Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4781/2024 01.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə və cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı 498 manat maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə Regional Qİİ-dən 468 manat maddi zərərin və ödənilmiş 3* manat dövlət rüsumunun, ümumilikdə 498 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İdarəsi əsl cavabdeh «Azəriqaz» İstehsalat Birliyi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, H.Əliyev prospekti 151 ünvanında yerləşən ona məxsus gözəllik salonuna öz vəsaitləri hesabına alınmış qaz sayğacı 31.*7.2*17-ci il tarixində “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırılmışdır. (akt № 297228*) Gəncə Qaz İİ-nin nümayəndələri 2*.*8.2*2*-ci ildə sayğaca texniki baxış keçirmiş və sayğacın normal işlədiyi təsdiqləmişlər. (akt № 3975839) Lakin 1*.*7.2*23-cü il tarixində Gəncə Regional Qİİ-nin nümayəndələri yenidən obyektlərinə gələrək sayğaca baxış keçirmiş, sayğacın normal işlədiyini, ancaq istismar müddətinin bitdiyini (akt № 51*711*), bu səbəbdən yeni sayğacın alınmasını bildirərək qazın verilməsini dayandırmışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*11-ci il 12 may tarixli 8* nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydalarının tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacmm əvəzinə başqa sayğac quraşdırılır. Qaz ölçü qurğularının yoxlanış prosesi ilə tanış olmaq üçün bütün ictimaiyyət nümayəndələri, abonentlər, ekspertlər, mətbuat və sosial şəbəkə ünvanları vasitəsilə əvvəlcədən departamentə dəvət edilir. Sayğaclarn dövri yoxlanması texniki cəhətdən yararsız sayğacların istismardan kənarlaşdırılması təmin edir, eyni zamanda istehlakın həcmini dəqiq müəyyən etməyə və itkilərin qarşısını almağa imkan yaradır. Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər. Cavabdeh bu qaydaları kobudcasına pozaraq dələduzluq yolu ilə həmin gün ona yeni sayğac aldıraraq 468 manat dəyərində maddi zərər vurmuşdur. Sonradan o, sayğacın 5 il yox, 22 il istismar müddəti olduğunu bilmiş və idarənin rəhbərliyinə şikayət etmişdir. O isə onun haqlı olduğunu bildirmiş və yeni alınmış sayğacı başqa abonentə satacaqlarını bildirmişdir. Sonradan Qİİ öz cinayətkar hərəkətlərini ört-basdır etmək üçün onların iştirakları olmadan 23.*8.2*23-cü il tarixində MSK-14-2-2/3-5-729*-*4 saylı akt tərtib edərək absurd nöqsanlar göstərərək obyektlərindən sökülmüş sayğacın qüsurlu olmasını bildirmişlər. Onun təkidlərinə, tələbinə baxmayaraq həmin akt 23.*8.2*23-cü il tarixində deyil, 3 ay gec, yəni noyabr ayında təqdim edilmişdir. Maraqlıdır ki, obyektlərindən sökülmüş və MSK-14-2-2/3- 5-729*-*4 saylı aktda göstərilmiş “yararsız sayğac” akt tərtib edilmədən əvvəl başqa abonentə satılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, obyekt sənayə obyekti deyil, gözəllik salonudur. Obyektin fəaliyyətinə görə vergi ödəməmişdirlər. Sayğacın istismar müddəti 5 il olduğu halda, cavabdeh idarənin əməkdaşları baxış keçirərək qaz sayğacını vaxtında tez söküb, əsassız olaraq pul ödətdirmişlər. Baxış keçirilən zaman iştirak etməmişdirlər. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçıya məxsus obyekt sənaye obyekti deyil, məişət obyektidir. Qaz sayğacı 2*17-ci ildə quraşdırılmışdır. Birinci dəfə 2*.*8.2*2*-ci ildə baxış keçirilmiş, daha sonra istismar müddəti 3 il olduğu halda belə, 3 il tamam olmamış 1*.*7.2*23-cü il tarixdə yenidən baxış keçirilmiş, sayğacı söküb aparmışlar. Obyektdən zəng vurmuşdurlar ki, sayğacı söküb aparıblar. Bundan sonra qaz idarəsinə getmiş, orada müdür müavininə zəng edilmiş, istismar müddəti bitdiyi halda sayğacın yerinə yenisinin quraşdırılmalı olduğu bildirilmiş, niyə belə etdikləri soruşulduqda isə səhv etdiklərini bildirmişlər. Sayğacı geri qaytarmalarını tələb etdikdə, başqa abonentə satdıqlarını bildirmişlər. Daha sonra iddiaçı özü 468 manata yeni sayğac alıb quraşdırmışdır. İşlə bağlı korrupsiyaya da müraciət etmişlər, qaz idarəsindən 2 nəfər fəhlənin günahı olduğu bildirilmişdir. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, obyekt sənaye obyekti hesab olunur, iddiaçı sahibkar kimi fəaliyyət göstərir və vergi ödəyicisidir. Buna görə də qaz sayğacının istismar müddəti 3 ildir. Hüquqi şəxs olduqda sayğacın dəyişdirilməsi öz hesabına olur. Buna görə də 3 ildən sonra baxış keçirilmiş, sayğac labarator müayinəyə göndərilmiş, klapanı işləməmişdir. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 24.*1.2*215-ci il tarixli, 1515***983 qeydiyyat nömrəli, 2*1*11***27*-*51*1-*83**4 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, b.151 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 31.*7.2*17-ci il tarixli, 297228* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İTRON tipli, G4 markalı, 13*2AZ13*113162757 nömrəli qaz sayğacı açılaraq İTRON tipli, G6 markalı, 16*5AZ13561672*9*3 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi layihə smeta dəyişiklik, sərfiyyat uyğunsuzluğu olaraq qeyd edilmiş, istehlakçı İddiaçı tərəfindən akta imza edilməmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 2*.*8.2*2*-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X2 istifadəsində olan İTRON tipli, G6 markalı, 16*5AZ13561672*9*3 nömrəli sayğaca texniki baxış keçirilmiş, digər qeydlər hissəsində sayğac “İstehlakçılara satılan təbii qaza nəzarət şöbəsi”nin göstəririşi ilə söküldü və quraşdırıldı kimi qeyd edilmiş, istehlakçı X5 tərəfindən akta imza edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 1*.*7.2*23-cü il tarixli, 51*711* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İTRON tipli, G6 markalı, 16*5AZ13561672*9*3 nömrəli qaz sayğacı açılaraq Zenner tipli, G6 markalı, *189211646985 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istfadə müddətinin bitməsi olaraq qeyd edilmiş, istehlakçının nümayəndəsi Nümayəndə tərəfindən akta imza edilmişdir. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə 23 avqust 2*23-cü il tarixli, MSK-14-2-2/3-5-729*-*4 nömrəli aktın surətindən görünür ki, 16*5AZ13561672*9*3 nömrəli qaz sayğacına 16.*8.2*23-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, sayğacın klapanının açıq olması, ekranda bağlı işarəsinin olduğu, klapanın işləmədiyi, sayğacın yaddaş arxiv proqramı oxunmuş Alarm 1 rejimi qeydə alınmadığı, yararsız vəziyyətdə olduğu qeyd edilmişdir. *6.*7.2*23-cü il tarixli, BPM**********24 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Nümayəndə tərəfindən “Azəriqaz” İB X8 İİ-nin hesabına G6 markalı Smart *189211696985 qaz sayğacının satışı üzrə 467,81 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair *2 aprel 2*21-ci il tarixli Qərarında qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Göründüyü kimi, iddia tələbinin predmetini təşkil edən 467,81 manat pul cavabdeh «Azəriqaz» X3 Regional Qİİ-nin hesabına Nümayəndə tərəfindən ödənilmişdir. İddiaçı həmin məbləği cavabdehdən tələb etməyə subyektiv hüququ olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2**8-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı 468 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 3* manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı 468 manat maddi zərərin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 3* manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4781/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4781/2024
01.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver