Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4340/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi, X8 Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən cinayət əməli nəticəsində ona vurmuş olduğu ziyan kimi 46590 manat pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin törətmiş olduğu cinayət əməli nəticəsində ona vurmuş olduğu ziyanın əvəzi kimi 46590 manat pulun Cavabdeh alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus ünvan 1 ünvanındakı evinə daxil olub onlara məxsus 46590 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmiş, bununla da ona qeyd edilən məbləğdə ziyan vurmuşdur. Bildirmişdir ki, cavabdeh barəsində törətmiş olduğu bu cinayətə görə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.4, 320.2 və 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, iddia ərizəsinin məzmununda izahat vermiş və göstərmişdir ki, əşyaları oğurlanmış şəxslər iddiaçının ailə üzvləridir, ona görə də iddia əsaslı sayılmalıdır. Sonda nümayəndə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, ona qarşı irəli sürülən iddiaya etiraz etmiş, ondan tələb edilən əşyaları oğurlamadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 1(043)-1/2022 saylı hökmdən görünür ki, Cavabdeh 2017-ci ilin noyabr ayının axırlarında, müəyyən edilməsi mümkün olmayan tarixdə zor tətbiq edərək mənzilin qapısını qırmaq yolu ilə ünvan 2 ünvanında yerləşən mənzilə daxil olub mənzilin faktiki olaraq əldən çıxması nəticəsində mühüm zərər vurmaqla özbaşınalıq etmişdir. Bundan sonra isə həmin tarixdən etibarən 17 iyul 2020-ci il tarixədək olan müddət ərzində, sonra isə həmin tarixdən etibarən 17 iyul 2020-ci il tarixədək olan müddət ərzində, müəyyən edilməsi mümkün olmayan tarixlərdə həmin mənzildən ər-arvad olan İddiaçı və X2 məxsus 400 manat dəyərində 1 ədəd soyuducunu, 600 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 500 manat dəyərində 1 ədəd televizoru, ümumi 180 manat dəyərində 3 ədəd su mühərrikini, 200 manat dəyərində 1 ədəd su mühərrikini, 380 manat dəyərində 3x4 ölçüdə 1 ədəd xalçanı, 300 manat dəyərində 1 ədəd Gəncə xalçasını, ümumi 200 manat dəyərində 4 ədəd yataq dəstini, ümumi 200 manat dəyərində 6 dəst stol örtüyünü, ümumi 200 manat dəyərində 2 dəst yataq örtüyünü, ümumi 300 manat dəyərində 6 ədəd yorğandöşək və 12 ədəd yastıq dəstini, ümumi 600 manat dəyərində 2 ədəd paltar dolabını, ümumi 800 manat dəyərində müxtəlif növdə və çeşiddə geyim əşyalarını, ümumi 500 manat dəyərində 2 ədəd çarpayını, ümumi 100 manat dəyərində 3 dəst çılçırağı, 20 manat dəyərində 1 ədəd böyük təkərli çanta, 50 manat dəyərində 1 ədəd “Wrangler” markalı cins şalvar, 40 manat dəyərində 1 ədəd “Jinglers” markalı cins şalvar, 10 manat dəyərində 1 ədəd qalın idman şalvarı, 80 manat dəyərində 1 ədəd “Hensel Mortenses” markalı qış gödəkçəsi, 60 manat dəyərində 1 ədəd “Bugatti” markalı pencək, 50 manat dəyərində 1 ədəd “Herluf design” markalı qış gödəkçəsi, 20 manat dəyərində 1 ədəd “Jokey” markalı kofta və ümumi 20 manat dəyərində 2 ədəd nazik kofta da daxil olmaqla ümumilikdə 7000 manat dəyərində 16 ədəd çantanın içərisində Fransa, Almanya və İtalya istehsalı olan müxtəlif növdə və çeşiddə geyim əşyalarını, ümumi 180 manat dəyərində 2 ədəd ortalıq stolunu, 100 manat dəyərində 1 ədəd divanı, ümumi 200 manat dəyərində 12 ədəd stulu, 100 manat dəyərində 1 ədəd stolu, ümumi 300 manat dəyərində qab-qacaq dəstini, 100 manat dəyərində çay dəstini, 100 manat dəyərində yemək dəstini, ər-arvad olan X6 və X3 məxsus ümumi 1650 manat dəyərndə qonaq üçün stol-stul dəstini, ümumi 2700 manat dəyərində 6 qapılı paltar dolabını, 1 ədəd iki nəfərlik çarpayını, 1 ədəd bir nəfərlik çarpayını, 1 ədəd güzgülü dolabı, 2 ədəd kiçik dolabı, 300 manat dəyərində 1 ədəd döşəyi, ümumi 150 manat dəyərində 2 ədəd yorğanı, ümumi 350 manat dəyərində 3 ədəd yorğanı, ümumi 200 manat dəyərində 2 ədəd döşəyi, ümumi 250 manat dəyərində 8 ədəd yastığı, ümumi 30 manat dəyərində 2 ədəd uzunsov yastığı, ümumi 250 manat dəyərində 2 ədəd gəvəni, ümumi 600 manat dəyərində qonaq otağı üçün 5 ədəd qapı-pəncərə pərdələrini və yataq otağı üçün 5 ədəd qapı-pəncərə pərdələrini, ümumi 800 manat dəyərində 10 ədəd pərdə asılqanlarını, ümumi 200 manat dəyərində 12 ədəd şirəli qazanları, 200 manat dəyərində 6 predmetdən ibarət “Tefal” markalı 1 ədəd qazan dəstini, ümumi 150 manat dəyərində 1 ədəd uşaq çarpayısını və 2 ədəd döşəyi, 100 manat dəyərində 1 ədəd ətçəkən maşını, 50 manat dəyərində 1 ədəd tozsoranı, 50 manat dəyərində 1 ədəd çılçırağı, 150 manat dəyərində xrustal stəkan-nəlbəki dəstini, 100 manat dəyərində şirə stəkanı dəstini, ümumi 450 manat dəyərində çay və yemək dəstini, 150 manat dəyərində xrustal bakal dəstini, 70 manat dəyərində badə dəstini, 100 manat dəyərində yemək dəstini, ümumi 50 manat dəyərində 2 ədəd xrustal şirniyyat qabını, ümumi 100 manat dəyərində 2 ədəd meyvə qabını, 200 manat dəyərində 1 ədəd çarpayı örtüyünü, 150 manat dəyərində 1 ədəd ədyalı, ümumi 300 manat dəyərində 2 ədəd qadın dəstini, ümumi 400 manat dəyərində kişi üçün 3 dəst kostyumu, ümumi 400 manat dəyərində 5 cüt dikdaban ayaqqabını, ümumi 300 manat dəyərində kişi üçün 7 ədəd şalvarı, ümumi 200 manat dəyərində 5 ədəd köynəyi, 200 manat dəyərində qadın üçün 1 ədəd paltonu, ümumi 300 manat dəyərində 4 ədəd donu, ümumi 300 manat dəyərində 10 ədəd koftanı, ümumi 600 manat dəyərində uşaq üçün qış və yay geyim dəstlərini, X4 məxsus 180 manat dəyərində “Eurolux” markalı 1 ədəd ətçəkən maşını, 320 manat dəyərində “Braun” markalı 1 ədəd tozsoranı, 500 manat dəyərində “Samsung” markalı 1 ədəd sobanı, 500 manat dəyərində 1 ədəd mətbəx stol və stul dəstini, 250 manat dəyərində 1 ədəd mətbəx üçün güzgülü qaz sobasını, 300 manat dəyərində uşaq üçün 1 ədəd yazı masasını, ümumi 500 manat dəyərində “Braun”, “Tefal” və “Eurolux” markalı 3 ədəd ütünü, 300 manat dəyərində 1 ədəd dəhliz mebelini, 1000 manat dəyərində 1 ədəd xrustal çılçırağı, ümumi 3000 manat dəyərində 3 ədəd xalçanı, ümumi 1500 manat dəyərində 2 ədəd xalçanı, ümumi 500 manat dəyərində 5 ədəd yataq dəstini, 300 manat dəyərində “Samsung” markalı 1 ədəd kondensioneri, ümumi 150 manat dəyərində 6 ədəd stul dəstini, 300 manat dəyərində 1 ədəd su çənini, 800 manat dəyərində 1 ədəd generatoru, 100 manat dəyərində 1 ədəd generatoru, ümumi 380 manat dəyərində 5 ədəd ədyalı, 150 manat dəyərində “Aura” markalı mətbəx ləvazimatları dəstini, 350 manat dəyərində 1 ədəd qazan dəstini, 500 manat dəyərində “AMS” markalı 1 ədəd qazan dəstini, ümumi 280 manat dəyərində 5 ədəd pərdə asılqanını, ümumi 800 manat dəyərində 2 ədəd dəri və parça divanı, 300 manat dəyərində “LG” markalı televizoru, 250 manat dəyərində televizoraltı mebeli, ümumi 500 manat dəyərində uşaq üçün dolab və çarpayı dəstini, 200 (iki yüz) ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun isə 340 manat dəyərində 1 ədəd dəri plaşı, 200 (iki yüz) ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun isə 340 manat dəyərində 1 ədəd dublyonkanı, 300 (üç yüz) ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun isə 510 manat dəyərində 1 ədəd dublyonkanı, ümumi 1000 manat dəyərində müxtəlif növdə və çeşiddə geyim əşyalarını, ümumi 1000 manat dəyərində müxtəlif növdə və çeşiddə ayaqqabıları, 800 manat dəyərində 1 ədəd stol və stul dəstini, həmçinin, X1 məxsus 500 manat məbləğində pulu, 1400 manat dəyərində İsveçrə istehsalı olan, “Longines” markalı qol saatını, 600 manat dəyərində geyim əşyalarını, ümumilikdə xeyli miqdar təşkil edən 46590 (qırx altı min beş yüz doxsan) manat məbləğində əmlakı vahid niyyətlə gizli olaraq talayıb oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.4, 320.2 və 322.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edilən sübuta (məhkəmə hökmünə) istinad etməklə göstərir ki, cavabdehin ünvan 2 ünvanında yerləşən mənzildən ər-arvad olan İddiaçı və X2 və digərlərinə məxsus olan 46590 (qırx altı min beş yüz doxsan) manat məbləğində əmlakı gizli olaraq talayıb oğurlaması qanunun tələbinə görə fakt kimi təsdiq olunur. İşin bu halı ilə bağlı cavabdehin etiraz dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərinə görə əsaslı sayıla bilməz. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsin əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən ər-arvad olan İddiaçı və X2 məxsus 400 manat dəyərində 1 ədəd soyuducunu, 600 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 500 manat dəyərində 1 ədəd televizoru, ümumi 180 manat dəyərində 3 ədəd su mühərrikini, 200 manat dəyərində 1 ədəd su mühərrikini, 380 manat dəyərində 3x4 ölçüdə 1 ədəd xalçanı, 300 manat dəyərində 1 ədəd Gəncə xalçasını, ümumi 200 manat dəyərində 4 ədəd yataq dəstini, ümumi 200 manat dəyərində 6 dəst stol örtüyünü, ümumi 200 manat dəyərində 2 dəst yataq örtüyünü, ümumi 300 manat dəyərində 6 ədəd yorğan-döşək və 12 ədəd yastıq dəstini, ümumi 600 manat dəyərində 2 ədəd paltar dolabını, ümumi 800 manat dəyərində müxtəlif növdə və çeşiddə geyim əşyalarını, ümumi 500 manat dəyərində 2 ədəd çarpayını, ümumi 100 manat dəyərində 3 dəst çılçırağı, 20 manat dəyərində 1 ədəd böyük təkərli çanta, 50 manat dəyərində 1 ədəd “Wrangler” markalı cins şalvar, 40 manat dəyərində 1 ədəd “Jinglers” markalı cins şalvar, 10 manat dəyərində 1 ədəd qalın idman şalvarı, 80 manat dəyərində 1 ədəd “Hensel Mortenses” markalı qış gödəkçəsi, 60 manat dəyərində 1 ədəd “Bugatti” markalı pencək, 50 manat dəyərində 1 ədəd “Herluf design” markalı qış gödəkçəsi, 20 manat dəyərində 1 ədəd “Jokey” markalı kofta və ümumi 20 manat dəyərində 2 ədəd nazik kofta da daxil olmaqla ümumilikdə 7000 manat dəyərində 16 ədəd çantanın içərisində Fransa, Almanya və İtalya istehsalı olan müxtəlif növdə və çeşiddə geyim əşyalarını, ümumi 180 manat dəyərində 2 ədəd ortalıq stolunu, 100 manat dəyərində 1 ədəd divanı, ümumi 200 manat dəyərində 12 ədəd stulu, 100 manat dəyərində 1 ədəd stolu, ümumi 300 manat dəyərində qab-qacaq dəstini, 100 manat dəyərində çay dəstini, 100 manat dəyərində yemək dəstini gizli olaraq talayıb oğurluq etməklə, ona ümumilikdə 13.890 (on üç min səkkiz yüz doxsan) manat məbləğində ziyan vurmuşdur. Yuxarıda qeyd edilən maddi hüquq normalarının işin müəyyən edilən faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddia ər-arvad olan İddiaçı və X2 məxsus olan və cavabdeh tərəfindən oğurlanmış, ümumilikdə 13.890 (on üç min səkkiz yüz doxsan) manat məbləğində əşyaların dəyərinin ödənilməsi tələbi hissədə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bu qənaətlərinin onunla əsaslandırır ki, cavabdehin ünvan 2 ünvanında yerləşən mənzildən oğurlamış olduğu qalan əşyalar başqa şəxslərə məxsus olan əşyalardır və qalan əşyaların mülkiyyətçiləri həmin əşyaların dəyərini cavabdehdən tələb etmək üçün İddiaçı heç bir səlahiyyət verməmişlər. Belə olan halda, İddiaçı başqa şəxslərə məxsus olmuş və cavabdeh tərəfindən oğurlanmış əşyaların dəyərini cavabdehdən tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində göstərimişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı başqa şəxslərə məxsus olmuş və cavabdeh tərəfindən oğurlanmış əşyalara görə, əşyaların mülkiyyətçilərinin qarşısında hansısa məsuliyyətinin olması da işin halı kimi müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı başqa şəxslərə məxsus olmuş və cavabdeh tərəfindən oğurlanmış əşyaların dəyərini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Ona görə də, məhkəmə bu qənaətdədir ki, irəli sürülən iddia qalan hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.890 (on üç min səkkiz yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Qalan hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən, çəkdiyi məhkəmə xərclərini cavabdehdən tələb etmədiyindən və məhkəmə baxışı zamanı heç bir məhkəmə xərci çəkilmədiyindən məhkəmə həmin məsələlər üzrə qərar qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.890 (on üç min səkkiz yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4340/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4340/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver