Məhkəmə qərarları › İş №2(125)-4396/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4396/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4396/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onu aldadaraq ondan borc alıb mənimsədikləri 7600 (yeddi min altı yüz) manat pulun və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 96 (doxsan altı) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, 7600 manat məbləğində pulun 5100 manatının Şəfa, 2500 manatının isə Cavabdeh1 tərəfindən mənimsənildiyini, Cavabdeh1 2500 manat puldan 150 manatı qaytardığını bildirərək, cavabdehlərin onu aldadaraq borc alıb mənimsədikləri 7450 manat puldan 5100 manatın Cavabdeh2 və 2350 manatın Cavabdeh1, həmçinin, ödədiyi dövlət rüsumunun əvəzi olaraq 96 manatın pulun 65 manatının Cavabdeh2 və 31 manatın Cavabdeh1 alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qonşularıdır. 2023-cü ilin axırlarında cavabdehlər onun ünvanına gələrək ondan borc pul istəmişlər. Cavabdeh Raisa dedi ki, onlara pul lazımdır, narahat olma ver, lazım olanda qaytaracaqlar, onada hörmət də edəcəklər. O, pulu vermək istəməmişdir, çünki əməliyyatı üçün yığmışdı. Amma əməliyyata getməyə qorxurdu. Raisa isə bunu bilirdi. Bilirdi ki, pulu var və əməliyyata getməyə qorxur. Yanında gətirdiyi kirayəçisi ilə birlikdə ona yalvarmışlar ki, cavabdehlərə kömək etsin, borc versin. O, tərəddüd etmiş, lakin Raisa onu hər vəchlə inandırmağa çalışırdı, deyirdi ki, narahat olmasın, onu tanıyır, pulunu qaytaracaqdır. Şəfa da digər tərəfdən yalvarırdı, pul lazım olduğunu deyirdi. Beləliklə, sonunda o, cavabehlərlə razılaşmış, Raisaya demişdir ki, onu tanıyır və əməliyyatı üçün yığdığı 7600 manat pulu Raisaya vermişdir. Raisa həmin pulun bir hissəsini Şəfaya verəcəyini bildirdi. Beləliklə Raisa 7600 manat pulu götürmüş, ona təşəkkür edib getmişlər. Sonra Raisa ona bildirmişdir ki, pulun bir hissəsini Şəfaya verib, narahat olmamasını və qaytaracaqlarını bildirmişdir. Beləliklə, bir müddət keçmiş, ağrıları çoxaldığı üçün o, əməliyyata getmək qərarına gəlmişdir. Raisaya demişdir ki, ağrıları çoxalır, istəyir ki, əməliyyata getsin, həkim deyir ki, əməliyyat olunmalıdır. Raisa isə indi pulunun olmadığını demişdir. Bu cavab onun xoşuna gəlməmişdir. Beləliklə cavabdehlər pulunu verməkdən açıq-açığına imtina etməyə başlamışlar. Cavabdeh ona olan borcu olduğunu etiraf edir, lakin aydın şəkildə deyir ki, pulu vermir. Bu barədə polisə də ərizə ilə şikayət etmişdir. Polisdə də yəqin ki, bu barədə material var. Həmçinin cavabdehlə telefon danışıqlarında da borclu olduğunu etiraf edir. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlərlə arasında heç bir razılıq yoxdur. Cavabdeh1 onun qonşusu olmaqla, 2023-cü ilin sonlarında dəfələrlə onun evinə gələrək borc lazım olduğunu, ona pul verməsini istəmiş və bankdan kredit götürərək qaytaracağını bildirmişdir. O da öz növbəsində əməliyyatı üçün pul yığdığını, borca pul verəcəyini lakin, əməliyyat vaxtı həmin borcunu qaytarmasını demişdir. İlk əvvəl 2500 manat pul istəmiş, daha sonra Şəfanın da kimdənsə qızıl götürdüyünü və həmin pulu qaytarmaq üçün Şəfaya da pul lazım olduğunu bildirmişdir. Lakin, Şəfanı tanımadığını və ona borc verməkdə tərəddüd etdiyini dedikdə, Raisa narahat olmamasını, Şəfanın da aldığı pulu qaytaracağını demişdir. Beləliklə sonda 7600 manat məbləğində pulu Cavabdeh1 vermişdir. Əməliyyat vaxtı gəlib pulunu istədikdə Raisa ona həmin pulun 5100 manatını Şəfaya verdiyini, qalan 2500 manatını isə özü götürdüyünü lakin qaytara bilmədiyini demişdir. Raisa 2500 manatdan 150 manatı qaytarmışdır. Ümumiyyətlə cavabdehlərə verdiyi pulla bağlı rəsmiləşmə aparmamışdır. Çünki cavabdehlərə inanmışdır. Cavabdehlər tərəfindən pulun ödənilməsini istəyir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ona borc verməsi barədə məhkəməyə müraciət etsə də, bu barədə heç bir sübutu yoxdur. İddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçı ona 2500 manat pul verməmişdir. Lalə ilə Şəfa arasında nə baş verməsi barədə isə heç nə bilmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı borc pul istəmiş, lakin, iddiaçının bildirdiyi kimi qızıl üçün yox, iddiaçının oğluna olan faiz borclarını qaytarmaq üçün pul almışdır. İddiaçıdan 2023-cü ilin noyabrdekabr aylarında 4000 manat pul istəmiş, iddiaçı ona 3500 manat vermiş, həmin pulun üstünə 1600 manat faiz gələrək hal-hazırda iddiaçı ondan 5100 manat tələb edir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - CD diskdəki səs yazılarında Cavabdeh2 Həsən qızı İddiaçı 5100 manat məbləğində borcu olduğunu etiraf etmişdir. - 13757 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün hökumət ödəniş portalına 97 (doxsan yeddi) manat pul ödəmişdir. Məhkəmə iclasında müəyyən edilən hallar: Belə ki, İddiaçı 2023-cü ilin son aylarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 7600 manat məbləğində pul verdiyini əsas gətirərək məhkəmədə iddia qaldırmışdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək 7600 manat pulun 5100 manatının Cavabdeh2, 2500 manatın isə 150 manatı Cavabdeh1 tərəfindən ödənildiyindən qalıq qalan 2350 manatının isə Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh1 iddia tələbini qəbul etməmiş, digər Cavabdeh2 isə 3500 manat məbləğində pulu iddiaçıdan aldığını bildirmişdir. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçını və cavabdehləri inləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə, ilk növbədə qeyd edir ki, İddiaçı Cavabdeh1 7450 manatın 2350 manatını borc verməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan iddia tələbi cavabdehlərdən Cavabdeh1 münasibətdə əsassızdır. Digər cavabdeh X1 münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh2 5100 manat borc verdiyini bildirmiş, lakin, qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, tərəflər arasında 5100 manat məbləğində pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamış, yazılı formada müqavilə bağlanmamışdır. Başqa sözlə, tərəflər arasında 5100 manat pulun borc verilməsinə dair yalnız şifahi əqd bağlanmış, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəni ədq yazılı formada tərtib olunmamış və tərəflər onu imzalamamışlar. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına səbəb olmuşdur. Bununla belə, Cavabdeh2 məhkəmə iclasında iddiaçıdan 3500 manat pul aldığını qeyd etsə də iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş CD diskdəki səs yazıları analiz edilən zaman Cavabdeh2 İddiaçı 5100 manat borcu olduğunu etiraf etmişdir. Bu baxımdan Cavabdeh2 iddiaçıdan 5100 (beş min yüz) manat məbləğində pul alması işin mübahisəsiz halıdır və təsdiq olunur. Məhkəmə iddiaçı və Cavabdeh2 arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımdan qiymətləndirərək hesab edir ki, Cavabdeh2 hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə: Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir, Cavabdeh2 5100 (beş min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi digər Cavabdeh1 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 96 (doxsan altı) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumunun 71 (yetmiş bir) manatı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5100 (beş min yüz) manat məbləğində pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 71 (yetmiş bir) manatı olmaqla, ümumilikdə 5171 (beş min yüz yetmiş bir) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar