edildiyinə görə qalıq 546,84 manat pulun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması kimi baxmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, idarə əməkdaşları tərəfindən Göygöl rayonu ərazisində keçirilmiş reyd zamanı Göygöl rayonu, Xəqani kəndi ərazisində X5 məxsus ağac emalı sexində qanunsuz yol ilə əldə edilmiş meşə materialı 3 m3 ağcaqayın və 2 m3 qovaq cinsli oduncaq aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı X7 barəsində vəzifəli şəxs qismində xx.xx.2021-ci il tarixli icrası məcburi olan, MN 119289 saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və xx.xx.2021-ci il tarixli, 71726 saylı akta əsasən 846.84 manat ziyanla bağlı iddia hesablanmışdır. Qanunsuz şəkildə əldə edilmiş yaş ağac materialına səbəb kimi izahatında tanımadığı şəxsdən sənədsiz aldığını və yeşik düzətmək üçün istifadə etdiyini qeyd etmişdir. Nəticədə, Cavabdeh Azərbaycan Respublikası Meşə məcəlləsinin tələblərini pozaraq inzibati xəta törətmiş və təbiətə dəymiş ziyan xx.xx.2004-cü il tarixli, 145 saylı qərarında təsdiq edilmiş normativlərə əsasən hesablanaraq 846.84 manat olmuşdur. Məhkəmə iclasında iddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını 546,84 manat pulun tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini dəymiş zərərin 300 manatını ödədiyini və 546,84 manat məbləğin ödənilməsinə heç bir etirazının olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli Cavabdeh izahatından görünür ki, onun rəhbərliyi ilə fəaliyyət göstərən Göygöl rayonu, Xəqani kənd ərazisində yerləşən ağac emalı sexində keçirilən reyd zamanı yaş ağac materiallarının aşkar edilməsinin səbəbi kimi həmin materialları tanımadığı adamdan sənədsiz aldığına görə heç bir sənəd təqdim edə bilmədiyini və yaş materiallardan yeşik düzəltmək üçün istifadə ediləcəyini qeyd etmişdir. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Səfiyev X6 Xətalar Məcəlləsinin 252-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, 2700 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli, 71726 nömrəli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, Xəqani kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexinə həmin sexin rəhbəri Cavabdeh razılığı və iştirakı ilə baxış keçirilən zaman sex ərazisində qanunsuz yolla əldə edilmiş qovaq ağacı və meşə materialı olan ağcaqayın ağacının materialının olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 71726 nömrəli akta əlavə edilmiş hesabatdan görünür ki, Cavabdeh tərəfindən təbiətə dəymiş ziyanın məbləği 846,84 manat təşkil etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı, cavabdehdən 546,84 (beş yüz qırx altı manat 84 qəpik) manat pul alınaraq iddiaçının xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 546,84 (beş yüz qırx altı manat 84 qəpik) manat pul tutularaq iddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Adı: X3, Kodu: 210005 VÖEN:********** Müxbir hesab:AZ 41 NABZ ********************, S.W.İ.F.T. CTREAZ 22, Alan müştəri: 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab: AZ 90 CTRE ********************, VÖEN: **********, Büdcə gəlirlər təsnifat kodu: 142582, Büdcə səviyyəsinin kodu: (Fond) 3 hesabına ödənsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4237/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4237/2023
31.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver