Məhkəmə qərarları › İş №2(125)-4378/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4378/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4378/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-902/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-961/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğinin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir, cavabdeh bu barədə ona dəstək göstərmir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın təmin olunmamasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə birgə nigahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. İddiaçı nigah pozulan zaman onndan övladlarının xeyrinə aliment tutulması tələbi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il 2( 104)-961/2017-ci il qətnaməsi ilə ondan hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmuşdur. Bundan sonra iddiaçı 2022-ci il tarixində yenidən məhkəməyə müraciət etmiş, xx.xx.2022ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-902/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat, cəmi 320 manat müəyyən edilmişdir. İddiaçı bu il də məhkəməyə müraciət edərək alimentin miqdarının qaldırılması tələbi ilə müraciət etmişdir. İlk olaraq bildirir ki, o, bir neçə dəfə öz övladları ilə əlaqə qurmağa çalışsa da, bu hansı səbəblərə görəsə alınmadı. Ancaq boynunma düşən alimenti vaxtlı vaxtında ödəmiş, bir dəfə də olsun ödənişlərdə gecikdirmə olmamışdır. xx.xx.2022-ci il tarixində Gəncə şəhəri Nizami rayonu Məhkəməsi tərəfindən alimentin miqdarı qaldırılarkən onun aylıq əmək haqqı, bütün vergilər çıxıldıqdan sonra 520 manat təşkil edirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2 maddəsinə görə əgər ailədə övladların sayı 2 olarsa, aliment qazancın (başqa gəlirlərin ) 3/1 hissəsi olaraq nəzərdə tutulmuşdur. Hazırda maaşı artmadığı, əvvəlcə olduğu vəziyyətdə qaldığı üçün ödənilən aliment onun maaşının az qala 3/2 hissəsini təşkil edir. İşlədiyi yerdən aldığı maaş hazırda onun yeganə qazancıdır. İlk olaraq qeyd etmişdir ki, məcəllənin 75.1 maddəsindən göründüyü kimi uşaqların saxlanması hər iki valideynin borcudur, buraya həm ata, həm də ana aiddir. Əgər indiki dövrdə uşaqların minimum istehlak səbətinin 220 manat olduğunu nəzərə alsaq, məh hazırda onun 160 manatını ödəyir, iddiaçı isə onun cəmi 60 manatını ödəməlidir. Yəni öz övladına bu kiçik məbləği ödəmək, onun üçün o qədərmi yükdür? Məhkəməyə bildirmək istəyir ki, iddiaçı özü işləyir və maaş alır. Bundan başqa repetitorluq fəaliyyəti ilə də məşğuldur. Bunları nəzərə alsaq öz övladları üçün 60 manat onun üçün o qədər də çox olmamalıdır. Amma bütün bunlara baxmayaraq o, maaşı artırıldığı yaxud gəlirləri hansısa formada artırıldığı halda ödəyəcəyi alimentin miqdarını artıracağını öhdəməyi öhdəsinə götürür. İddiaçı 2023-cü ildə uşaqların istehlak minimumunun artırılaraq 220 manat məbləğində müəyyən edildiyini göstərir. Cavab olaraq bildirirəm ki, hazırda yaşlı adamlar üçün işləmədiyi təqdirdə minimum istehlak səbəti 240 manat, işlədiyi təqdirdə isə 260 manat göstərilmişdir. Hazırda isə aliment ödənildikdən sonra onun əmək haqqından əlində olan gəlir cəmi 200 manat təşkil edir. Bu isə nəinki minimum əmək haqqından, hətta minimum istehlak səbətindən də 30 faiz aşağıdır. O, təzyiqdən, mədə bağırsaq pozulmalarından əziyyət çəkir. İddiaçı alimetin miqdarının artırılması barədə iddiası əsassız hesab edilməsini və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin iş 2(044)-902/2022 üzrə verdiyi qətnamə qüvvəsində saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1 ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Gəncə Şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 902/2022 saylı qətnaməsi qəbul olunduğu vaxtdan bir il keçmiş, bu müddət ərzində uşaqların zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı alimentin miqdarı müəyyən edildikdən sonra, yəni son bir il ərzində özünün və cavabdehin maddi və ailə vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı öz tələbini yalnız Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azlığı ilə əsaslandırır. İddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olsa da iddiaçı bu hüququndan istifadə etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar