Məhkəmə qərarları › İş №2(125)-465/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-465/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-465/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanına qazdan istifadəyə görə hesablanmış 199.69 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində tərəfindən satın alınmışdır. xx.xx.2022-ci il tarixində Gəncə Qaz istismar İdarəsi tərəfindən ünvana göndərilmiş bildirişdə 199.69 manat əlavə məbləğin artırılması müəyyən olunmuşdur. Həmin ünvana daha əvvəl xx.xx.2022-ci il tarixində göndərilmiş bildirişdə heç bir əlavə vəsait qeyd olunmamışdır və mənzil onun tərəfindən satın alınan zaman orada smart tipli (kart vasitəsi ilə ödəniş olunan) sayğac olmuşdur. xx.xx.2021-ci il tarixində həmin ünvanda olan smart tipli sayğac istismar müddəti bitdiyi üçün Gəncə Qaz istismar idarəsinə sayğacın dəyişməsinə görə ərizə vermiş və sayğac xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən dəyişdirilərək mexaniki qaz sayğacı ilə əvəzlənmişdir. Aktda həmin ünvanın cəmi 17 kub metr qaz borcu qaldığı göstərilmiş, əlavə borc məbləğinin olmasına dair heç bır məlumat verilməmişdir. Gəncə Qaz istismar idarəsindən həmin məbləğin necə və niyə əlavə olunduğunu maraqlandıqda onlar şifahi olaraq köhnə ev sahibi Səadət Abbasovaya 2003-cü ildə müəyyən məbləğ cərimə yazıldığını və cərimənin ödənilməyən hissəsinin qaldığını bildirmişlər. Həmin cərimənin uzun illər keçməsinə baxmayaraq ödənilməməsi cərimənin əsassasız olduğuna dair şübhə yaratmışdır. Həmin cəriməyə aid təsdiq edici sənədlər (cərimə aktı və s. sənədlər) tələb etsə də, ona heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, X2 yaşadığı ünvan 1 ünvanında quraşdırılmış İtron G-4 markalı 1202A********** nömrəli qaz sayğacı Zinner G-4 **********6 qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanı AGİS bazasında kod **********00260 olmaqla qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda G-4 markalı İTRON tipli 1202AQ**********0 nömrəli öncədən ödənişli qaz sayğacınızın istismar dövründə baza məlumatlarına əsasən 291,60 manat dəyərində dəymiş ziyan aktı tərtib olmuşdur. Ünvanınızda 15.11.21-ci il tarixli, sayğacın sonradan ödənişli sayğacla əvəzlənməsi nəticəsində borcununun qalıq hissəsi 199.69 manat 3E bazasından yeni quraşdırılmış qaz sayğacının hesabına keçmişdir. Hazırda borcunun 344.17 manat təşkil edir. 144.48 manat borc istehlak olan təbii qazın dəyəridir. Əlavə onu da bildirirlər ki, ərizədə tələb edilən xx.xx.2012-ci il tarixli aktın saxlanması üçün arxivə verilməsi və həmin sənədin saxlanması müddətinin başa çatması səbəbindən təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 199,69 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X3 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bina 63, 26 saylı mənzil üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 199 (yüz doxsan doqquz) manat 69 (altmış doqquz) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar