Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-431/2025 05.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 239,1 manat əsas borc, 21,4 manat faiz borcu, 100,97 manat cərimə borcu və xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 112,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 474,22 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, X4 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 25 ay müddətinə 300 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2024-cü il avqustun 28-dək X2 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 239,1 manat əsas borc, 21,4 manat faiz borcu, 100,97 manat cərimə borcu və xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 112,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 474,22 manat borcu vardır. xx.xx.2020-ci il tarixdə verilmiş 2V-298 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə bamayaraq borclu borcu ödəməkdən boyun qaçırmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə iddianı qismən qəbul etməsinə dair ərizə təqdim edərək izahatında göstərdi ki, anasının borcu olmuş, onun isə xəbəri olmamışdır. Mərhum anası Dünyamalıyeva Mahirə dəmiryolunda xadimə işləmiş, iş yerindən ona qalmış 1050 manat pulu vərəsə kimi qəbul etmişdir. Kredit müqaviləsi üzrə 239,1 manat əsas borc, 21,4 manat faiz borcu və 112,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 373,25 manat borcu qəbul etdiyini, cərimə hissəsində iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 29 yanvar 2015-ci il tarixli, 10-Y-2-0-278-15 saylı kredit xətti (“Telekart” layihəsi) və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən X3 25 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 29 yanvar 2015-ci il tarixli, 10- Y-2-0-278-15 saylı kredit müqaviləsi üzrə 239,1 manat əsas borc, 21,4 manat faiz borcu, 100,97 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 112,75 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-298 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh "xxxx" QSC Yük Daşımaları Departamentinin X10 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 01 saylı arayışa əsasən miras qoyan X2 adına qalan 1057,46 manat pul vəsaitindən ibarət miras əmlakdan tam hissədə irs almalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" İKB ASC (hazrki iş üzrə iddiaçı "xxxx" ASC) ilə mərhum X4 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 10-Y-2-0-278-15 nömrəli kredit müqaviləsinə əsasən, ona 25 ay müddətinə, 300 manat məbləğində kredit verilmişdir. X1 vərəsəsi, hazırki iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdə mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın kredit borcunu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 100,97 manat cərimə məbləği azaldılaraq 5,97 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 10-Y-2-0-278-15 nömrəli kredit müqaviləsi üzrə 239,1 manat əsas borc, 21,4 manat faiz borcu, 5,97 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 112,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 379,22 (üç yüz yetmiş doqquz manat 22 qəpik) manat kredit borcu tutuluraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 10-Y-2-0-278-15 nömrəli kredit müqaviləsi üzrə 239,1 manat əsas borc, 21,4 manat faiz borcu, 5,97 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 112,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 379,22 (üç yüz yetmiş doqquz manat 22 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-431/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-431/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver