Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4390/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İddiaçı X1 Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçı X3 Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “Mercedes” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən 260 manat ziyanın və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 290 manatın alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, EMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, Cavabdeh Samux rayonu, Əhmədbəyli Ərazi Dairəsi, Əhmədbəyli kəndində qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə (Samux Rayon Məhkəməsinə) müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı X1 Cavabdeh qarşı “ziyan” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı X2 izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə (Samux Rayon Məhkəməsinə) müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4390/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4390/2025
09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver