Məhkəmə qərarları › İş №2(125)-4687/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4687/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4687/2024 23.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əsassız qaydada əldə olunmuş vəsaitin əvəzi qismində 11.425 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 124 manat 30 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, izahatında göstərdi ki, onunla "xxxx" MMC-nin direktoru Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə STK01-2114 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtinə görə o, 35.000 manat məbləğində krediti 24 ay müddətinə illik 54 faiz olmaqla cavabdehdən almışdır. Beləliklə, onun xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə 35.000 manat məbləğində borcu olmuş, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, döngə 2-də yerləşən 6A nömrəli fərdi yaşayış evini girov qoymuşdur. Həmin vaxt onunla "xxxx" MMC-nin direktoru Cavabdeh X16 tanış etmiş, bu zaman X16 özünü onun oğlu kimi təqdim etmiş. Sonradan o, evini özünün tanışı Şirxan adlı şəxsə 119.000 manat məbləğinə satmışdır. Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, döngə 2-də yerləşən 6A nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olduğuna görə evin alğı-satqısına görə ödənilən vəsait Cavabdeh bank hesabına köçürülmüşdür. Bu zaman Cavabdeh onun 35.000 manat məbləğində borcunu, həmçinin X12 11.425 manat məbləğində borcunu çıxıb, 72.600 manat məbləğində pul vəsaitini ona vermişdir. Həmin şəxsin onunla heç bir qohumluq münasibətinin olmadığını bildikləri halda onu tanış edərkən «anamdır» deməsinə əsaslanmış və buna görə də evin məbləğindən 11.425 manat pulu da ona verməmişlər. Lakin həmin 11.425 manat məbləğində pul vəsaitini tezliklə qaytaracaqlarını bildirmişlər. xx.xx.2024-cü il tarixdən ötən müddət ərzində o, Cavabdeh pulun qaytarılması üçün dəfələrlə müraciət etsə də müxtəlif bəhanələrlə pul vəsaitinin qaytarılmasından imtina edilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi audio qeydlərdəki səs və mədaxil qəbzindəki imza ona məxsusdur. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə STK01-2114 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə İddiaçı 35.000 manat məbləğində krediti 24 ay müddətinə illik 54 faiz olmaqla "xxxx" MMC-dən almışdır. Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, döngə 2-də yerləşən 6A nömrəli fərdi yaşayış evini onun adına rəsmiləşdirmişdir. Sonradan İddiaçı özü müştəri taparaq, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, döngə 2-də yerləşən 6A nömrəli fərdi yaşayış evini sataraq, əldə edilmiş vəsaitin bir hissəsi ilə özünün "xxxx" MMC-yə olan borcunu, digər hissəsi ilə tanışı X13 ödəmişdir. X9 borcunun "xxxx" MMC-yə kassaya mədaxil olunması İddiaçı verilmiş mədaxil qəbzi ilə təsdiq olunmuş, İddiaçı həmin mədaxil qəbzi İddiaçı tərəfindən imzalanmışdır. X4 "xxxx" MMC-yə olan borcu İddiaçı tərəfindən könüllü qaydada ödənilmiş, İddiaçı hər hansı kənar müdaxilə edilməmişdir. Sonradan Ş.X.Cərərova ödənilmiş borcu X6 geri ala bilmədiyinə görə ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil Cavabdeh Xanzadə qızının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayında onun X23 adlı tanışı İddiaçı kredit götürməkdə köməklik göstərməsini xahiş etmişdir. O, İddiaçı ilə birlikdə "xxxx" MMC-yə getmiş, burada "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Cavabdeh ilə görüşmüş və İddiaçı özünün anası kimi təqdim etmişdir. İddiaçı mülkiyyətində olan mənzili "xxxx" MMCyə girov qoymuş və 35.000 manat məbləğində pul vəsaitini borc almışdır. Onun özünün də "xxxx" MMC-yə 11.425 manat məbləğində borcu olmuş, həmin borcun İddiaçı hər hansı aidiyyəti olmamışdır. Sonradan o, həmin borcun İddiaçı mənzilinin satışından əldə olunan vəsait hesabına ödənildiyini bilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, o, Gəncə şəhər X8 Məmmədov adına Xəstəxanası publik hüquqi şəxsində tibbi bacısı işləyir. İddiaçı da oradan tanıyır. X16 ilə İddiaçı o, tanış etmişdir. Lakin o, Cavabdeh tanımamışdır. O, Cavabdeh ilə İddiaçı arasındakı münasibətlərin ilk anından mübahisəli vəziyyətə qədər hər şeydən, eləcə də mənzilin alğı-satqısından sonra İddiaçı Xanzaadə qızına qaytarılmalı pul vəsaitinin məbləği ilə əlaqədar mübahisə yarandığını bilmiş, bununla əlaqədar Cavabdehla telefon vasitəsi ilə danışmışdır. Bununla belə o, Cavabdeh kredit müqaviləsi əsasında ona borc verməyi və qohumunun mənzilini girov götürməyi təklif etmiş, Cavabdeh həmin məsələni gələcəkdə müzakirə edə biləcəklərini demişdir. Həmin vaxt Cavabdeh ona İddiaçı onu aldatdığını bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, o, əvvəllər Cavabdeh ilə qonşu olmuş və Cavabdeh tanımışdır. Buna görə də bəzi hallarda o, Cavabdeh müştəri yönəltmişdir. İddiaçı 2023-cü ilin dekabr ayında ona zəng edərək, borc alınmasında ona köməklik göstərməsini xahiş etmiş, o da müştərini Cavabdeh yönəltmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində o, Cavabdeh yanında olarkən X16 ora gəlmiş, qızıl-zinət əşyalarını lombardda girov qoyaraq, borc almışdır. Həmin vaxt H.İ.Abbasuquliyev qızıl-zinət əşyalarının məbləği kifayət etmədikdə anası kimi təqdim etdiyi İddiaçı Yaquv qızının əmlakının satılmasından əldə olunan vəsait hesabına borcun ödənilə biləcəyini demişdir. Bundan sonra X16 və Cavabdeh İddiaçı ilə telefon vasitəsi ilə danışmış, İddiaçı mənzilin girovu hesabına X9 borcunun ödənilməsinə razı olduğunu bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli STK01-2114 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC 35.000 manat məbləğində pul vəsaitini İddiaçı borc verməyi, İddiaçı isə həmin borcu 24 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əlövsət Məmmədov küçəsi, döngə 2-də yerləşən 6A nömrəli fərdi yaşayış evini 35.000 manat məbləğinə Cavabdeh satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli STK01-2155 nömrəli kredit və girov müqaviləsindən görünür ki, "xxxx" MMC 16.500 manat məbləğində pul vəsaitini X14 borc verməyi, X17 isə həmin borcu 24 ay müddətində qaytarmağı öhdəsinə götürmüş, dəyəri 8.241 manat məbləğində qızıl-zinət əşyaları girov qoymuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İP-00059-06/2A nömrəli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əlövsət Məmmədov küçəsi, döngə 2-də yerləşən 6A nömrəli fərdi yaşayış evini 125.000 manat məbləğinə X3. İşdə olan xx.xx.2024-cü il tarixdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı 34.982 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X9 11.425 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 3 saylı ərazi Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Gəncə şəhər 1 saylı DNK-nin xx.xx.2011-ci il tarixli, 4Ə-3-342 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və onun adına torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətini Başçısının xx.xx.2012-ci il tarixli, 13 nömrəli sərəncamına əsasən İddiaçı məxsus ünvan 1 ünvanında inşa edilmiş tikililərin qeydiyyata alınması təmin edilmiş və onun adına xx.xx.2012-cu il tarixli, **********76-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-1180 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmış və onun adına xx.xx.2023-cü il tarixli, **********76-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-237 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X5 və onun adına xx.xx.2024-cü il tarixli, **********72-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş audio qeydlərdən görünür ki, «salam doktor salam, nətərsiz? Nə var, nə yox? Pulu düzəldirəm doktor, yəqin ki günortadan sonra notariusa gedəcəm, Allahın köməklyi ilə, yəni narahat olmayın nəzərimdədir»; ikinci qeyddə «ayın axırı olacaq da o, inşAllah ayın axırı, ondan alacam, verəcəm Sizə»; üçüncü qeydə də isə «ay doktor, bu günləri mən onu heç cür edə bilmirəm, heç cür eləmək mümkün deyil onu, sən get rahat gəl, narahat olma, əsas odur ki, razılaşdırmışıq onu notiariusa salacayıq, ola bilər ki, mən tez verim ee, mənə 200 qram qızıl gətirəsidir, bəlkə də 200 qram qızılı mən 2 günə aldım ondan»; dördüncü qeyddə «doktor mən danışmıram eee mən hərəkət edirəm, onda 200 qram qızıl var eee onu alasıyam, ondan sonra Sən də bağlanıram, mən də bağlanıram. Ancaq hər ehtimala qarşı Siz onunla borc müqaviləsinə girin. Ondan sonra qalıq işini mən həll edəcəm, heç o bir aya qalası deyil»; dördüncü qeyydə «mən kiminsə mənafeyinə toxunan adam deyiləm, əgər elə olmasaydı öz məsuliyyətim altında verdiyim pulu da Sizin puldan çıxardım, davasına da qırğınına da hazır olardım, yenə də deyirəm eee mən əlimdən köməkliyi edəcəm Sizə o barədə»; beşinci qeyddə «mən aprel ayından bəri sıxışdırmışam onu, ya pul verəcək, ya da qızıl verəcək»; altıncı qeyddə «Siz yox mən dolandırılmışam, Hüseynə də ki, gərək Siz deməzdiz ki, mən pulumdan borc çıxılıbdı, Hüseyn arxayın düşüb, indi heç mən öz pulumu ala bilmirəm ondan» sözlərini işətmişdir. Həmin audio qeyddəki səsin ona məxsusluğu məhkəmə iclasında Cavabdeh Xanzadə oğlu tərəfindən təsdiq olunmuşdur. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında təqdiq olunmuş audio qeydlərdən görünür ki, İddiaçı və X26 arasında telefon vasitəsi ilə danışıq aparılır. Həmin qeydlərdən birində İddiaçı «o, yazıq mənə nə edibdir, mən ona deyirəm ki, ay Bəhruz müəllim mənə kömək et pulumu alım»; digər qeydə də isə İddiaçı «nə deyim vallah, bu işin əvvəli də axırı da qurtarmalıdı, bu Hüseyn cavab verməlidir. Belə şey olar? Yenə deyirəm, deyirəm vallah elə iş edibsiz prinsip məsələsidir, sən məni aldada-aldada, sən mənə nə qədər yalan danışacaqsan, nə qədər gizlənəcəksən, nə qədər yalan danışacaqsan» sözlərini işlədir. Həmin audio qeyddəki səsin ona məxsusluğu məhkəmə iclasında İddiaçı tərəfindən təsdiq olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli STK01-2114 nömrəli kredit müqaviləsinə əsaəsn "xxxx" MMC 35.000 manat məbləğində pul vəsaitini İddiaçı borc verməyi, İddiaçı isə həmin borcu 24 ay müddətində qaytarmağı öhdəsinə götürmüş, həmçinin xx.xx.2023-cü il tarixdə İddiaçı və Cavabdeh arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əlövsət Məmmədov küçəsi, döngə 2-də yerləşən 6A nömrəli fərdi yaşayış evini 35.000 manat məbləğinə Cavabdeh satmışdır. Bundan sonra "xxxx" MMC ilə X16 arasında xx.xx.2024-cü il tarixli STK01-2155 nömrəli kredit və girov müqaviləsi bağlanmış, "xxxx" MMC 16.500 manat məbləğində pul vəsaitini X14 borc verməyi, X17 isə həmin borcu 24 ay müddətində qaytarmağı öhdəsinə götürmüş, öhdəliyin təminatı üsulu kimi dəyəri 8.241 manat məbləğində qızıl-zinət əşyalarını girov qoymuşdur. xx.xx.2024-cü il tarixli İP-00059-06/2A nömrəli alğı-satqı və ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əlövsət Məmmədov küçəsi, döngə 2-də yerləşən 6A nömrəli fərdi yaşayış evini 125.000 manat məbləğinə X3. Daha sonra İddiaçı 34.982 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəmiş, X10 11.425 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. İddiaçı Cavabdeh qarşı əsassız qaydada əldə olunmuş vəsaitin əvəzi qismində 11.425 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 124 manat 30 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və etirazının əsası kimi Ş.X.X1 məxsus 11.425 manat məbləğində borcunu "xxxx" MMC-yə könüllü ödəməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumar verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 95.1-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Mülki işin məhkəmə iclasında tədqiqi zamanı İddiaçı iddia tələbinin əsasını təsdiq edən sübut qismində şahidlər X10 və X18 ifadələrini, Cavabdeh aid audio qeydləri, kredit və mənzilin alğı-satqısına dair müqavilələri, Cavabdeh isə iddiaya etirazının əsasını təsdiq edən sübut qismində X20 ifadəsini, İddiaçı aid auido qeydi məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin sübutları sübutların məcmusu və mülki işin məhkəmə iclasında müəyyən edilmiş həqiqi halları ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin sübutlarla iddianın əsaslılığı təkzib olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində tərəflər arasındakı münasibətlərin ilk anından mübahisəli vəziyyətə qədər hər şeydən, eləcə də mənzilin alğı-satqısından sonra İddiaçı qaytarılmalı pul vəsaitinin məbləği ilə əlaqədar mübahisəli vəziyyətdən xəbərdar olduğunu, bununla belə başqa bir kredit müqaviləsi bağlamaqla və öz qohumunun mənzilini girov qoymaqla borc verməyi Cavabdeh təklif etdiyini bildirmişdir. Həqiqətən mənzilin alğı-satqısından əldə olunmuş vəsaitin bir hissəsini Cavabdeh digər şəxsin borcunun ödənilməsinə sərf etməsinə görə Cavabdeh ilə İddiaçı ilə arasında münaqişəli vəziyyət olduğu halda X18 eyni qaydada kredit müqaviləsi bağlamağı və başqa bir mənzili girov qoymağı təklif etməsi ağlabatan mülahizəyə əsaslanmır. Bununla da P.Ə.Namazovanın ifadəsindəki həmin xüsusatlar özü-özünü təkzib edir. Digər tərəfdən məhkəmə iclasında tədqiq edilmiş iddiaçı Ş.Y.Cəfərovanın məhkəməyə təqdim etdiyi audio qeydlərdə də Cavabdeh yalnız Ş.Y.X2 pulunun alınmasında köməklik edəcəyini bildirmişdir. Həmin audio qeydlərin ümumi məzmununda Ş.Y.Cəfərovaya Cavabdeh deyil, X10 hansısa məbləğdə pul vəsaitini qaytarmalı olması aydın ifadə edilmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında təqdiq olunmuş audio qeydlərdə də İddiaçı Cavabdeh deyil, X10 hərəkətlərindən şikayətlənmiş, X10 ondan gizləndiyini, onu aldatdığını və borcunu ödəmədiyini bildirmişdir. Göründüyü kimi İddiaçı və Cavabdeh təqdim etdiyi audio qeydlər bir-birini tamamlamışdır. Bundan başqa, İddiaçı özünün "xxxx" MMC-yə olan 35.000 manat məbləğində borcunu xx.xx.2024-cü il tarixdə, X10 11.425 manat məbləğində borcunu isə xx.xx.2024cü il tarixdə ödəmiş, bu barədə qəbzlər məhkəməyə təqdim olunmuş və həmin qəbzlərdəki imzaların həqiqiliyi mübahisələndirilməmişdir. Göründüyü kimi qeyd olunan borclar ayrıayrı tarixlərdə ödənilmişdir. Qeyd olunan xüsusat ödəmələrin İddiaçı iradəsinə uyğun olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə borclu öhədliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını, yəni X10 "xxxx" MMC-yə olan 11.425 manat məbləğində borcunun İddiaçı iradəsi ziddinə ödənilməsinin sübuta yetməməsini nəzərə alaraq, habelə sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsassız qaydada əldə olunmuş vəsaitin əvəzi qismində 11.425 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 124 manat 30 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əsassız qaydada əldə olunmuş vəsaitin əvəzi qismində 11.425 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 124 manat 30 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar