Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-432/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1-ci müqavilə üzrə 374,77 manat, 2-ci müqavilə üzrə 1460 manat, 3-cü müqavilə üzrə 907,28 manat borc pulun və ödənilmiş 48 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC Cavabdeh 20 may 2019-cu il tarixli 3448-19 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 1500 manat olan 1 ədəd yeni Samsung Note 9 modeli olan mobil telefon, 11 yanvar 2020-ci il tarixli 3557- 20 saylı alqı-satqı müqaviləsi (bundan sonra -2-ci müqavilə) üzrə ümumi dəyəri 2300 manat olan 1 ədəd yeni İphone X olan mobil telefon, 16 may 2020-ci il tarixli 3598-20 saylı alqı-satqı müqaviləsi (bundan sonra - 3-cü müqavilə) üzrə ümumi dəyəri 730 manat olan 1 ədəd yeni Samsung A 51 modeli olan mobil telefon olmaqla, ümumilikdə isə hər üç müqavilə üzrə ümumi dəyəri 4530 manat olan 3 ədəd mobil telefon satmışdır. 1-ci müqavilə üzrə malların ödənişləri müqavilənin 1 saylı əlavəsinə “Ödəniş cədvəlinə” uyğun olaraq 36 % vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. 1-ci müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh ümumi borcundan 1190 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin 1-ci müqavilə üzrə ümumi borcu 374,77 manat təşkil edir. 2-ci müqavilə üzrə malların ödənişləri müqavilənin 1 saylı əlavəsinə “Ödəniş cədvəlinə” uyğun olaraq 0 % vurularaq bərabər hissələrlə 23 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2-ci müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh ümumi borcundan 180 manat pul ödəmişdir. xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən cavabdehin 2-ci müqavilə üzrə ümumi borcu 1460 manat təşkil edir. 3-cü müqavilə üzrə malların ödənişləri müqavilənin 1 saylı əlavəsinə “Ödəniş cədvəlinə” uyğun olaraq 36 % vurularaq bərabər hissələrlə 23 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. 3-cü müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh ümumi borcundan 840 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin müqavilə üzrə ümumi borcu 907,28 manat təşkil edir. Hər üç müqavilə üzrə cavabdehin iddiaçıya olan ümumi borcu 2742.05 manat təşkil edir. Dəfələrlə borcludan öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcun vaxtlıvaxtında ödənilməsi tələb edilsə də, borclu hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmion edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayarq onun "xxxx" MMC-yə etdiyi ödənişlərin iddia ərizəsində tam qeyd olunmadığını bilirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmənin hazırlıq iclası 11 dekabr 2024-cü il tarixə təyin edilmiş, həmin iclasda Cavabdeh iştirak etmiş və ona göndərilmiş məhkəmə bildirişi, həmçinin iddia ərizəsi geri qayıtdığından məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Cavabdeh məhkəmənin həmin tarixli iclasına gəlməmişdir. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmiş və iş məhkəmə 04 mart 2025-ci il tarixə məhkəmə baxışına təyin edilmişdir. İşə baxılması üçün qanunla müəyyən edilmiş 4 aylıq müddət 06 mart 2025-ci il tarixdə bitdiyindən məhkəmə işin məhkəmə baxışının yenidən təxirə salınmasına zərurət görməmiş və işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20 may 2019-cu il tarixli 3448-19 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 1446,65 manat olan 1 ədəd yeni Samsung Note 9 modeli olan mobil telefonu nisyə qaydada almış, ödəmələri 36% vurularaq bərabər hissələrlə 12 aya ödəməyi öhdəsinə götürmüşdür. iş materiallarından müəyyən edilir ki, ötən müddət ərzində cavabdeh həmin müqavilə üzrə öz borcundan cəmi 1190 manat ödəmişdir. Adi riyazi hesablamadan müəyyən olunur ki, cavabdehin həmin müqavilə üzrə (1446,65-1190)=256,65 manat borcu qalmışdır.İddiaçı cavabdehdən cərimə tələb etməmişdir.Ona görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə cavabdehin borcunun 256,65 manat məbləğində olduğu müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11 yanvar 2020-ci il tarixli 3557-20 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 2300,23 manat olan 1 ədəd yeni İphone X olan mobil telefon almış, ödəmələri 0% vurularaq bərabər hissələrlə 23 aya ödəməyi öhdəsinə götürmüşdür. iş materiallarından müəyyən edilir ki, ötən müddət ərzində cavabdeh öz borcundan həmin müqavilə üzrə cəmi 840 manat ödəmişdir. Adi riyazi hesablamadan müəyyən olunur ki, cavabdehin həmin müqavilə üzrə (2300-840)=1460 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə cavabdehin borcunun 1460 manat məbləğində olduğu müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16 may 2020-ci il tarixli 3598-20 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh faizlərlə birlikdə ümumi dəyəri 880,05 manat olan 1 ədəd yeni Samsung A 51 modeli olan mobil telefon almış, ödəmələri 36% vurularaq bərabər hissələrlə 12 aya ödəməyi öhdəsinə götürmüşdür. iş materiallarından müəyyən edilir ki, ötən müddət ərzində cavabdeh öz borcundan həmin müqavilə üzrə cəmi 180 manat ödəmişdir. Adi riyazi hesablamadan müəyyən olunur ki, cavabdehin həmin müqavilə üzrə (880,05-180)=700,05 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə cavabdehin borcunun 770,05 manat məbləğində olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəasinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəasinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəasinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəasinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəasinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəasinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəasinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəasinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəasinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 20 may 2019-cu il tarixli 3448-19 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 1500 manat olan 1 ədəd yeni Samsung Note 9 modeli olan mobil telefon, 11 yanvar 2020-ci il tarixli 3557-20 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 2300 manat olan 1 ədəd yeni İphone X olan mobil telefon, 16 may 2020-ci il tarixli 3598- 20 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 730 manat olan 1 ədəd yeni Samsung A 51 modeli olan mobil telefon almış, lakin alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. İddiaçı "xxxx" MMC iddia ərizəsində Cavabdeh MMC-yə 1-ci müqavilə üzrə 374,77 manat, 2-ci müqavilə üzrə 1460 manat, 3-cü müqavilə üzrə 907,28 manat borcunun qaldığını qeyd etsə də, iş materiallarından müəyyən olunmuşdur ki, 20 may 2019-cu il tarixli 3448-19 saylı alqı-satqı müqaviləsi üzrə cəmi ödəməli olduğu 1446.65 manat borcundan 1190 manat məbləğini ödəmiş və cavabdehin MMC-yə 256.65 manat, 11 yanvar 2020-ci il tarixli 3557-20 saylı alqı-satqı müqaviləsi üzrə cəmi ödəməli olduğu 2300 manat borcundan 840 manat məbləğini ödəmiş və cavabdehin MMC-yə 1460 manat, 16 may 2020-ci il tarixli 3598-20 saylı alqı-satqı müqaviləsi üzrə cəmi ödəməli olduğu 880.05 manat borcundan 180 manat məbləğini ödəmiş və cavabdehin MMC-yə 700,05 manat borcu qalmışdır. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, cavabdehin müəyyən edilən borcunun iddiaçı MMC-yə ödənilməsi üçün qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 20 may 2019-cu il tarixli 3448-19 saylı alqı-satqı müqaviləsi üzrə 256.65 manat, 11 yanvar 2020-ci il tarixli 3557-20 saylı alqı-satqı müqaviləsi üzrə 1460 manat, 16 may 2020-ci il tarixli 3598-20 saylı alqı-satqı müqaviləsi üzrə 700 manat borc iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 48 manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib olan 42 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 may 2019-cu il tarixli 3448-19 saylı alqı-satqı müqaviləsinə əsasən 256.65 manat, 11 yanvar 2020-ci il tarixli 3557-20 saylı alqısatqı müqaviləsinə əsasən 1460 manat, 16 may 2020-ci il tarixli 3598-20 saylı alqı-satqı müqaviləsinə əsasən 700,05 manat olmaqla, cəmi 2416,70 (iki min dörd yüz on altı) manat 70 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-432/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-432/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver