Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4528/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “gömrük rüsumunun ödənilməsi, zərərin əvəzinin ödənilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və texniki sənədlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “gömrük rüsumunun ödənilməsi, zərərin əvəzinin ödənilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və texniki sənədlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyasında qeydiyyatda olan “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nömrəli X7 məxsus etibarnamə ilə idarə etdiyi avtomobilin üzərində mülkiyyət, istifadə, sahiblik və sərəncamverici hüquqları olmayan Cavabdeh1 və Cavabdeh2 sözügedən avtomobilin qeyri-qanuni istismar etmələri və sözügedən avtomobilin Azərbaycan Respublikasında qalması səbəbindən yığılmış 1311 manat 85 qəpik (min üç yüz on bir manat səksən beş qəpik) gömrük rüsumunun ödənilməsi, nəqliyyat vasitəsinin üzərindən sökülmüş dövlət qeydiyyat nişanlarının çıxarılmış və ya digər şəkildə 2644 manat 50 qəpik (iki min altı yüz qırx dörd manat əlli qəpik) dəyərində özününkiləşdirilən tərkib (ehtiyat) hissələri ilə vurmuş olduqları zərərin-ziyanın dəyərinin ödənilməsi habelə 5058 nömrəli 989117 nömrəli qeydiyyat şəhadətnaməsinin və texniki sənədlərin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasında qeydiyyatda olan “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı X7 məxsus olan etibarnamə ilə onlara vermiş olduğu avtomobil “Qırmızı Körpü” Gömrük buraxılış məntəqəsindən xx.xx.2019-cu il tarixdə Respublika ərazisinə daxil olmuşdur. Avtomobili etibarnamə ilə sürücü kimi o, idarə etmişdir. Avtomobil xx.xx.2020-ci ildən Respublikadan çıxmalı olduğu halda bugünə qədər çıxmamışdır. xx.xx.2020-ci ildən yanvar 2021-ci ilə qədər “Vətən Müharibəsində” iştirak etmişdir. 2019-cu ilin oktyabr ayında sözügedən avtomobili Ramin Rüstəmova vermişdir. Ramin Rüstəmovla qiyabi tanışlıqları olmuşdur və həmin tanışlığa əsasən sözügedən nəqliyyat vasitəsini ona müvəqqəti istifadə üçün 3 ay 15 günə və ya ən çoxu 5 aya Azərbaycan Respublikasından avtomobili çıxartmaq şərtilə şifahi əqd əsasında yaşadıqları ərazidə Göygöl rayon Qızılqaya qəsəbəsində Ramin Rüstəmova vermişdir. Pandemiya (COVİD 19) düşdüyünə görə Ramin Rüstəmov avtonəqliyyatla deyil, Rusiya Federasiyasına təyyarə ilə getmiş və getməzdən əvvəl həmin nəqliyat vasitəsini onun iradəsinə zidd olaraq Cavabdeh1 vermişdir. Cavabdeh1 əvvəlcədən tanımamış, lakin bu məsələ ortaya çıxdıqdan sonra bir neçə dəfə həmin şəxsi görmüşdür. Cavabdeh1 “VAZ (LADA)” 21043 minik markalı, T 7** AE *** Dövlət Qeydiyyat nişanlı avtomobili həmn nəqliyyat vasitəsi üzərində mülkiyyət, istifadə, sahiblik və sərəncamverici hüquqları olmadan Cavabdeh2 satmışdır. Hər iki əhəmiyyətsiz alqı-satqı şifahi müqavilələri bağlanan zaman nəqliyyat vasitəsinin hansı məbləğə satıldığı barədə məlumatı olmamışdır. Ramin Rüstəmov və Cavabdeh1 hətta bu işi birlikdə gördüklərinə dair mülahizələrin olması də mövcuddur. Yol Nəqliyyat cərimələrini ödəmədiklərinə görə və Gömrük rüsumu yığıldığına görə xx.xx.2024-cü il tarixində Göygöl RPŞ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək qanunsuz olaraq istismar edilən “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən edilərək saxlanılması və mühafizə olunan duracağa təmin edilməsinə göstəriş verilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə həmin müraciətinə cavab olaraq şəxsi heyətin təlimatlandırıldığı sözügedən nəqliyyat vasitəsinin müəyyən edilməsi üçün axtanş tədbirlərinin keçirildiyi barədə məktub almışdır. Həmçinin qeyd edir ki, xx.xx.2024-cü il tarixli cavab məktubunu almağı gözləmədən eyni zamanda, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri BPİ-nin DYPŞnin rəhbərliyinə də eyni məzmunlu müraciət etmişdir. Həmçinin təkrarən eyni qaydada xx.xx.2024-cü il tarixdə müraciətini yeniləmiş və axtarış işinin açılmasını tələb etmişdir. xx.xx.2024-cü il tarixdə isə xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, axtarış açılmış və bütün şəxsi heyət təlimatlandırılmaqla “Təhlükəsiz şəhər” xidmətinə aidiyyatı üzrə göstəriş verilmişdir. xx.xx.2024-cü il tarixində “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilərək mühafizə olunan duracağa təmin edilmiş və onlar da həmin günü Gəncə BPİ-nin DYPŞ-ə çağırılmışlar. Nəqliyyat vasitəsinə baxan zaman sözügedən avtomobilin xarici konstruksiyasının dəyişdirildiyini, əsas tərkib (ehtiyat) hissələrinin söküldüyünü çıxarıldığını və ya digər şəkildə dəyişdirildiyini özününkiləşdirildiyi, dövlət qeydiyyat nişanlarının söküldüyü habelə, texniki sənədlərin isə mövcud olmadığını, yəni başqaları tərəfindən götürüldüyünü aşkar etmişlər. Başqaları dedikdə isə nəzərdə tutduğu şəxslər ünvan 1 ünvanında yaşayan Cavabdeh1 və ünvan 2 küçəsi, 2-ci döngə, ev 6-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Cavabdeh2 olmuşdur. Bu barədə dəfələrlə Gəncə şəhər BPİ-nin DYPŞ-nə və Gəncə şəhər BPİ-nə müraciət etmişdir. Sözügedən avtomobil xx.xx.2024-cü ilədək Gəncə şəhər BPİ-nin DYPŞ-nin mühafizə olunan duracağında olmuşdur. Belə ki, bildirmişdir ki, sözügedən avtomobili Cavabdeh2 xx.xx.2024-cü il tarixdə idarə edən zaman xx.xx.2024-cü il tarixdə “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Nizami küçəsi, döngədə 1.3 durma qaydalarını pozmağa görə İXM-nin 346.1 maddəsi üzrə protokol yazılan zaman sözügedən nəqliyyat vasitəsi tam saz vəziyyətdə olmaqla istismara yararlı olsa da xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək sözügedən avtomobilin xarici konstruksiyası dəyişdirilmiş, əsas tərkib (ehtiyat) hissələri sökülmüş, çıxarılmış və ya digər şəkildə dəyişdirilmiş özününkiəşdirmişdir. Habelə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən avtomobilin dövlət qeydiyyat nişanları sökülmüş və avtomobilin texniki sənədləri götürülmüşdür. Bu barədə Gəncə şəhəri BPİ-nin DYPŞ-nə və Gəncə şəhəri BPİ-nə müraciət etmişdir. Qarşılığında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 və Cavabdeh2 tərəfindən sözügedən avtomobilin sökülən tərkib (ehtiyat) hissələri çıxarılan digər şəkildə özününkiləşdirilən tərkib (ehtiyat) hissələri aşağıdakılardır: İstismara orta dərəcədə yararlı, orta işlənmiş ehtiyat hissələrin qiyməti ilə: 1 .üst yük baqajı-100 manat, 2. akkumlyator - 85 manat, 3. maqnitofon pioner 7150 - 100 manat, 4. Siqnallar - 20 manat, 5. ehtiyat təkər və disk 30+10=40 manat, 6. Domkrat - 10 manat, 7. təkər açarı - 5 manat, 8. benzin bakın qapağı (krişqast) - 5 manat cəmi: 365 (üç yüz altmış beş) manat Sözügedən avtomobilin yararsız ehtiyat hissələri ilə əvəz olunan tərkib (ehtiyat) hissələri aşağıdakılardır: Orta işlənmiş ehtiyat hissələrin qiyməti ilə: 1. karbirator - 50 manat (İsa və Samirdən alınıb), 2. starter - 50 manat (Füzuli), 3. dinamo - 50 manat + quraşdırma 10 manat = 60 manat, 4. tramyor - 10 manat (Samir), 5. babin - 5 manat (Samir), 6. pompa təzə - 15 manat (Razin N.Nərimanov küçəsi), 7. remen təzə - 5 manat (Razin N.Nərimanov küçəsi), 8. yağ fiitr - 15 manat + 5 manat = 20 manat + 3 manat mühərrik yuma dərmanı cəmi 23 manat (Razin N.Nərimanov küçəsi), 9. quraşdırma və avtomobili işə salma - 60 manat (usta Taleh N.Nərimanov küçəsinin yanı), 10. rulovoy kafonka - 40 manat (X17), 11. rulovoy üçün yağ - 7 manat (X17), 12. karobka (surət qutusu) yığmağa - 120 manat (usta Elşən Nizami küçəsi), 13. üçbarmaq təzə - 22 manat (X18), 14. altıbarmaq təzə - 11 manat (X18), 15. karobka yağı - 7 manat (X18), 16. rulovoy quraşdırma - 20 manat (usta Elşən Nizami küçəsi), 17. salnix karobka mühərrikə birləşən yerə təzə - 3 manat 50 qəpik (X18), 18. təkər 4 ədəd - 100 manat (İsa və Samir), 19. mühərrik nizamlama və yumağa görə - 20 manat (usta Nazim), 20. baqaj kapot - 110 manat (Sumqayıt - Rusiya Federasiyasının ehtiyat hissələrini satan), 21. zbor most - 300 manat (X11 -Kariyer), 22. bufer arxa - 15 manat (İsa Savxoz -Kariyer), 23. purjun 2 ədəd arxa - 20 manat (İsa Savxoz -Kariyer), 24. zbor mosdun (rediktor) quraşdırılması - 50 manat (usta Aslan), 25. kardan - 20 manat ( X11-Kariyer), 26. kardanın ehtiyat hissələri təzə - 20 manat (quraşdıran usta Aslan), 27. vurulan sol qanad (krilo təzə) - 42 manat (X18), 28. vurulan sağ arxa stopun yanı təzə - 8 manat (X18), 29. avtomobilin vurulan yerinin düzəlməsi üçün söküntüyə - 45 manat (usta Aslan), 30. dəmirçiyə avtomobilin vurulan yerlərini düzəltməyə görə - 200 manat (usta Eldar), 31. mühərrikin yağ nasosunun yuyulub quraşdırılmasma görə - 20 manat (usta Nazim usta Aslan), 32. rəngləmə üçün rənglərə və rəngləməyə görə - 450 manat, 33. tormoz (əyləc) sistemini quraşdırmağa görə - 10 manat, 34. tormoz üçün jidkist - 7 manat, 35. qapı və baqaj açarı təzə - 14 manat + quraşdırma - 5 manat = 19 manat, ön aynası (labavoy) qəza zamanı qırılıb yerinə çat aşağı keyfiyyətli ayna ilə əvəz olunub - 100 manat, 37. cırıq-cırıq edilən sdeniyalar (oturacaqlar) üçün - 150 manat, 38. duracaqdan (DYPŞ-dən) evə evakuatorla - 20 manat, evdən motaristə - 15 manat, evdən karobka ustasına aparmaq - qaytarmaq evakuatora - 30 manat. Cəmi evakuatora = 65 manat. Avtomobilin xarici konstruksiyası dəyişdirməklə, əsas tərkib (ehtiyat) hissələri sökülməklə, çıxarılıb digər şəkildə özününkiləşdirməklə istismara yararsız ehtiyat hissələri əvəzləməklə digər şəkildə özününkiləşdirməklə 2644 manat, 50 qəpik (iki min altı yüz qırx dörd manat əlli qəpik) maddi ziyan - zərər vurmuşlar. Ramin Rüstəmovun Azərbaycana gəlmədiyini bildirərək Cavabdeh1 vəziyyətdən yararlanaraq avtomobili təhvil verməkdən və sərhəddən keçirməkdən imtina edərək sözügedən avtomobil üzərində heç bir mülkiyyət, istifadə, sahiblik və sərəncamverici hüquqları olmadan Cavabdeh2 satmaqla avtomobili söküb hissələrini dəyişdirməklə ikisi birlikdə 2644 manat 50 qəpik (iki min altı yüz qırx dörd manat əlli qəpik) miqdarında ziyanzərər vurmuşlar. Bundan sonra İddiaçı “iddia tələbinin həcminin artırılması" barədə ərizə verərək bildirmişdir ki, avtomobilə mühərrik ustasının məsləhətinə əsasən mühərrikin nömrəsinin yerləşmə yerini öyrəndikdən sonra baxış keçirən zaman məlum olmuşdur ki, Rusiya Federasiyasında qeydiyyatda olan “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nömrəli X7 məxsus etibarnamə ilə idarə etdiyi avtomobilin üzərində mülkiyyət, istifadə, sahiblik və sərəncamverici hüquqları olmayan Cavabdeh1 və Cavabdeh2 sözügedən avtomobilin qeyri-qanuni istifadə də vurmuş olduqları zərərin – talanın dəyərinin əsaslı və az olduğunu əsaslandıraraq əlavə olaraq məlum edir ki, “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərindəki texniki pasportunda qeyd olunan 2***-******* nömrəli mühərrik qeyri-qanuni olaraq heç bir yerdə qeydiyyata alınmadan 2***-******* nömrəli mühərriklə əvəz edilmişdir. Nə qədər yəni nə vaxta qədər işləyəcəyi naməlum olaraq qalır və heç bir rəsmi qeydiyyatı yoxdur. Mühərrikin dəyişdirilməsi barədə sübutun ilkin təqdim edilməməsinin səbəbi avtomobil haqqında məlumatın az olması səbəbindən olmuşdur. “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərindən sökülən ehtiyat hissələri çox ehtimal ki, Cavabdeh2 hal-hazırda Şəmkir rayonu, Qracəmilli kənd sakini X8 məxsus olan Moskviç markalı minik maşınına aid olan **-BG-*** dövlət qeydiyyat nişanlı saxta nömrə ilə idarə etdiyi göy rəngli 21043 minik markalı avtomobilə quraşdırmışdır. Beləliklə, işlənmiş mühərrikin orta dəyəri – 450 manat, sənədləşməsi – 100 manat, quraşdırması – 100 manat, iş üzrə təqdim etdiyi inzibati protokolların ümumi dəyəri - 296 manat, artan Gömrük rüsumu – 156 manat 40 qəpik cəmi 1102 manat 40 qəpik. Faktiki dəyən zərərin, yəni, hesablanan zərərin üzərinə gəlinməli olduğu məlumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. Famil Quliyev həmin avtomobili sürmək üçün iddiaçı olan oğlu Mikayıla etibarnamə vermişdir. Onlar isə müvəqqəti istifadə üçün avtomobili Ramin adlı şəxsə vermiş, Ramin isə Cavabdeh1 vermişdir. Cavabdeh1 isə öz növbəsində mübahisəli avtomobili aralarında olan şifahi razılaşmaya əsasən digər Cavabdeh2 satmışdır. Avtomobilin qaytarılması ilə bağlı polisə müraciət etmiş, nəhayət avtomobil tapılaraq cavabdehlər tərəfindən polisə təhvil verilmişdir. Avtomobil cavabdehlərdə olan zaman yararsız hala salınmış ehtiyat hissələri dəyişdirilmiş, yol hərəkəti qaydaları pozularaq, dəfələrlə inzibati xətalar törədilmiş və gömrük borcu yığılmışdır. Hal-hazırda maşın onların həyətindədir. Cavabdehlər tərəfindən yararsız hala salınmış avtomobilin ehtiyat hissələrini əvəz etsə də, çəkdiyi xərclərlə bağlı sübutu yoxdur. Bundan başqa hər hansı qüsur aktı da yoxdur. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 14 noyabr 2024-cü il tarixində keçirilən baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili Cavabdeh1 aralarında heç bir rəsmi sənədləşmə olmadan, şifahi formada 1500 manata almış və həmin məbləği Cavabdeh1 tam şəkildə ödəmişdir. Belə ki, sözügedən avtomobil Rusiya Federasiyasında qeydiyyatda olduğu üçün rəsmiləşdirmək mümkün deyildir. Lakin, daha sonra İddiaçı avtomobili geri istəmişdir. O, da avtomaşını iddiaçıya qaytarmışdır. Lakin, iddiaçı onun ödəmiş olduğu pulu geri vermir. O, həmin maşına heç bir ziyan vurmamışdır. Odur ki, iddiaçının ona qarşı qaldırdığı iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V seriyalı, 096789 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 50 58 seriyalı, 989117 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mal və nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxslərin xəbərdar edilməsinə dair bildirişin surətindən görünür ki, kodu: **********00269, keçmə məqsədi: ölkəyə giriş, markası: VAZ 21043, dövlət nömrə nişanlı: T756AE150, çəkisi: 1055 kg, bann nömrəsi: XTK**********9999, mənsub olduğu ölkə: Rusiya, buraxılış ili: 2006, nəzarət müddəti: 365 gün, son çıxış tarixi: xx.xx.2020. Qoyulan depozit haqqında məlumat - Gömrük orqanı: Qırmızı körpü gömrük postu, tarix: xx.xx.2019, 10:54:00, depozit məbləği: 800 ABŞ dolları. Yol vergisi cəmi – 40 ABŞ dolları, ölkədə qalma müddətinə görə - 40 ABŞ dolları, qət edəcəyi məsafə - 0 km, ağır yüklə qət edəcəyi məsafəyə görə - 0 ABŞ dolları, təhlükəli yüklə ölkədə qalma müddətinə görə - 0 ABŞ dolları. 21 aprel 2024-cü il tarixli, EQ20682591 nömrəli protokoldan görünür ki, Hüseynli X4 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi – durma qaydalarının pozulmasına görə T756AE150 qeydiyyat nişanlı avtomobil 20 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli, EQ3246092 nömrəli protokol əsasında VAZ 2104 markalı, T756AE150 qeydiyyat nişanlı avtomobil 36 manat, xx.xx.2020-ci il tarixli, EQ4293819 nömrəli protokol əsasında 36 manat, xx.xx.2020-ci il tarixli, EQ5064005 nömrəli protokol əsasında 36 manat, xx.xx.2021-ci il tarixli, EQ6033643 nömrəli protokol əsasında 40 manat, xx.xx.2021-ci il tarixli, EQ7164847 nömrəli protokol əsasında 66.6 manat, xx.xx.2021-ci il tarixli, EQ7811253 nömrəli protokol əsasında 42.4 manat, xx.xx.2023-cü il tarixli, EQ18245291 nömrəli protokol əsasında 18 manat və xx.xx.2024-cü il tarixli, EQ20682591 nömrəli protokol əsasında isə 21.2 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin 08 aprel 2024-cü il tarixli, 3-13-77/2-H-5270/24 nömrəli məktubunda Nümayəndə bildirilmişdir ki, Göygöl RPŞ-nə ünvanladığı müraciətlə bağlı Göygöl RPŞ-nin DYBP-nin əməkdaşları təlimatlandırılmışdır. Qeyd etdiyi avtomaşın Göygöl rayon inzibati ərazisində sənədsiz idarə olunarsa əməkdaşlar tərəfindən mühafizə olunan duracağa yerləşdiriləcəkdir. Məlumatla bağlı hər hansı nəticə əldə olunarsa məlumat veriləcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 06 may 2024-cü il tarixli, 313-57-5/2-H-13134/11/24 nömrəli məktubunda Nümayəndə bildirilmişdir ki, qanunsuz idarə olunan “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə şöbənin şəxsi heyəti təlimatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədi ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məktub göndərilmiş, lakin, həmin avtomobili xətdə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 20 may 2024-cü il tarixli, 313-57-5/2-H-11713/11/24 nömrəli məktubunda X3 bildirilmişdir ki, qanunsuz idarə olunan “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə şöbənin şəxsi heyəti təlimatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədi ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məktub göndərilmiş, qeyd olunan “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili istismara yararsız vəziyyətdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən Gəncə şəhər DYPŞ-nin mühafizə olunan duracağına təmin edilmiş, duracağa təmin edilən zaman avtomobilin qeydiyyat nişanları üzərində olmamışdır. Qeyd olunan avtomobilin texniki pasportu isə Cavabdeh2 və Cavabdeh1 təqdim etməmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 28 may 2024-cü il tarixli, 313-57-5/2-H-16790/11/24 nömrəli məktubunda X3 bildirilmişdir ki, qanunsuz idarə olunan VAZ 2104 markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə şöbənin şəxsi heyəti təlimatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədi ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məktub göndərilmiş, qeyd olunan “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili istismara yararsız vəziyyətdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən Gəncə şəhər DYPŞ-nin mühafizə olunan duracağına təmin edilmiş, duracağa təmin edilən zaman avtomobilin qeydiyyat nişanları üzərində olmamışdır. Qeyd olunan avtomobilin texniki pasportu isə Cavabdeh2 və Cavabdeh1 təqdim etməmişlər. Avtomobilin sökülən yerləri barədə və avtomobilin qeydiyyat şəhadətnaməsini, nömrə nişanlarını qeyd olunan şəxslərdən geri almaq üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi məqsədə müvafiq hesab edilir. Cavabdeh1 Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X14 verdiyi izahatdan görünür ki, “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili 2019-cu ilin oktyabr ayında Nümayəndə heç bir rəsmi sənədləşmə olmadan 1400 manat verib almışdır. 800 dollar isə gömrük xərcləri üçün vermişdir. 2023-cü ilin avqust ayında avtomobili sənədsiz olaraq satmışdır. Hal-hazırda gömrük sərhədləri açılmadığı üçün avtomobili sərhəddən keçirmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə qeyd edilən avtomobili dövlət yol polisinin mühafizə olunan duracağına təmin edir. Cavabdeh2 Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X14 verdiyi izahatdan görünür ki, “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili 2023-cü ilin avqust ayında Cavabdeh1 heç bir sənədləşmə, etibarnamə verilə bilmədiyi üçün öz aralarında 1450 manat pul müqabilində almışdır. Avtomobili alarkən ümumi problemlər var idi. Avtomobili almazdan öncə etibarnamə əsasında sahibi Nümayəndə yanında getmiş və ona avtomaşını almaq istədiyini bildirmişdir. Tahir ona Rusiya Federativ Respublikasının qeydiyyatı olduğu üçün etibarnamə verə bilmədiyini, amma idarə etməyə razı olduğunu demişdir. Quru sərhədləri bağlı olduğu üçün avtomobili sərhəddən keçirdə bilməmiş və xx.xx.2024-cü il tarixdə avtomobili aldığı kimi Gəncə şəhər şöbəsinin mühafizə olunan duracağına təmin etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobil Rusiya Federasiyasında qeydiyyatda olmaqla, X9 adlı şəxsə məxsusdur. İddiaçı Mikayıl X1 məxsus olan sözügedən avtomobili etibarnamə əsasında idarə etmişdir. İddiaçı həmin avtomobili müvəqqəti istifadə üçün Ramin Rüstəmov adlı şəxsə, Ramin Rüstəmov isə “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili hazırki iddia üzrə cavabdehlərdən olan Cavabdeh1 vermişdir. Cavabdeh1 “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili heç bir sənədləşmə aparmadan digər Cavabdeh2 satmışdır. Hal-hazırda İddiaçı etibarnamə əsasında idarə etdiyi avtomobilin cavabdehlər tərəfindən yararsız hala salınması, habelə, yol hərəkəti qaydalarının pozulmasına görə yğılmış cərimə və gömrük rüsumlarının olmasını əsas gətirərək, “gömrük rüsumunun ödənilməsi, zərərin əvəzinin ödənilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və texniki sənədlərinin qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməmiş, digər Cavabdeh1 isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflər arasında olan mübahisənin həlli ilə bağlı əvvəlcə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruriliyinə vurğulayaraq, bu baxımdan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə, ilk növbədə İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüquqlarının pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyildir. Eyni zamanda iddiaçı iddia ərizəsində sözügedən avtomobilin Famil Quliyevə məxsus olmasını bildirməklə yanaşı, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da bu faktı təsdiq etmiş və mübahisə predmeti olan avtomobilin iddiaçının mülkiyyətində olması barədə hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bu isə öz növbəsində məhkəmə üçün belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehlərə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçı “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin cavabdehlər tərəfindən yararsız vəziyyətə salınması, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilə tələb etdiyi məbləğdə zərər dəyməsi, inzibati xətaların cavabdehlər tərəfindən törədilməsi o cümlədən yığılmış gömrük ödənişlərinə görə borcun olması, həmin borcun onun tərəfindən ödənilməsi (öhdəliyin üçüncü şəxs tərəfindən icra olunması) barədə hər hansı mötəbər sübut təqdim etməməklə yanaşı, iddiaçı gömrük ödənişləri üzrə yaranmış gömrük borcunu tələb etmək və gömrük ödənişləri üzrə yaranmış gömrük borcu ilə bağlı iddia qaldırmaq hüququna da malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassıdır və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “gömrük rüsumunun ödənilməsi, zərərin əvəzinin ödənilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və texniki sənədlərinin qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “gömrük rüsumunun ödənilməsi, zərərin əvəzinin ödənilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və texniki sənədlərinin qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4528/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4528/2024
04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver