Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4772/2025 25.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quliyeva (Abdullayeva) Taliyə Novruz qızı tərəfindən ona Azərbaycan Beynəlxalq Bankından 11000 manat, Kapital Bankdan isə 6000 manat olmaqla cəmi 17000 manat kredit pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, işə əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-4811/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına ABB ASC-dən xx.xx.2024-cü il tarixində götürülmüş 35 ay müddətinə olan 11000 manatlıq tam kart limiti kredit borcunun, hansı ki, birgə nikah dövründə əldə edilmiş kreditin ödənişlərinin onunla cavabdeh arasında bərabər ödənişlər olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd edilən qərardadı ilə, İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Eyni zamanda Gəncə Şəhər Məhkəməsinin 2(125)-4814/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində, X2 CASHBACK Kredit Xətti Müqaviləsi BRCB33264836B127 nömrəli tərəflər arasında bağlanmış kredit borcunun, hansı ki, birgə nikah dövründə əldə olunmuş kredit ödənişlərinin cavabdehlə onun arasında bərabər ödənişlər olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin sözügedən qərardadı ilə, İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadanh imtina etməsi qəbul olunmuş və İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair 2(125)-4814/2024 nömrəli iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hal-hazırda iddiaçı Rəşad Məmmədov isə “pul” tələbinə dair cavabdeh Taliyə Quliyevaya (Abdullayeva) qarşı məhkəmədə iddia qaldırmış və cavabdeh tərəfindən ona Azərbaycan Beynəlxalq Bankından 11000 manat, Kapital Bankdan isə 6000 manat olmaqla cəmi 17000 manat kredit pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materialları nəzərdən keçirilən zaman müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçı hazırki tələbi ilə eyniyyət təşkil edən işlər üzrə iddialardan imtina etmiş, həmin işlər üzrə icraata xitam verilmiş və bu haqda qanuni qüvvədə olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-4811/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-4814/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadları mövcuddur. Belə olduğu halda, MPM-nin tələblərinə əsasən İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə icraata götürülməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə icraata götürülməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4772/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4772/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver