Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4503/2024 24.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, X2 Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz” C 180 markalı ** DS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği, yəni 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat pulun, ekspertiza üçün ödənilmiş 98 (doxsan səkkiz) manat ekspertiza xərcinin, 69 (altmış doqquz) manat ödənilən dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, 28 may küçəsində saat 14:00-da hərəkətdə olarkən cavadehə məxsus olan Mitsibishi Pajero markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus “Mercedes Benz” C 180 markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsindən toqquşmuşdur. Qeyd etmək istəyir ki, avtomobili hərəkətdə olmamış park vəziyyətində olmuşdur. Toqquşma nəticəsində xəsarət alan olmamış lakin, onun avtomobilinə 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat maddi ziyan dəymişdir. Hazırda avtomobil istismara tam yararsızdır. Dəfələrlə cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsələr də bu günədək dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, BD №376089 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Daimler Benz C 180 minik markalı, **-DS-*** qeydiyyat nişanlı avtomaşın X1 mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə reyestrdə 7E-24966 nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, X3 1997-ci buraxılış ili, Ban nömrəsi WDB2020181A552421, mühərrik nömrəsi **********4700 olan, Daimler Benz C 180 minik markalı, **-DS-*** qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qediyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli AP0147375 saylı protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Avtomotoservis və Ticarət Gəncə müəssisəsinin xx.xx.2024cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı «Mercedes Benz C-180» minik markalı, **-DS-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4875 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, 28 may küçəsində saat 14:00-da hərəkətdə olarkən cavadehə məxsus olan Mitsibishi Pajero markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus “Mercedes Benz” C 180 markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsindən toqquşmuşdur. Qeyd etmək istəyir ki, avtomobili hərəkətdə olmamış park vəziyyətində olmuşdur. Toqquşma nəticəsində xəsarət alan olmamış lakin, onun avtomobilinə 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat maddi ziyan dəymişdir. İş materialları ilə (xx.xx.2024-cü il tarixli rəy) «Mercedes Benz C-180» minik markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləğinin 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat maddi zərər tutularaq İddiaçı verilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat pul, ekspertiza üçün ödənilmiş 98 (doxsan səkkiz) manat ekspertiza xərcinin və ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumunun əvəzi alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4503/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4503/2024
24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver