Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4415/2024 02.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 İsa oğlunun sədrliyi, X9 Eldar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X8 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-1216/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli 2(044)- 1999/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh, 09 avqust 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan, nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh ilə X10 17 mart 2018-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan, doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2019-cu il tarixdə doğulmuş X5, 23 may 2021-ci il tarixdə doğulmuş X6, xx.xx.2023-cü il tarixdə doğulmuş X7 adında yetkinlik yaşına çatmayan üç uşaq vardır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay bir uşaq üçün 235 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki olaraq ailə qurmuş və nikahlarını rəsmi qaydada qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci ildə X8 anadan olmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, sonradan ailə münasibətləri pisləşməyə başlamışdır. Aralarında olan nikah qeydiyyatı pozulmuş və ona Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-1216/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci ildə X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin, hesab edir ki, alimentin miqdarı 235 manat müəyyən edilməlidir. Buna görə də hesab edir ki, uşağının xərcləri artdığından, onun atası da bu xərclərdə iştirak etməlidir. Çünki, hər kəsə məlumdur ki, uşaq dünyaya gəldiyi gündən valideynlərin üzərinə böyük bir yük, cavabdehlik düşür. Bu cavabdehlik əsasən uşağın anasının üzərində olur. Yeni dünyaya gəlmiş uşağın bütün qayğıları məhz ana ilə bağlıdır. Onların normal qidalanması, gündəlik geyimlərinin dəyişdirilməsi və s. bu kimi işlərin görülməsi ana tərəfindən həyata keçirilir. O, bir ana olaraq övladının doğulduğu gündən bütün qayğılarını layiqincə icra etmişdir. Bu gündə bunu etməkdə davam edir. Bundan başqa, hesab edir ki, hər bir valideyn uşaqlarına qayğı ilə yanaşmalı, onların normal böyüməsi üçün hər bir köməklik etməlidir. Bu hər bir valideynin həm hüququ, həm də müqəddəs borcudur. O, valideyn olaraq uşağının normal böyüməsi üçün üzərinə düşən öhdəlikləri icra edir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, o, iddia tələbini qismən qəbul edir, hər ay 170 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Belə ki, o yenidən ailə qurmuş və həmin nikahdan 3 uşağı anadan olmuşdur. Odur ki, maddi vəziyyətinin nəzərə alınmasını və hər ay 170 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-1216/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 185 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 235 manat aliment tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğində alimenti ödəmək üçün maddi imkanının olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə məhkəmədə izahat verərkən hər ay bir uşaq üçün 170 manat məbləğində aliment ödəməyə maddi imkanı çatdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, alimentin tutulduğu 2018-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, bir uşaq üçün 185 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə göstərir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması bu məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianin qiyməti 1000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (185-130)=55 manat x 12 ay)=715 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən edilir ki, cavabdeh mediasiyada iştirak etmişdir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-1216/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Ələkbərov X1 Ülviyə Hilal qızının birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X8 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq İddiaçı verilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4415/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4415/2024
02.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver