Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-486/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi və tutmanın girov predmetinə yönəldilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 08 avqust 2012-ci il tarixli, 10-M-1-0-1469-12 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 520 ABŞ dolları 62 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 640 ABŞ dolları 16 sent, cərimə qismində 1.751 ABŞ dolları 32 sent, 08 avqust 2013-cü il tarixindən 30 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faiz dərəcəsi ilə hesablanmış 240 ABŞ dolları 05 sent, cəmi 3.152 ABŞ dolları 16 sent, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73 manat 59 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 8.2 qram çəkidə üzükdən, 1 ədəd 6.1 qram çəkidə üzükdən, 1 ədəd 9.5 qram çəkidə komplektdən, 1 ədəd 1.6 qram çəkidə klondan, 1 ədəd 4.1 qram çəkidə boyunbağıdan ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 26 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi M.M.Seyidov iddiaçı ilə Cavabdeh1la arasında razılıq əldə edildiyini və iddia ərizəsinin geri qaytarılmasına zərurət yarandığını bildirmişdir. Buna görə qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmasına və iddia ərizəsinə əlavə olunmuş sənədlərin İddiaçı açıq səhmdar cəmiyyətinə geri qaytarılmasına dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.M.Seyidov iddia ərizəsinin və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi ərizə verdiyinə, cavabdehlər isə məhkəmə iclasına gəlmədiyinə görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Buna görə də məhkəmə hesab edir ki, təkrarən məhkəmənin çağırışlarına gəlməyən cavabdehlərin mülki işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsini müəyyən etməyə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 73 manat 59 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbz nömrəsi:979801515, transaksiya nömrəsi:1C5672A38f01214/NKL) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi və tutmanın girov predmetinə yönəldilməsi» barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 72 (yetmiş iki) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbz nömrəsi:979801515, transaksiya nömrəsi:1C5672A38f01214/NKL) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-486/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-486/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver