Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4342/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğluna və Cavabdeh2 qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 məxsus Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsində yerləşən 405,2 kv. m. qeyri-yaşayış sahəsində qeyri-yaşayış binası ferma 303,6 kv.m. qeyri-yaşayış binası, xidməti bina (YDM) 101,6 kv.m. dam örtüyünün sökülməsi, dağıdılması, məhv edilməsi nəticəsində ona dəymiş maddi ziyan 15.000 manat pulun və məhkəməyə ödədiyi 145 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğlundan və Cavabdeh2 alınaraq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüqiqi varisi olduğu X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun adına olan Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd yaşayış ərazisində yerləşən əmlak kompleksi xx.xx.2013-cü il tarixli 01.57503 nömrəli, qeydiyyat nömrəsi **********, tam ümumi sahəsi 405,2 kv. m, torpaq sahəsi 0,04455 ha onun adına çıxarış verilmiş xüsusi mülkiyyətdədir. X1 xx.xx.2019-cu il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisinin notariusu X8 iştirakı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd yaşayış ərazisində yerləşən yaşayış evinin 18 kv.m sahəsini 50.000 manata Cavabdeh3n oğluna satmışdır. Mərhumun sağlığında qalan əmlak, ferma, 303,6 kv.m. qeyri-yaşayış binası, xidməti bina, 101,6 kv.m. artezian quyusu, transformator, anbar və digər qeyri-yaşayış sahələri, yenə əmlak kompleksində qalan bütün əmlaklar, hamam, ayaqyolu yuxarıda göstərilən çıxarışa əsasən mərhumun mülkiyyətindədir. Necə ola bilər ki, qanuni mülkiyyətində olan Qırmızıkənd əmlak kompleksində yerləşən əmlakın ümumi sahəsi 405,2 kv.m-dir. Bir yaşayış otağının 18 kv.m.-ni Cavabdeh3n oğluna satmışdır. Yerdə qalan X11 adınadır. X11 vərəsəsi kimi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinin **********821 xx.xx.2021-ci il tarixli sənədlərin surətində görünür ki, Qırmızıkənd ərazisində əmlak kompleksi 0,455 ha torpaqda yerləşən tikili “A”da 303,6 kv.m. ferma binası, tikili “B”-də l01,6 kv.m xidməti bina YDM ümumi sahəsi 405,2 kv.m, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış X12 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri DK Yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyata alınmasında təmin edilməsi barədə rəis Xəyal İsmayılovun bildirişində göstərilir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Gəncə İnzibati Məhkəməsi hazırlıq baxışı iş 2-1(114)-713/2022 xx.xx.2022-ci il saat 14-ə təyin etdi. Ancaq DƏDRX-nin hüquqşünası Elməddin Həsənov həmin vaxt məhkəməyə gəlib iştirak etmədi. xx.xx.2022-ci ildə məhkəmə baxımda Elməddin iştirak edərək bildirdi ki, guya yerində baxış keçirib yeni ərizə ilə müraciət edək. Yeni məhkəmə çəkişməsinə ehtiyac yoxdur. İşimiz həll olunsun. Onlar cavabdehə məhkəmədə iddia verərkən əmlak kompleksini videogörüntüsünü, fermanı telefonla çəkiliş etmişdi. Həsənov Elməddin həqiqətən onlar ərizə verdikdən sonra guya barəmdə Qırmızıkənd əmlak kompleksinə baxış keçirməli idi. İnzibati məhkəmənin hakimi Emin Axundov işə baxılmasını xx.xx.2022-ci il saat 16:05-ə təyin etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX DƏD Kadastrı və Reyestri Yer Quruluşu .publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazii İdarəsinin rəisi Xəyal İsmayılov xx.xx.2022-ci il **********94 saylı müraciətə baxılması barədə bildirişdə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh1 ilə Cavabdeh3n oğlunun vərəsələri tərəfindən dağıdılmış, sökülmüş, məhv edilmişdir. X5 405, 2 kv. m. 303, 6 kv.m ferma binasının novdanları, zəncirləri, tavanın dam örtüyünün şiferləri, armaturları, şvellerləri, yem su hovuzları dağıdaraq satıb məhv ediblər. Təxmini hesablamalara görə, mənə 15000 manat ziyan vuraraq cinayət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də, xx.xx.2022-ci il 121-45 ***-**** saylı məktubla rəis Knyaz Həsənov araşdırma aparıldığını heç bir inzibati və cinayət tərkibi olmadığından toplanmış material Nizami RPİ-nin dəftərxanasında işə alınması barədə məlumat verilmişdir. Mərhum X2 xx.xx.2019-cu il tarixdə X13 ilə Cavabdeh3n oğlunun Gəncə şəhəri, Kəpəz rayonu, Qırmıızıkənd qəsəbəsi əmlak komplekslərinə 100.000 manat pulun verilməsi barədə aktda göstərilir ki: Cavabdeh3n oğlu, Cavabdeh1, Cavabdeh2 və X11 iştirakı ilə xx.xx.2020-ci il tarixə qədər X12 100.000 manat pulun verilməsi barədə razılaşmışdılar. Pulu verdikdən sonra X13 əmlak kompleksindən qalan hissələri də alqı-atqı qaydasında Cavabdeh3n oğluna təhvil verməliydi. Lakin nə aktda göstərildiyi kimi xx.xx.2020-ci ildə, nə də xx.xx.2021-ci il tarixə X13 vəfat edənə qədər söz verilən və aktda göstərilən 100000 manat pul nə Cavabdeh1 Cımil oğlu nə də Cavabdeh3n oğlu tərəfindən X11 hüquqi varisi kimi ona verilməmişdir. X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3n oğlu da X11 vəfatından 2-3 ay əvvəl vəfat etmişdir. Hal-hazırda onun hüquqi varisi kimdirsə, bu aktda göstərilən pula Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır. Cavabdeh3n oğlu aldığı 18 kv.m evdə gözətçi kimi işləyən Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Ferma sökülən zaman Cavabdeh2 bu qədər texnika, fəhlə işləyib kimin fermanı dağıdıb talan etməyindən xəbəri yoxdur. Fermanın sökülməsindən sonra çəkiliş edən zaman həmin sahəyə baxan polis sahə müvəkkili ilə baxış keçirərkən fermanı sökən, fəhlələrin kaska və alətləri sökülmüş şiferlərin bir hissəsi evin qarşısında idi. Əmlak kompleksinin qeyri-yaşayış binası 303,6 kv.m binanın qapıları sökülmüş, dağıdılmış, pis günə Cavabdeh1 qoyduğu guya qarovul kimi baxan Cavabdeh2 tərəfindən dağıdılmış və ona 15.000 manat dəyərində ziyan vurmuşlar. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 şəhəri, Kəpəz rayonu, Qirmızı kənd ünvanında yerləşən ümumi sahəsi 405.2 kv/m olan əmlak kompleksini Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən və 405,2 kv.m sahədən ibarət əmlak kompleksi X11 adına xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6142 nömrəli ekspert rəyinin surətindən görünür ki, X11 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd qəsəbəsində yerləşən 405,2 kv.m sahədən ibarət əmlak kompleksinin tikili olaraq mövcud olduğu, yalnız A literli ferma binasının dam hissəsinin söküldüyü müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” surətindən görünür ki, X11 vəsiyyatnamədə göstərilən əmlakın vərəsəsi İddiaçı ünvan 2 ünvanında yerləşən 3 nömərli mənzildən tam hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 002781 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Qırmızı kənd qəsəbəsində yerləşən 405.2 kvm qeyri-yaşayış sahəsi X11 adına özəlləşmişdir. X12 Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ərazisində yerləşən əmlak kompleksinə dair (istifadəsində olan 0.0455 ha torpaq sahəsində yerləşən tikili “A”-da 303.6 kvm ümumi sahəli “Ferma” binası, tikili “B”-də 101.6 kvm xidməti bina (YDM), ümumi tikinti sahəsi 405.2 kvm) xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-390 saylı alqı-satqı lüqaviləsinə əsasən X3 ərazisində yerləşən kintinin ümumi sahəsi 405.2 kvm olan əmlak kompleksinin 18.0 kvm hissəsini Cavabdeh3 satmışdır. İş materiallarında olan X13 tərəfindən verilmiş ərizədən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********815-12301 reyestr nömrəli əmlak kompleksinin ona qalan hissəsini bütövlükdə sökdüyü üçün əmlakın məhv edilməsini xahiş edir. Qeyd edilən ərazidə yerləşən 10 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh3 istifadə etməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsində yerləşən əmlaka dəymiş maddi ziyanın əvəzinin ödənilməsini tələb edir. Lakin mülki işin tədqiq edilmiş hallarından İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edə bilmək üçün subyektiv hüququnun yaranması müəyyən olunmur. Belə ki, ziyan vurulduğu bildirilən əmlaka iddiaçının hüququnun qeydiyyata alınmasını təsdiqləyən hər hansı süubt məhkəməyə təqdim edilməmişdir. Mübahisəli əmlakın əvvəlki mülkiyyətçisi olan miras qoyandan qalmış digər əmlaka tam hissədə pay almalı olması hazırkı iddianı verə bilmək üçün hüquq yaratmır. Bundan başqa, iddiaçı mübahisəli əmlakın vurulmuş ziyanın əvəzinin tutulmasını xahiş etsə də, cavabdehlərdən hər hansı biri tərəfindən ziyan vurulmasını və (ya) tələb edilən məbləğdə ziyan vurulmasını təsdiqləyən sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğluna və Cavabdeh2 qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4342/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4342/2023
07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver