Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-436/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1650 manat pul vəsaitinin, həmçinin işini yerinə yetirmədiyinə və pulu da qanunsuz olaraq özündə saxladığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 123,75 manat pulun, cəmi 1773,75 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişində iddiaçının vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh1 1350 manat pulun, Cavabdeh2 isə 300 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Xocalı rayon Kosalar kənd sakinidir. Məcburi köçkün olaraq Göygöl rayonu Qızıl Qaya qəsəbəsində məskunlaşmışdır. Həmin ünvanda özünə məxsus fərdi yaşayış evi tikdirmişdir, fərdi yaşayış evini tikdirərkən həmin fərdi yaşayış evinin çöl pilləkanlarına bəzəkli “raşotka” düzəltdirmək qərarına gəlmişdir. Bununla bağlı 2022-ci ilin yaz aylarında Cavabdeh1 məxsus Sənaye Rabitə zavodunun qarşısında yerləşən “Yüksək İnşaat” mağazasına (sexinə) getmişdir. Ona orada kataloq təqdim etmişlər. O isə — sifariş verəcəyi “raşotka”nın formasını, bəzəyini həyat yoldaşı ilə birlikdə seçməsi üçün kataloqun evə göndərilməsini xahiş etmişdir. Cavabdeh1 öz işçisini (adını xatırlamadığı) onun yaşadığı ünvana göndərmiş və o, yoldaşı ilə birlikdə “raşotka”nı kataloqdan seçib sifariş vermişlər. O, bununla bağlı Cavabdeh1 məxsus obyektə aparıb 1350 manat pul vermişdir. Cavabdeh1 işçisi yenidən yaşadığı ünvana gəlmiş, bütün ölçü işlərini aparmış və ondan 300 manat pul alıb getmişdir. Pulu ödəməyinə baxmayaraq həmin vaxtdan indiyə kimi Cavabdeh1 tərəfindən heç bir iş görülməmişdir. Dəfələrlə ona müraciət etsə də nə pulunu geri qaytarmış, nə də pulun müqabilində işlərini yerinə yetirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, fərdi yaşayış evinin çöl pilləkanlarına bəzəkli “raşotka” düzəltdirmək üçün Cavabdeh1 obyektinə yaxınlaşmışdır, həmin obyektdə olan şəxsə 1350 manat pul vermişdir, sifarişi götürən şəxs Cavabdeh1 olmuşdur, hətta pulu 4 gün gecikdirdiyinə görə həmin cavabdeh zəng edərək pulu istəmişdir. Bundan sonra Cavabdeh1 işçisi, digər Cavabdeh2 onun evinə gedərək ona kataloq təqdim etmiş, iddiaçı “raşotka”nı kataloqdan seçib sifariş vermişdir, lakin sifarişi yerinə yetirilməmişdir. Cavabdeh2 cəmi 300 manat vermişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında qeyd etdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, həmin obyekti digər Cavabdeh2 icarəyə vermişdir. İddiaçı onun oğlunun dam örtükləri ilə bağlı sexinə gəlmiş, ona usta lazım olduğunu qeyd etmişdir. İddiaçı ona pul verməmişdir, o sadəcə iddiaçını usta ilə, yəni digər Cavabdeh2 ilə tanış etmişdir, bundan sonra Tural iddiaçının evinə gedərək ona kataloq təqdim etmiş, iddiaçı “raşotka”nı kataloqdan seçib sifariş vermişdir. Həmçinin, iddiaçı cavabdeh Turala beh vermişdir, cavabdeh Turalın iddiaçıdan pul almasını etiraf etdiyi səsyazması olan disk də var. Bunlardan başqa, iddiaçı ilə usta Turalla arasında nə olmasından xəbəri yoxdur. Tural onun işçisi deyil. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun vəkilinin və Cavabdeh1 izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçının vəkili məhkəməyə sözügedən obyektin 2 ədəd fotoşəkilini təqdim etmişdir. Həmçinin, Cavabdeh1 məhkəməyə Cavabdeh2 iddiaçıdan pul almasını etiraf etməsini təsdiq edən sübut qismində Cavabdeh2 səsyazmasından ibarət 1 ədəd CD diski təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd CD diskdə olan Cavabdeh2 səsyazmasında o, bildirmişdir ki, iddiaçıdan may ayının 18-də onun evində olarkən hissə-hissə 200 manat və 600 manat olmaqla, cəmi 800 manat pul almışdır. İddiaçının sifariş etdiyi məhsulları hazırlasa da, məhsul çuqun materialından hazırlandığı üçün keyfiyyətsiz alınmışdır. Buna görə də iddiaçıya kataloqun dəyişdirilməsi təklif olunsa da, iddiaçı bununla razılaşmamış, məhsulun qalan hissəsinin sifariş edilməsini xahiş etmişdir. Həmin malların sifarişi gecikdiyi və həmin mallar nisyə alındığı üçün narazılıqlar yaranmışdır. Yol qəzası keçirdiyi, özü və övladı əməliyyat olunduğu və ailə vəziyyətinin pis olması ilə əlaqədar məhkəməyə gələ bilmir. Ona görə də iddianın ona münasibətdə, qeyd etdiyi məbləğdə təmin edilməsini və həmin pulun ödənilməsi üçün bank kartının verilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh1 1350 manat məbləğində pul vəsaitinin, Cavabdeh2 isə 300 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmiş, Cavabdeh2 iddianı qismən qəbul edərək iddiaçı ilə onun fərdi yaşayış evinin çöl pilləkanlarına bəzəkli “raşotka” düzəltdirmək barədə razılığa gəldiklərini, bununla bağlı iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 800 manat aldığını, iddiaçının sifariş etdiyi məhsulları hazırlasa da, məhsulun çuqun materialından hazırlandığı üçün keyfiyyətsiz alındığını, buna görə iddiaçıya kataloqun dəyişdirilməsi təklif olunsa da, iddiaçının bununla razılaşmadığını, məhsulun qalan hissəsinin sifariş edilməsini xahiş etdiyini, lakin həmin malların sifarişi gecikdiyi və həmin mallar nisyə alındığı üçün aralarında narazılıqlar yarandığını qeyd etmişdir. Digər Cavabdeh1 iddia tələbini qəbul etməmiş, iddiaçı ilə hər hansı münasibətinin yaranmadğını, iddiaçının onun oğlunun dam örtükləri ilə bağlı sexinə gəldiyini, ona usta lazım olduğunu bildirdiyindən o, sadəcə iddiaçını usta ilə, yəni digər Cavabdeh2 ilə tanış etdiyini, iddiaçının ona hər hansı pul məbləği vermədiyini, iddiaçı ilə usta Turalın arasında nə olmasından xəbəri olmadığını, Turalın onun işçisi olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 765-ci maddələri təşkil edir. Belə ki, Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göstərilən müddəalardan da göründüyü kimi, podrat müqaviləsi kansensual müqavilədir və tərəflər müqavilədə göstərilən şərtlər (gəstəriləcək xidmət və muzd) barədə razılaşdıqda müqavilə bağlanmış sayılır. Məhkəmənin qənaətinə görə, iddiaçı ilə Cavabdeh2 arasında şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı 2022-ci ilin yaz aylarında muzd müqabilində özünün fərdi yaşayış evinin çöl pilləkanlarına bəzəkli “raşotka” hazırlanmasını Cavabdeh2 sifariş etmiş, Cavabdeh2 həmin sifarişi qəbul etmiş və tərəflər görüləcək işlə bağlı muzd və göstəriləcək xidmətin müddəti barədə razılığa gəlmişlər. Həmin şifahi podrat müqaviləsinə uyğun olaraq iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış muzd üzrə 300 manat pulu ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulmuş işi qüsurlu icra etmiş və əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsuru tamamilə aradan qaldırmamışdır. Belə ki, iddiaçının sifariş etdiyi məhsullar Cavabdeh2 tərəfindən hazırlansa da, məhsul çuqun materialından hazırlandığı üçün keyfiyyətsiz alınmış, buna görə də iddiaçı ilə həmin cavabdeh arasında narazılıqlar yaranmış, həmçinin Cavabdeh2 iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Bu hal həm məhkəmə iclasında iddiaçının verdiyi izahatı, həm də Cavabdeh2 səsyazmasından ibarət 1 ədəd CD diskin tədqiqi ilə öz təsdiqini tapır. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 podrat müqaviləsi ilə nəzərdə tutulan vaxt və qaydada sifarişin hazırlanmasını qüsursuz yekunlaşdırmağı öhdəsinə götürsə də öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdeh2 müqaviləni pozduğu və bu pozuntu nəticəsində iddiaçının müqavilənin icrasına marağı qalmadığı üçün iddiaçı podrat müqaviləsinin ləğv edilməsini tələb etməyə haqlıdır və iddiaçının muzd qismində Cavabdeh2 ödədiyi məbləğin geri qaytarılmasını tələb etməsi əsaslıdır. Ona görə də, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış podrat müqaviləsindən iddiaçının imtinası qəbul edilərək qüsursuz yerinə yetirilməyən sifarişə görə ödənilmiş pul həmin cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 800 manat aldığını etiraf etsə də iddiaçı Cavabdeh2 cəmi 300 manat məbləğində pul vəsaiti verdiyini bildirir. Belə olan halda Cavabdeh2 iddianı etirafı 300 manat hissədə qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli, iddia tələbi Cavabdeh2 dair hissədə qismən təmin edilməli, 300 manat pul Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia, podrat müqaviləsi üzrə işini yerinə yetirmədiyinə və pulu qanunsuz olaraq özündə saxladığına görə Cavabdeh2 pul tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin hallarından göründüyü kimi, Cavabdeh2 300 manat pulu iddiaçıya qaytarmağa borcludur. Gecikdirilmiş həmin məbləğin iki il üzrə qanunla müəyyən edilmiş faiz məbləği 30 (300 manat : 100 x 10% = 30 manat) manata bərabərdir. Bundan başqa, qeyd edilməlidir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından qeyd edilən müqavilə üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə digər hissədə, yəni iş üzrə digər Cavabdeh1 1350 manat pul tələbi hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, sübutetmə vəzifəsi müvafiq olaraq iddiaçının üzərinə düşsə də iddiaçı bu hissədə iddia tələbinin əsasını sübuta yetirə bilməmiş, tələbini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bundan başqa, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 436/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilmiş, iddiaçının həmin mülki iş üzrə prosesdə dövlət hesabına vəkillə təmin edilməsi qərara alınmışdır. Qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna həvalə edilmiş və hüquqi yardımın göstərilməsi həmin Büronun vəkili Nümayəndə tapşırılmışdır. Vəkil birinci instansiya məhkəməsində iddiaçının hüquqlarının müdafiəsi zamanı iş materialları ilə tanış olmaqla məhkəmə hazırlıq və baxış iclasları mərhələsində iştirak etmiş və dövlət büdcəsi hesabına iddiaçıya cəmi 13 saat müddətində hüquqi yardım göstərilməsi barədə hesabat təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 32 nömrəli Qərarına əsasən (sonrakı dəyişiklik və əlavələrlə) hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Qərarın 4-cü bəndində göstərilir ki, bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir (31 yanvar 2020-ci il tarixli dəyişikliklə). İşin həcmi və işin öyrənilməsinə, məhkəmə iclasında iştirak etməyə ayrılmış vaxt nəzərə alınmaqla məhkəmə hesab edir ki, vəkilin göstərdiyi hüquqi yardıma görə sərf etdiyi vaxtın 13 saat olması inandırıcıdır. Ona görə də MPM-in 67-1 və 115.0.6-cı maddələrinə əsasən vəkil Nümayəndə dövlət büdcəsi hesabına göstərdiyi 13 saatlıq hüquqi yardıma görə 78 manat məbləğində pul vəsaiti ödənilməli və icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 67-1, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsindən hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə 78 (yetmiş səkkiz) manat ödənilsin və icra edilməsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-436/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-436/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver