Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4408/2025 12.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 962 (doqquz yüz altmış iki) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 992 (doqquz yüz doxsan iki) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək bildirmişdir ki, cavabdeh keçmiş qayınanası Cavabdeh Firuddin qızma qarşı 952 manat pul tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia irəli sürmüşdür. Belə ki, o, cavabdehin "xxxx"dan götürdüyü kredit öhdəliyinə zamin olmuşdur. Cavabdeh heç bir ödəniş etmədiyi üçün bank onun əmək haqqından tutmalar həyata keçirir. Bununla da cavabdeh ona əmlak zərəri vurur. İlkin iddia ilə müraciət edəndə əmək haqqından tutulan məbləğ 1000 manata yaxın idi. Hazırda həmin iddiası üzrə mülki iş icraatdadır. İddia irəli sürdüyü vaxtdan xeyli müddət - 6 ay keçmişdir. Bu müddət ərzində əmək haqqımdan yenə də tutmalar olmuşdur. Bugünkü günə cavabdehin ucbatından əmək haqqımdan ümumilikdə 2412 (iki min dörd yüz on iki) manat pul tutulmuşdur. Ona görə də iddianın həcminin artırılması barədə ərizə ilə müraciət etməli olmuşdur. Qeyd edir ki, əmək haqqının tamamilə hamısı tutulur. Odur ki, Cavabdeh ucbatından əmək haqqından tutulan məbləğin əvəzi olaraq 2412 (iki min dörd yüz on iki) manat pul məbləğinin Cavabdeh tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsinin mahiyyəti: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2018-ci il tarixli, KBAK3090129B127 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istehlak məqsədləri üçün illik 20 faiz ödəmək şərti ilə 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həmin vaxt Cavabdeh ondan kredit götürə bilməsi üçün zamin olmasını xahiş etmiş, o da cavabdehə inanıb etiraz etməmişdir. Çünki həmin zaman onlar qayınana gəlin münasibətində olmuşlar. Beləliklə, kredit müqaviləsinin təminatı olaraq, Bankla onun arasında xx.xx.2023-cü tarixli, KBAK3090129B127 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu gün bilərəkdən qəsdən öhdəliyi tam icra etmək istəmir. Bunu cavabdeh qərəzli şəkildə edir. Belə ki, cavabdeh onun keçmiş qayınanasıdır. Ailəsinin dağılmasını istəmədiyi üçün vaxtı ilə zaminlik müqaviləsinə qol çəkmişdir. Daha sonra oğlu ilə münasibətləri alınmadığı üçün boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh bu gün borcu ödəmək istəməsi ona maddi ziyan vurmaq istəməsidir. Onun şəxsiyyətini alçaldır ki, kimsə ona heç nə edə bilməz, ödəniş etmir ki, onun əmək haqqından tutulsun. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh onun keçmiş qayınanası olmuşdur. Cavabdeh "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli, **********14112022 nömrəli kredit müqaviləsinə əsasən 20000 manat məbləğində kredit götürmüşdür. O da öz növbəsində 18 avqust 2023-cü il tarixli, ZM-KBAK3090129B127 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh bank qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Daha sonra əri ilə ayrılmış və qayınanası kredit müqaviləsi üzrə öhdəliyi icra etməməyə başlamışdır. Nəticə həmin kredit müqaviləsi üzrə borc hər ay əmək haqqından tutulur. O, banka ümumilikdə 2800 manatdan çox ödəniş etmiş, cavabdeh həmin məbləğdən 300 manat qaytarmış və hal-hazırda 2412 manat borcu qalmışdır. Cavabdehin əvəzinə ödənilən pulun qaytarılmasını istədiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaəsən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Natəvan Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 18 noyabr 2025-ci il tarixli, 5-1-10/2-8/2025 nömrəli məktubunda vətəndaş Cavabdehb ünvan 1 ünvanında yaşamadığı və harada yaşaması barədə məlumat olmadığına görə məhkəmə bildirişinin çatdırılmasının mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; - xx.xx.2022-ci il tarixli, **********14112022 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış Bank Xidmətlərinin Göstərilməsi X2 görünür ki, Cavabdeh 36 ay müddətinə, 20 faiz dərəcəsi ilə 20000 AZN məbləğində kredit verilmişdir. - 18 avqust 2023-cü il tarixli, ZM-KBAK3090129B127 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zaminlərin (İddiaçı) hər biri borcalanın (Cavabdeh) bank qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti üzərinə götürür, hər bir Zamin Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır. Zaminliklə təmin edilən öhdəlik: xx.xx.2022-ci il tarixli, **********14112022 nömrəli bank xidmətlərinin göstərilməsi barədə ümumi müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2023cü il tarixli, KBAK3090129B127 saylı əlavəsi üzrə kreditin qaytarılması və borcların ödənilməsi. Kreditin məqsədli təyinatı: kənd təsərrüfatı fəaliyyətinin inkişafı. Kreditin məbləği 20000 AZN. Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 20 faiz. Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: gecikdirilən əsas borc məbləğində gündəlik 0.5 faiz. Kreditin müddəti 36 ay. - xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan İddiaçı məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ödəniş kartı üzrə Çıxarışdan görünür ki, İddiaçı götürülmüş kredit üçün ümumilikdə 2412 manat məbləğində pul tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, **********14112022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bankla 18 avqust 2023-cü il tarixli, ZM-KBAK3090129B127 nömrəli zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyinə görə, onun kredit borcundan iddiaçı - zamin İddiaçı bildirməsinə görə cavabdeh 300 manatı ona qaytardıqdan sonra 2412 manat məbləğində pul ödəmişdir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, həmin halı təkzib edəcək heç bir sübut da təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı kreditora ödədiyi məbləğdə pulu Cavabdeh tələb etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, 2412 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xahişi nəzərə alınmaqla və iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 2412 (iki min dörd yüz on iki) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4408/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4408/2025
12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver