Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4818/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Gəncə şəhər 5 saylı Notariat Ofisində bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, 9000 (doqquz min) manat pulun və dövlət rüsumunun borclu – Cavabdeh alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla borclu Cavabdeh arasında Gəncə şəhər 5 saylı Notariat ofisində redit müqaviləsi bağlanaraq, imzaları ilə təsdiqlənərək öhdəliklər götürülmüş və bu sənəd notarius Ələkbərov Ariz tərəfindən imzalanaraq təsdiqlənmişdir. Müqavilənin şərtlərinə görə İddiaçı tərəfindən Müqavilənin 1-ci bəndinin şərtlərinə əsasən 14000 (on dörd min) manat məbləğində pul borclu - Cavabdeh borc nağd şəklində pul verilmişdir. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən: "Borcalan” krediti iki il hər ay 583 (beş yüz səksən üç) AZN manat ödəməklə, xx.xx.2025-ci il tarixinədək “Borcverənə” qaytarmağı öhdəsinə götürür. Artıq 5 aydır ki, borclu - cavabdeh tərəfindən müqavilənin şərtləri pozulur, öhdəliklər yerinə yetirilmir. Hazırda 9000 (doqquz min) manat məbləğində borc yaranmışdır. Bu barədə Gəncə şəhər 5 saylı Notariat ofisinin notariusu Ariz Ələkbərova müraciət edərək icra qeydi verilməsi xahiş olunmuşdur. Lakin, bildirilmişdir ki, məhkəməyə müraciət edilməlidir. Borclu - cavabdehin qərəzli surətdə məsuliyyətsizliyi nəticəsində müqavilənin şərtlərində olan öhdəliklərə əməl olunmur. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, cavabdehlə onun arasında Gəncə şəhər 5 saylı Notariat Ofisində bağlanmış 13 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən onun tərəfindən cavabdehə 14000 manat məbləğində borc pul vermişdir. Cavabdeh sözügedən borc məbləğindən 5117 manat ödəniş etmiş və ona hazırda 8883 manat borcu qalmışdır. Hal-hazırda cavabdeh qalan borc məbləğini ödəməkdən boyun qaçırır və kredit müqaviləsinin şərtlərinə əməl etmir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçılə onun arasında 13 fevral 2023-cü il tarixdə Gəncə şəhər 5 saylı Notariat Ofisində kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə iddiaçı ona 14000 manat məbləğində pulu 13 fevral 2025-ci ilədək ödəmək şərtilə borc vermiş, o isə hər ay iddiaçıya 583 manat olmaqla pul ödəməli idi. İddiaçıya borcundan xeyli ödəniş etsə də maddi durumu yaxşı olmadığına görə ödəniş edə bilməmişdir. Həmin məbləğdən halhazırda iddiaçıya 8883 manat borcu qalmışdır. Türkiyə Respublikasında olan zaman iddiaçıya işləyərək borcun bir qismini qaytarmağı təklif etmişdir. Lakin, iddiaçı bununla razılaşmayaraq qalıq borcun hamısının qaytarılmasını istəyir. Odur ki, iddiaçı tərəfindən ona borcu ödəmək üçün vaxt verilməsini və iddia tələbinin qeyd etdiyi məbləğdə qismən təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 03 avqust 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 13 fevral 2023-cü il tarixli, 3M-126 reyestr nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” 14000 manat 00 qəpik (on dörd min manat sıfır qəpik) məbləğində borc pul verir. “Borc alan” krediti iki il hər ay 583 (beş yüz səksən üç) manat ödəməklə xx.xx.2025 tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Məhkəmə, iddiaçını və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 13 fevral 2023-cü il tarixli, 3M-126 reyestr nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh hər ay 583 manat ödəməklə xx.xx.2025 tarixinədək qaytarmaq şərti ilə, 14000 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini icra etməyərək, iddiaçıya olan borcunu hər ay ödəməli olmalısına dair öhdəliyini yerinə yetirməmiş və iddiaçıya olan borcunu ödəməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 14000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə ilə müəyyən olunur ki, 14000 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9000 manat pul tələb etsə də, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 8883 manat borcu qaldığını bildirmiş, iddiaçı isə həmin halı təsdiq etmişdir. Cavabdeh iddiaçıdan borc kimi aldığı puldan qalıq qalan 8883 manat pulun iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 14000 manat pulu hər ay 583 manat olmaqla iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuş, yəni cavabdeh iddiaçıdan aldığı borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini icra etməyərək, iddiaçıya 14000 manatdan qalıq qalan 8883 manat borcunu ödəməmişdir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən, başqa sözlə, cavabdehin kredit müqaviləsi üzrə borcunu vaxtında ödəməməsi iddiaçıya əhəmiyyətli zərər vurduğundan, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 13 fevral 2023-cü il tarixli, 3M-126 reyestr nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, 8883 (səkkiz min səkkiz yüz səksən üç) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumunun 108,83 (bir yüz səkkiz manat səksən üç qəpik) manatı Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 13 fevral 2023-cü il tarixli, 3M-126 reyestr nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 8883 (səkkiz min səkkiz yüz səksən üç) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 108,83 (bir yüz səkkiz manat səksən üç qəpik) manatı olmaqla, cəmi 8991,83 (səkkiz min doqquz yüz doxsan bir manat səksən üç qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4818/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4818/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver