Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-466/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X4rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" X4rşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 883 manat 37 qəpik borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında 2016cı il tarixdən ona məxsusdur. 2016-cı il tarixdən bu günə qədər həmin mənzildə yaşayış olmamışdır və həmin mənzildən istifadə edilməmişdir. Həmin illər ərzində həmin mənzilə nə elektrik enerjisi, nə də təbii qazdan istifadə ilə əlaqədar ödəniş edilməmişdir. Çünki bu illər ərzində işıqdan, qazdan istifadə edilməmişdir. Bu, həmçinin sudan istifadəyə də aiddir. Lakin cavabdeh təşkilat tərəfindən mənzilə 883.37 manat borc yazılmışdır. Hazırda cavabdeh ondan 883.37 manat istifadə etmədiyi su və çirkab puluna görə pul tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-cı il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında xx.xx.2005-ci ildən İddiaçı, X8, X12, X13, X9, X11 qeydiyyatdadır. İş materiallarında olan ünvan 1 ünvanına aid abonent kartından görünür ki, xx.xx.2005-ci il tarixli müqavilə üzrə həmin mənzilin abonent hesabına 2011-ci il üçün illik qalıq borc 0.96 manat; 2012-ci il üçün illik qalıq borc 0.36 manat; 2013-cü il üçün illik qalıq borc 00,00 manat; 2014-cü il üçün illik qalıq borc 12.60 manat; 2015-ci il üçün illik qalıq borc 21,60 manat; 2016-cı il üçün illik qalıq borc 116,63 manat; 2017-ci il üçün illik qalıq borc 108,45 manat; 2018-ci il üçün illik qalıq borc 109,8 manat; 2019-cu il üçün illik qalıq borc 110,25 manat; 2020-ci il üçün illik qalıq borc 110,25 manat; 2021-ci il üçün illik qalıq borc 200,79 manat; 2022-ci il üçün illik qalıq borc 197.1 manat borc hesablanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X1 atası X6, anası X2r. İş materiallarında olan GPG15355129 saylı Smart Sayğaclı abonentə dair arayışdan görünür ki, ünvan 2 ünvanında 2013-cü ilin aprel ayından 2022-ci ilin iyul ayınadək müxtəlif aylarda qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan ********* nömrəli sayğaca dair arayışdan görünür ki, ünvan 2 ünvanında 2011-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayınadək müxtəlif aylarda elektrik sərfiyyatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, Sara Şövkətin qızıdır. Şövkət onun qonşusu olmuşdur. Tahir ünvan 3 ünvanında yaşayır. Şövkət 2-ci mərtəbədə yaşamışdır, o isə 5-ci mərtəbədə yaşayır. Şövkət 2015-ci ildə rəhmətə gedib. Şövkət vəfat edəndən sonra nəvələri ara-bir evə gəlib gedirdilər. Həmin evdə daimi heçkim yaşamamışdır. O, 5-ci mərtəbədə yaşasa da, eyni binada olduğu qonşularından xəbəri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin su sayğacı mövcud olmamaqla, həmin ünvanda 2015-ci ilin avqust ayından 2022-ci ilədək daimi yaşayış olmamış, lakin müxtəlif dövrlərdə elektrik və qaz üzrə sərfiyyatlar olmuşdur. İddiaçı həmin dövrdə mübahisəli mənzildə yaşayış olmamasına dair cavabdehə məlumat verməməklə yanaşı, davamlı olmasa da həmin yaşayış sahəsində su təchizatı və çirkab suyun axıdılması xidmətindən istifadə edilmişdir, buna görə müvafiq illər üzrə bir nəfər üçün beş kubmetr su hesabı ilə hesablama aparılmalıdır. İş materiallarına olan Gəncə Sukanal TSC-nin nümayəndəsi tərəfindən verilmiş etirazdan görünür ki, ünvan 4 ünvanının əvvəlki mülkiyyətçisi Şövkət Mehtiyeva ilə 01.01. 2005-ci il tarixdə sudan istifadə və tullantı suların axıdılmasına dair müqavilə bağlanaraq **********150 abonent kodu verilmişdir və bugünədək müqavilədə heçbir dəyişiklik aparılmamışdır. Abonent olaraq Şövkət Mehtiyeva 2005-ci il tarixdən bugünədək xidmətlərdən istifadə edilməsinə baxmayarq heç bir ödəniş etməmişdir. İddiaçı ona məxsus Atatürk pr.bina 265, mənzil 15 ünvanında yerləşən mənzildə sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti bağlanması, mülkiyyət hüququ yarandığı gündən bəri, yeni müqavilənin bağlanması və evin kodunun adına dəyişdirilməsi barədə rəsmi və qeyri rəsmi şəkildə STKM müraciət etməmişdir və həmin ünvanda sudan istifadə və tullantı suların axıdılmasına göre qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. Bu səbəbdən də, iddiçı İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,30 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,15 manat müəyyən edilmişdir. Həmin qərar 16 may 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bu qəraradək tarif isə bir kubmetr təmiz su üçün 0,30 manat və çirkab suyun axıdılmasına görə 0,06 manat olmuşdur. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 30 yanvar 2021-ci il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,60 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,30 manat müəyyən edilmişdir. Həmin qərar 01 fevral 2021-ci il tarixdən qüvvəyə minmişdir. Göstərilən qaydada hesablama aparılarkən müəyyən edilir ki, 01 yanvar 2016-cı il tarixdən 15 may 2016-cı il tarixədək 4,5 ay müddət üçün köhnə tariflə bir nəfər üçün 8,10 manat (1,80 x 4,5 ay) borc hesablanmalı, 16 may 2016 – 31 dekabr 2016-cı il tarixlər arasında 7,5 ay üçün yeni tariflə bir nəfər üçün 5 kubmetr suya görə 16,88 manat (2,25x7,5 ay) olmaqla ümumilikdə həmin il üçün 24,98 manat borc hesablanmalı olduğu halda 119.63 manat borc hesablanmışdır. Buna görə də həmin borcun 94,65 manat hissəsi silinməlidir. 2017, 2018, 2019 və 2020-ci illər üçün eyni qaydada 4 nəfər üçün 20 kubmetr suya görə hesablama aparılmış və illər üzrə müvafiq olaraq 108,45, 109,8, 110,25 və 110,25 manat borc hesablanmışdır. Lakin bu illər üzrə də bir nəfər üçün beş kubmetr su hesabı ilə hesablama aparılmalı və hər il üçün ayrılıqda hər ay 2,25 manat olmaqla 27 manat (2,25x12 ay) borc hesablanmalı idi. Buna uyğun olaraq illik hesablanmış borc məbləğlərindən artıq olan hissələr, yəni 2017-ci il üçün borcdan 81,45 manat, 2018-ci il üçün borcdan 82,8 manat, 2019-cu il üçün borcdan 83,25 manat və 2020-ci il üçün borcdan 83,25 manat hissələri silinməlidir. 01 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək 01 ay müddət üçün köhnə tariflə bir nəfər üçün 2,25 manat borc hesablanmalı, 01 fevral 2021 – 31 dekabr 2021-ci il tarixlər arasında 11 ay üçün yeni tariflə bir nəfər üçün 5 kubmetr suya görə 49,50 manat (4,50x11 ay) olmaqla ümumilikdə həmin il üçün 51,75 manat borc hesablanmalı olduğu halda 200,79 manat borc hesablanmışdır. Buna görə də həmin borcun 149,04 manat hissəsi silinməlidir. 01 yanvar 2022-ci il tarixdən iddianın məhkəməyə verildiyi 2022-ci ilin noyabr ayınadək tarixlər arasında 10 ay üçün yeni tariflə bir nəfər üçün 5 kubmetr suya görə (4,5x10 ay) olmaqla ümumilikdə həmin dövr üçün 45 manat borc hesablanmalı olduğu halda 179,1 manat borc hesablanmışdır. Buna görə də həmin borcun 134,1 manat hissəsi silinməlidir. Beləliklə aparılmış hesablama zamanı iddiaçıya cavabdeh tərəfindən hesablanmış ümumi borc məbləğinin 708,54 manat hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X26 Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Atatürk prospekti, bina 265 ünvanında yerləşən 15 saylı mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış borcun 708 (yeddi yüz səkkiz) manat 54 (əlli dörd) qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-466/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-466/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver