Məhkəmə qərarları › İş №2(125)-4506/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4506/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4506/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş 200 manat aliment miqdarının artırılaraq hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikah akt qeydi bağlamaqla evlənmiş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Aralarında olan nikah 2009-cu il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4709/2018 saylı qətnaməsi ilə pozulmuş və azyaşlılar onun himayəsində saxlanılmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(043)-222/2022 saylı qətnaməsi ilə azyaşlı övladlarının saxlanılması üçün hər uşağa 100 manat olmaqla cəmi 200 məbləğində aliment kəsilmişdir və həmin tarixdən sonra alimentin artırılması ilə məhkəməyə müraciət etməmişdir. Hazırda isə 200 manat məbləğində aliment uşaqların saxlanılması üçün kifayət etmir. Bu səbəbdən də, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı xeyrinə tutulan iki uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər uşağa hər ay 80 manat, cəmi 160 manatadək azaldılmasına; ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilkin iddia üzrə İddiaçı onun sabiq arvadıdır. Cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Məryəm və xx.xx.2014-cü il tarixdə Nərgiz adlı iki övladı olmuşdur. Cavabdeh heç bir səbəb göstərmədən 2016-cı ildə uşaqları da götürüb anasının evinə getmişdir. Onun ərizəsi əsasında nikahları pozulandan sonra uşaqlar anasının himayəsində saxlanılmışdır. Kəpəz rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün ayda 100 manat, cəmi 200 manat məbləğində alimentin ondan tutularaq cavabehə verilməsi qət edilmişdir. Həmin vaxtdan bu günə kimi o, vaxtlı-vaxtında alimenti ödəmişdir. Bildirir ki, o 2ci qrup əlildir, heç yerdə işləmir. Ayda 346 manat pensiya alır. Bununla belə məhkəmə yüksək məbləğdə aliment təyin edəndə o, uşaqlarının xətrinə razılaşmışdır. Amma ona dolanmaq üçün cəmi 103 (43 manat da köhnə borca tutulur) manat pul qalırdı. O, beş il tək yaşayandan sonra məcbur olub 27.06. 2021-ci il tarixdə ikinci dəfə ailə qurmuşdur. Əlil olaraq tək yaşamaq onun üçün çox çətin olmuşdur. Hazırda iyul ayının axırlarında ikinci ailəsindən bir uşağı anadan olacaqdır. Ona görə də onun cavabdehə məhkəmənin müəyyən etdiyi məbləğdə alimenti vemək imkanı yoxdur. Hazırda 3 nəfər uşağı olacaqdır. Əgər o, cavabdehə bundan sonra da indiki məbləğdə aliment ödəsə, nəticədə onun himayəsində yaşayan övladının maddi vəziyyəti cavabdehin himayəsində yaşayan övladlarının vəziyyətindən daha aşağı səviyyədə olacaqdır. Qanunvericiliyə görə 3 nəfər övladın saxlanılmasına görə valideynin gəlirinin 50% miqdarında aliment tutulması nəzərdə tutulmuşdur. Bu hesabla hər uşağa pensiyamın 17% -i məbləğində aliment düşür. Halbuki, hazırda cavabdehə 2 uşağın saxlanması üçün pensiyamın 60 faizdən çoxunu aliment kimi ödəməli olmuşam. Cavabdeh uşaqlarının qeydinə belə qalırdısa onları atalarından ayırmamalıydı. Hər halda bir ailədə yaşamaq maddi cəhətdən daha sərfəli olardı. Bundan başqa cavabdeh tam sağlam, əli-ayağı yerində adamdır. Uşaqlar da artıq böyümüşlər. Birinin 14, digərinin 9 yaşı vardır. Cavabdeh istənilən yerdə gedib işləyə bilər. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş icraatdadır. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır. Belə ki, AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13- cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AR Yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Pleniumunun qeyd olunan qərarındanda görünür ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Hal-hazırda uşaqlar mənim himayəmdədir və onların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını mən çəkirəm. Həmçinin qeyd etmək istəyirəm ki, uşaqların yaşı artıqca onların maddi təminatları da artır və mən təkbaşıma bu maddi təminatı ödəməyə çətinlik çəkirəm. Həmçinin, Cavabdeh isə halhazırda 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun yarısından da az aliment ödəyir. Cavabdeh iddia ərizəsində iyul ayının sonunda ikinci nikahından bir uşağı olacağını əsas gətirərək, alimentin 3 uşağa münasibətdə gəlirinin (pensiyasının 346 manat) yarısının tutulmalı olduğunu və hər uşağa pensiyasının 17 faizinin yəni 58, 82 manat düşməli olduğunu, ancaq yüksək məbləğdə hər uşağa 100 manat ödədiyini əsas gətirərək, alimentin azaldılaraq hər uşağa görə 80 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəla Cavabdeh ikinci nikahdan olacağını bildirdiyi uşağına aliment ödəməyəcəkdir. Həmçinin belə olan halda uşaqlarımın yaşayış minimumundan az olan təminatını daha da azalır. Bu isə Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Pleniumunun qeyd olunan qərarına və Ailə Məvcəlləsinin müvafiq normalarına ziddir. AR Ailə Məcəlləsinin 112.1 -ci maddəsindən də göründüyü kimi alimentin miqdarının azaldılması üçün şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa alimentin miqdarı azaldıla bilər. Cavabdeh isə nə ailə, nə də maddi vəziyyətində mənfi heç bir dəyişiklik baş verməmişdir. O, üçüncü uşağının olacağını iddia etsədə bu hazırki, vəziyyətdə alimentin azaldılması üçün əsas ola bilməz.Və onuda əlavə edim ki, cavabdehin həyat yoldaşı xəstəxanada işləyir və gələcək övladlarını saxlamaq üçün yetərli gəlirləri var. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı ilk iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. Cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(043)-222/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılması; xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından olan doğum haqqında şahadətnamələrin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası X4r. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından pensiya alt sistemində olan məlumata əsasən müddətsiz 2-ci dərəcəli əlilliyə görə ayda 346.55 manat əmək pensiyası alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. Həmin Qərarda həmçinin göstərilir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (100 manat) isə hazırda iddiaçının saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “övladını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən təxminən 1 il 6 ay keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, diqqətəlayiq olan halları və yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Qərarda həmçinin nəzərdə tutulmuşdur ki, Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Qanun, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutsa da, bu, yalnız o halda mümkündür ki, daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, cavabdeh qətnamənin çıxarıldığı vaxtla müqayisədə hazırda maddi vəziyyətinin əsaslı dərəcədə pisləşməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, eləcə də uşağın mənafeyi nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatının təmin edilməsi üçün qarşılıqlı iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-222/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar