Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4719/2024 20.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, X2 və Cavabdeh3 Sadiq oğluna qarşı «maneələrin aradan qaldırılması və evdən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, X2 və Cavabdeh3 Sadiq oğluna qarşı Cavabdeh1 tərəfindən ümumi istifadələrində olan mənzilin mətbəx və hamam-tualetindən istifadəsinə qoyulan maneələrin aradan qaldırılması, X1 və Cavabdeh3 Sadiq oğlunun ünvan 1 ünvanından çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, yalnız X1 və Cavabdeh3 Sadiq oğlunun ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1990-cı illərdə gedən döyüşlərdə iştirak etmiş, döyüşlər zamanı aldığı xəsarətlərlə əlaqədar ona birinci dərəcəli əlillik təyin olunmuşdur. Bununla əlaqədar o, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 433 nömrəli Sərəncamı əsasında mənzil növbəsinə götürülmüş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 18 iyul 2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2010-cu il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzili onun istifadəsinə verilmişdir. Cavabdeh1 ilə nikahları xx.xx.2011-ci il tarixdə qeydə alınmış, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2016-cı tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilində ünvanında onun istifadə hüququna qoyulan maneə aradan qaldırılmış və o, həmin mənzilə köçürülmüşdür. Həmçinin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilindən onun və Cavabdeh1 bərabər istifadə qaydaları müəyyən edilmişdir. Lakin Cavabdeh1 onu evin mətbəxindən və hamam-tualetdən istifadə etməyə icazə vermir. Eyni zamanda Cavabdeh1 özü ilə bərabər digər cavabdehləri Cavabdeh2 və Cavabdeh3 Sadiq oğlunu həmin mənzilə gətirmiş, həmin şəxslər də həmin mənzildə yaşamağa başlamışlar. Kənar şəxslərin sözügedən mənzildə yaşaması onun mənzildən istifadə etməsinə maneçilik törədir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh X4 onun xalasıdır. Xalasının 76 yaşı olduğu üçün öz xalasına o baxır. Xalası ilə onun qarşılığında hər ay əmək pensiyasının 250 manat məbləğində hissəsini, xalasının övladları isə hər ay 200 manat məbləğində pul vəsaitini ona verirlər. O isə həmin pul vəsaitlərini uşaqların ehtiyacları üçün sərf edir. Çünki iddiaçı tərəfindən ödənilən aliment iddiaçı ilə birgə nikahdan anadan olmuş uşaqların saxlanmasında kifayət etmir. Bundan başqa, İddiaçı sözügedən mənzildə yaşamasına onun tərəfindən hər hansı maneçilik törədilmir. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər X4 və Cavabdeh3 Sadiq oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki,İddiaçı müddətsiz olaraq ikinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmrə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzili ayrılmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 2465/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilindən istifadə hüququna qoyulan maneə aradan qaldırılmış və İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilinə köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ə-538 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45,2 kv/m olan iki otaqlı mənzili Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2010-cu il tarixli, 1/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2010-cu il tarixli iclasının qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 1294/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1585/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1294/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3502/2023 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1585/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gəncə şəhəri İcra hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 433 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri M.Hacıyev küçəsi 15 saylı yataqxananın 133 saylı mənzilində yaşayan İddiaçı şəhər İcra Hakimiyyətində 2-ci qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, M- 1280 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20 ünvanında yerləşən 19 saylı mənzilin sahibi İddiaçıdur. Ailə tərkibində X12 göstərilmişdir. Həmin mənzildə hazırda İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh1, onun Firəngiz adlı xalası və İddiaçı iki övladı yaşayır. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 239 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhəri, Yeni Gəncə ərazisində əlil və şəhid ailələri üçün 2010-cu oktyabr ayında inşası başa çatmış, ümumi dəyəri 2.360.885,57 (iki milyon üç yüz altmış min səkkiz yüz səksən beş manat, 57 qəpik), ümumi sahəsi 2.668 kv/m, o cümlədən yaşayış sahəsi 1.477,50 kv/m olan 4 mərtəbəli 36 mənzilli yaşayış binası əvəzsiz olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansına qəbul edilmiş, ünvanı Yeni ünvan 3 olan Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-1/2-1581/2024 nömrəli məktubunun surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 20 nömrəli bina Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə əlil və şəhid ailələri üçün 2008-ci ildə inşa edilməyə başlanılmış, 2010-cu ildə isə inşası başa çatmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 239 nömrəli Sərəncamı ilə qeyd olunan bina əvəzsiz olaraq Gəncə Şəhər İcara Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin balansına qəbil edilmiş və binaya Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 20 №-li ünvan verilmişdir. İddiaçı Gəncə Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2003- cü il tarixli 433 nömrəli Sərəncamı ilə müharibə əlili kimi ailə tərkibi bir nəfərdən (yalnız özü) ibarət olmaqla mənzil uçotuna götürülmüşdür. Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarının çıxarışından görünür ki, ümumi sahəsi 78,56 kvadrat metr, faydalı sahəsi 42,5 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən 19 nömrəli mənzil ikinci qrup müharibə əlili İddiaçı istifadəsinə verilmişdir. Həmin mənzildə İddiaçı yaşamışdır. Hazırda yuxarıda qeyd olunan mənzildə kimin yaşadığı barədə icra hakimiyyətində məlumat yoxdur. İşdə olan Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 318 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmiş Cavabdeh1, X5, X13 və X10 faktiki olaraq həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45,2 kv/m olan iki otaqlı mənzili Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 2465/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilindən istifadə hüququna qoyulan maneə aradan qaldırılmış və İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilinə köçürülmüşdür. Hazırda həmin mənzildən X4 və Cavabdeh3 istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0 və 8.0.1-ci maddələrinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa da belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 9.1 və 9.2.2-ci maddələrinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsi yaradan hərəkətlərin qarşısının alınması mənzil hüquqlarının müdafiəsi üsullarındandır. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı və cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması, eləcə də cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan ilk öncə subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45,2 kv/m olan iki otaqlı mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir. Hazırda həmin mənzil İddiaçı istifadəsindədir və həmin mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildə yaşaması İddiaçı istifadə etdiyi mənzil sahəsinin kiçilməsinə səbəb, eləcə də İddiaçı mənafelərinə təsir edən haldır. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.7-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 92-ci maddəsinə görə xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 99.5-ci maddəsinə görə kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzili xüsusi təyinatlı yaşayış sahəsi qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına və xəsarət almasına görə İddiaçı istifadəsinə verilmişdir. Buna görə də hazırda tərəflər arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin «Xüsusi təyinatlı mənzil fondu»na aid müddəaları tətbiq olunmalıdır. Habelə qanunverici digər hallarda, yəni Mənzil Məcəlləsinin 99.5-ci maddəsindən həmin Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrinə göndərici normalarla çıxış etsə də, xüsusi təyinatlı yaşayış sahəsini kirayəyə götürənin hüquqlarına münasibətdə hər hansı göndərici norma müəyyənləşdirməmiş, həmin şəxslərin hüquqlarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin «Xüsusi təyinatlı mənzil fondu»na aid müddəaları ilə hüdudlandırmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin «Xüsusi təyinatlı mənzil fondu»na aid müddəalarında, xüsusilə Mənzil Məcəlləsinin 91.3 və 99.4-cü maddələrində isə hər hansı istisna nəzərdə tutulmadan, eləcə də digər şəxslərin istifadəsinə əvəzli və ya əvəzsiz verilməsi şərtləndirilmədən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisinin kirayəyə götürülmüş yaşayış sahəsini digər şəxslərin istifadəsinə verməsi qadağan edilmişdir. Cavabdeh1 isə məhkəmə iclasında verdiyi izahatında xalası X3 özünün 250 manat və övladlarının 200 manat, cəmi 450 manat verməsinə görə həmin şəxsi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilə köçürdüyünü, orada yaşamasına icazə verdiyini və qayğısına qaldığını bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi X1 və Cavabdeh3 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilində istifadə hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, X4 və Qasımov X9 şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. X4 və Qasımov X9 şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 20 nömrəli evin 19 nömrəli mənzilindən çıxarılsın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4719/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4719/2024
20.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver