Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4835/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququndan məhrumetmə ilə əlaqədar vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 72 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarının faktiki məhrum edilmələri ilə bağlı maddi zərərin əvəzi qismində 20.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, 2002-ci il tarixdə Cavabdeh1 ilə nikaha girmiş və Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 72 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Onunla Cavabdeh1 arasında olan nikah 2007-ci il tarixində qeydə alınmışdır. 2008-ci il tarixdə Cavabdeh1 onun qızıllarını satdığına görə, o, valideyinlərinin yaşadığı ünvana köçmüş, lakin evə köçürülmə tələbinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən o, Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 72 nömrəli fərdi yaşayış evinə köçürülmüş və 2017-ci il tarixədək orada yaşamışdır. 2017-ci il tarixdə Cavabdeh1 nikahdan kənar münasibətdə olduğu Venera adlı qadın onların yaşadığı ünvana gəlib, pəncərələri sındırmış və buna görə də o, oğlu İddiaçı2 ilə birlikdə valideyinlərinə məxsus evə köçmüşdür. 2020-ci il tarixdə atası X18 bacısı Ehtiqadan Samux rayonunda yerləşən 0,19 ha torpaq sahəsini və fərdi yaşayış evini ona bağışlamasını xahiş etmişdir. Bacısı Ehtiqad atasının tikdirdiyi həmin evi və torpaq sahəsini ona bağışlamışdır. Həmin ev 2 yataq otaqğından, 1 qonaq otağından və mətbəxdən ibarətdir. 2018-ci il tarixdə o, özünə məxsus əşyaları ünvan 2 ünvanından aparıb, hazırda mülkiyyətində olan Samux rayonu, Sarıqamış kəndində 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yığmışdır. Daha sonra o, Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evini satdıqlarını eşitmişdir. Qeyd olunan səbəbdən də o və İddiaçı2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2008-ci il tarixli, 2-130/08 nömrəli qətnaməsi ilə istifadə hüquqlarını müəyyən edilmiş mənzildə yaşaya bilmirlər. O, cavabdehlərdən onlara dəyən maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də cavabdehlər bundan imtina etmişlər. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək iddianın təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı1 onun oğlu Cavabdeh1 ilə birgə nikahda olmuşdur. Hətta aralarında yaranan mübahisə zamanı İddiaçı1 onun əri X1 tutub vurmuşdur. İddiaçı1 Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evindən 2017-ci il tarixdə köçmüş, həmin vaxt əşyalarını da özü ilə birlikdə aparmışdır. Onun və oğlu Cavabdeh1 İddiaçı1 veriləsi evləri yoxdur. Hazırda mülkiyyətində olan mənzili isə heç bir oğluna vermək niyyətində deyil. İddiaçı1 heç kəs olmayanda getmişdir. 2018-ci il tarixdən etibarən İddiaçı1 evlə bağlı yaşayış tələbi olmamışdır. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək digər Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan A-T seriyalı, 062974 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X14 arasında olan nikah xx.xx.2007-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində 472 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 047366 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş İddiaçı2 atası Cavabdeh1, anası isə Quliyeva (Rzayeva) Səfurə Tarix qızıdır. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2008-ci il tarixli, 2-130/08 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 və onun azyaşlı uşağı xx.xx.2005-ci il tarixdə anadan olmuş İddiaçı2 Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, 72 nömrəli evə köçürülməklə onlara həmin evdə yaşayış hüququ verilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2807/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)- 5844/2016 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci ildə anadan olmuş İddiaçı2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 80 (səksən) manat məbləğində alimentin miqdarı artırılaraq 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh1 alınaraq İddiaçı1 xeyrinə ödənilməlidir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-10515/2024 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak Kirovabad 4 saylı DNK-nun xx.xx.1989-cu il tarixli, 1- 746 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətinə verilmişdir. Gəncə şəhəri 2 saylı DNK-nun xx.xx.2011-ci il tarixli, 2V-1-103 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak X5 və X6 irs edilmişdir. Gəncə şəhəri 2 saylı DNK-nun xx.xx.2011-ci il tarixli, 4Ə-1-240 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak X6 bağışlanmış və onun adına xx.xx.2011-ci il tarixli, **********62-10301 reyestr nömrəli, ********** eydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində NK-nun xx.xx.2018-ci il tarixli, 2V-719 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak X11 və X12 irs edilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində NK-nun xx.xx.2018-ci il tarixli, 3M-708 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi,ev 72 ünvanında yerləşən daşınmaz əmlak X11 bağışlanmış və onun adına xx.xx.2018-ci il tarixli, **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində NK-nun xx.xx.2018-ci il tarixli, 4Ə-3091 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, ev 72 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 bağışlanmış və onun adına xx.xx.2018ci il tarixli, **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində NK-nun xx.xx.2019-cu il tarixli, 3M-1005 reyestr nömrəli bağışlanma müqaviləsinin ləğvi barədə müqaviləyə əsasən ünvan 7 ünvanında yerləşən daşınmaz əmlak Rzayeva Radə İbrahim qızının mülkiyyətinə verilmiş və onun adına xx.xx.2019-cu il tarixli, **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı NO-nin xx.xx.2024-cü il tarixli, 4Ə-188 reyestr nömrəli alqı-satqı əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak X2 və onun adına xx.xx.2024-cü il tarixli, **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12240/2024 nömrəli arayışdan görünür ki, xx.xx.1978-ci il tarixdə Samux rayonu, Sarıqamış kəndində anadan olmuş İddiaçı1 mülkiyyətində daşınmaz əmlakın olub-olmaması, daşınmaz əmlak olduğu halda həmin əmlaka dair arxiv arayışını və hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsi barədə məktubunuza «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən, Samux rayonu, Sarıqamış kəndində yerləşən 2.12 ha torpaq sahəsinə dair «Torpağa mülkiyyət hüququna dair» JN-100, KOD 50711028 saylı Dövlət X10, İddiaçı1, X23 və X7 adlarına işlənmişdir. X32 100 saylı konturunda göstərilmiş 1.755 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X18 tərəfindən ********** qeydiyyat nömrəli ərizə ilə 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin torpaq sahəsi üzərində X18 və onun digər üç nəfər ailə üzvlərinin hüquqları qeydiyyata alınaraq onların adlarına xx.xx.2022-ci il tarixli, **********54 reyestr nömrəli çıxarış verilmişdir. Dövlət Aktının digər 100A saylı konturunda göstərilmiş 0,36 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X18 tərəfindən ********** qeydiyyat nömrəli ərizə ilə 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin torpaq sahəsi üzərində X18 və onun digər üç nəfər ailə üzvlərinin hüquqları qeydiyyata alınaraq onların adlarına xx.xx.2022-ci il tarixli, **********60 reyestr nömrəli çıxarış verilmişdir. Samux rayonu, Sarıqamış kəndində yerləşən 0.19 ha torpaq sahəsinə dair «Torpağın mülkiyyətə verilməsinə dair» JN-101A, KOD 50711018 saylı şəhadətnamə X8 adına işlənmişdir. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-311 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqavilənə əsasən sözügedən 0.19 ha torpaq sahəsi X13 tərəfindən İddiaçı1 bağışlanmışdır. Həmin müqavilə üzrə sonuncunun adına xx.xx.2020-ci il tarixli, **********2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Samux rayonu, Sarıqamış kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair «Torpağın mülkiyyətə verilməsinə dair» JN-175A, KOD 50711018 saylı şəhadətnamə İddiaçı1 adına işlənmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X15 2002-ci ildə Cavabdeh1 ilə nikaha girmiş və Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2008-ci il tarixli, 2-130/08 nömrəli qətnaməsi ilə S.T.Rzayevaya və İddiaçı2 Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evindən istifadə hüququ verilmişdir. Sonradan 2017-ci ildə S.T.Rzayeva və İddiaçı2 yaşamaq üçün başqa ünvana köçmüş, 2018-ci ildə S.T.Rzayev özünə məxsus əşyaları Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evindən aparmışdır. xx.xx.2020-ci il tarixdə X13 tərəfindən İddiaçı1 üzərində 76.2 kvadrat metr sahəsi olan 0,19 hektar torpaq sahəsi bağışlanmışdır. S.T.Rzayeva və İddiaçı2 tərəfindən 2017-ci il tarixdən Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinin satıldığı xx.xx.2024-cü il tarixədək ötən 7 il müddətində yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldılması tələbinə dair məhkəmədə iddia qaldırılmamış, eləcə də məhkəmədən kənar qaydada hər hansı hərəkət edilməmişdir. İddiaçı1 və Rzayev X17 Emil Asəf oğluna və X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evi xx.xx.2024-cü il tarixli, 4Ə-188 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıldığına görə, həmin evdən istifadə hüquqlarının faktiki məhrumedilmələri ilə bağlı maddi zərərin əvəzi qismində 20.000 manat məbləğində tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri 2002-ci ildən yarandığından, mübahisənin həll edilməsi zamanı qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 255.8-ci maddəsinə görə daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmin Məcəllənin 262.2-ci maddəsinə görə yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərərvurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2008-ci il tarixli, 2-130/08 nömrəli qətnaməsi ilə S.T.Rzayevaya və İddiaçı2 Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evindən istifadə hüququ verilmişdir. Sonradan 2017-ci ildə S.T.Rzayeva və İddiaçı2 yaşamaq üçün başqa ünvana köçmüş, 2018-ci ildə S.T.Rzayev özünə məxsus əşyaları Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evindən aparmışdır. xx.xx.2020-ci il tarixdə X13 tərəfindən İddiaçı1 üzərində 76.2 kvadrat metr sahəsi olan 0,19 hektar torpaq sahəsi bağışlanmışdır. S.T.Rzayeva və İddiaçı2 tərəfindən 2017-ci il tarixdən Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinin satıldığı xx.xx.2024-cü il tarixədək ötən 7 il müddətində yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldılması tələbinə dair məhkəmədə iddia qaldırılmamış, eləcə də məhkəmədən kənar qaydada hər hansı hərəkət edilməmişdir. Göründüyü kimi S.T.Rzayevanın və İddiaçı2 Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinə ehtiyacları aradan qalxmış, həmin şəxslər qeyd olunan mənzili könüllü tərk etmişlər. S.T.Rzayeva və İddiaçı2 mülki işin məhkəmədə tədqiqi zamanı mübahisəli mənzili tərk etdikləri 2017-ci il tarixdən həmin mənzilin satıldığı xx.xx.2024-cü il tarixədək ötən 7 il müddətində başqa ünvanda yaşamaları ilə əlaqədar onlara maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququndan məhrumetmə ilə əlaqədar vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququndan məhrumetmə ilə əlaqədar vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4835/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4835/2024
06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver