Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-463/2025 06.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1571 manatın və dövlət rüsumu hesabına ödədiyi 36 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Tovuz rayonu, Dondarquşçu kəndində yerləşən çay evində ofisiant işlədiyi vaxt onunla tanış olmuşdur. Həmin çay evi onun özünün iş yerinə yaxın yerləşmişdir. Cavabdeh maddi imkanı olmadığından onun adına kreditlə telefon almalarını xahiş etmiş, ancaq borcunu hər ay hissə-hissə özü ödəyəcəyini bildirmişdir. Etibarlı münasibətləri olduğu üçün "xxxx" MMC-dən 961,89 manat dəyərində “Honor X9a” markalı telefonu 18 ay müddətinə hər ay 54 manat ödəmək şərtilə alıb cavabdehə vermişdir. Cavabdeh həmin müqavilə üzrə 5 ay ardıcıl olaraq borcunu ödəmişdir. Bundan sonra cavabdeh yenidən qızının ad günü olduğunu, Gəncəyə gedəcəyini və qızını sevindirmək istədiyinə görə qızı üçün də telefon almasını xahiş etmiş, ancaq yenə də borcunu hər ay hissə-hissə özü ödəyəcəyini bildirmişdir. Cavabdeh birinci telefona görə 5 ay ardıcıl olaraq borcunu ödədiyinə görə ona inanmış və ikinci dəfə də "xxxx" MMC-dən 869,98 manat dəyərində “Honor X9a” markalı telefonu 6 ay müddətinə hər ay 145 manat ödəmək şərtilə alıb cavabdehə vermişdir. Bundan sonra cavabdeh nə birinci telefona görə, nə də ikinci telefona görə heç bir ödəniş etməmişdir. Məcbur qalıb ikinci telefona görə 3 ay cərimə ilə birlikdə borcu özü ödəmiş, cəmi 100 manat məbləğini cavabdeh ödəmişdir. Birinci telefona görə 15 ay, ikinci telefona görə isə 3 ayın borcu ödənilməmişdir. Borcunu ödəmədiyinə görə polisə şikayət etmiş, cavabdeh polisdə verdiyi izahatında etiraf etmiş, ancaq mübahisə mülki xarakter daşıdığına görə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra cavabdehlə telefon vasitəsilə əlaqə saxlayaraq borcunu ödəməsini tələb etsə də, cavabdeh onu təhqir etmiş, etibarından sui-istifadə etmişdir. Özünün isə borcu ödəməyə imkanı yoxdur, kredit götürmüş və aktiv borcu vardır. Həmçinin həmin telefonlara görə "xxxx" MMC onu məhkəməyə vermiş, ödənilməmiş əsas borcla yanaşı 2000 manatdan çox cərimənin ödənilməsini tələb etmişdir. Buna görə də mübahisələrinin məhkəmə qaydasında həll edilməsinə qərar vermişdir. Ona dəymiş maddi ziyanın ödənilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" MMC-dən dəyəri 961,89 manat olan “Honor X9a” markalı telefonu 18 ay müddətinə hər ay 54 manat, sonuncu ayda isə 43,89 manat ödəmək şərtilə almışdır. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" MMC-dən dəyəri 869,98 manat olan “Honor X9a” markalı telefonu 6 ay müddətinə hər ay 145 manat, sonuncu ayda isə 144,98 manat ödəmək şərtilə almışdır. xx.xx.2024-cü il tarixli, **********2 nömrəli, xx.xx.2024-cü il tarixli, **********3 nömrəli və xx.xx.2024-cü il tarixli, **********7 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə 145,5 manat əsas, 16,5 manat cərimə, xx.xx.2024-cü il tarixdə 145 manat əsas, 9,8 manat cərimə və xx.xx.2024-cü il tarixdə 144,5 manat əsas, 12,6 manat cərimə olmaqla, cəmi 473,9 manat məbləğində pul ödəmişdir. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıqlardan görünür ki, xx.xx.2023-cü il tarixli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilələr üzrə cəmi 2407,17 manat borcun ödənilməsi tələb olunmuşdur. Cavabdeh Tovuz Rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, İddiaçı ona telefon alıb verdiyini, həmin telefonun pulunu imkanı olmadığı üçün ödəyə bilmədiyini, hal-hazırda işə başladığı üçün 1 ay ərzində borcunu ödəyəcəyini bildirmişdir. Tovuz Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, sonuncunun şikayəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı iddia etmişdir ki, cavabdehin xahişi ilə "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi üzrə 961,89 manat dəyərində “Honor X9a” markalı və xx.xx.2024-cü il tarixdə 869,98 manat dəyərində “Honor X9a” markalı telefonu alaraq cavabdehə vermişdir. Cavabdeh həmin telefonların dəyərini hər ay hissə-hissə ödəyəcəyini öhdəsinə götürsə də, bir hissəsini ödəməklə yerdə qalan məbləği ödəmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının nisyə alqı satqı müqaviləsi üzrə "xxxx" MMC-dən aldığı telefonun dəyərinin cavabdeh tərəfindən ödənilməsi barədə öz aralarında razılaşma olmuş cavabdeh telefonun dəyərindən bir qismini ödəmişdir. Cavabdeh ödənişləri dayandırdığı üçün iddiaçı 473,9 manat ödəmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı ödədiyi 473,9 manatdan artıq, yəni müqavilə üzrə ödənilməmiş məbləği cavabdehdən tələb etməsinin hüquqi əsası olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-in 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, iddiaçının nisyə alqı satqı müqaviləsi üzrə "xxxx" MMC-dən aldığı telefonun dəyərinin cavabdeh tərəfindən ödənilməsi barədə öz aralarında razılaşma olsa da, öhdəliyin cavabdehə verilməsi ilə bağlı kreditor ilə müqavilə bağlanmamışdır. Bununla belə iddiaçı cavabdehə verdiyi telefonlar üçün 373,9 manat ödəniş etmişdir. MM-in 14-cü maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridə əsassız varlanmadır. (mad.14.2.7) MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia qismən təmin edilməli, Cavabdeh 373,9 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən edilsin. Cavabdeh 373,9 (üç yüz yetmiş üç manat 90 qəpik) manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-463/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-463/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver