Məhkəmə qərarları › İş №2(125)-4865/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4865/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4865/2023 13.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X7, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə 220,02 (iki yüz iyirmi manat iki qəpik) AZN əsas borc, 8,17 (səkkiz manat on yeddi qəpik) AZN faiz borcu olmaqla, cəmi 228,19 (iki yüz iyirmi səkkiz manat on doqquz qəpik) AZN borcun, 0,40 (qırx qəpik) AZN xidmət haqqının və 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 30 faiz olmaq şərti ilə 84 ay müddətinə 500 AZN kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bank borcalana bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə X3 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 30 faiz olmaq şərti ilə 84 ay müddətinə 500 AZN kredit limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş 04 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 04 may 2023-cü il tarixə borcalan X3 1100tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan borcu 220,02 AZN əsas borc, 8,17 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 228,19 AZN müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 986134 nömrəli, 05 yanvar 2019-cu il tarixli, Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 04 yanvar 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 yanvar 2019-cu il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi dəqiqləşdirilməmiş ürək dayanması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 2 saylı Notariat ofisinin 07 yanvar 2023-cü il tarixli, 23 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri 2 saylı notariat ofisində xx.xx.2021-ci ildə 2V-295 saylı reyestrlə təsdiq edilmiş vərəsəlik hüququ əsasında şəhadətnaməyə əsasən mərhum X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh təyin edilmişdir. Miras əmlak: "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2,00 (iki) manat olan 82 (səksən iki) ədəd adi adlı səhmlər. İş materiallarına əlavə olunmuş 15 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh hazırki iddiaya etirazından görünür ki, iddiaçı ona qarşı məhkəmədə kiçik iddia qaldıraraq "xxxx" KB ASC-nin xeyrinə 220,02 AZN əsas, 8,17 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 228,19 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 30% olmaq şərtilə 84 ay müddətinə 500 AZN kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə "Borcalan" a bank hesabı (cari, suda) açır və ödəniş kartı təmin edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin xx.xx.2023- ci il tarixli məktubu ilə X3 vərəsəsinin onun olduğu müəyyən edilmişdir. İddia ərizəsinə etiraz olaraq bildirir ki, xx.xx.2014-cü il tarixli kredit müqviləsinə əsasən ona mərhum X4 istehlak məqsədləri üçün illik 30% olmaq şərtilə 24 ay müddətinə 500 AZN kredit verilmişdir. Həmin kredit öhdəliyi üzrə iddiaçı iddia müddətini ötümüşdür. Bundan başqa, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə X3 vərəsəsinin onun olduğu müəyyən edilməsi onun Rasim Atakişiyevdən qalmış miras əmlakı qəbul etməsi anlamına gəlmir. X1 ölümündən sonra heç bir miras qalmamış və o, vərəsə hesab olunsa, da heç bir miras qəbul etməmişdir. Bu səbəbdən də, hesab edir ki, mərhum X3 kreditor qarşıdında heç bir öhdəliyi yaranmır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin ona qarşı cəmi 228,19 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin ondan tutulmasına dair kiçik iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, iddiaçı ona qarşı məhkəmədə kiçik iddia qaldıraraq "xxxx" KB ASCnin xeyrinə 220,02 AZN əsas, 8,17 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 228,19 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı idia tələbinin onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 30% olmaq şərtilə 84 ay müddətinə 500 AZN kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən Borcverən Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə "Borcalan" a bank hesabı (cari, suda) açır və ödəniş kartı təmin edir, "Borcalan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə X3 vərəsəsinin onun olduğu müəyyən edilmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixli kredit müqviləsinə əsasən ona mərhum X4 istehlak məqsədləri üçün illik 30% olmaq şərtilə 24 ay müddətinə 500 AZN kredit verilmişdir. Həmin kredit öhdəliyi üzrə iddiaçı iddia müddətini ötümüşdür. İddia müddətinin keçməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti ilə mərhum X5 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Lakin, X5 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında cəmi 228,19 (iki yüz iyirmi səkkiz manat on doqquz qəpik) AZN məbləğində borcu qalmışdır. X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. X5 öldükdən sonra – hazırki iş üzrə Cavabdeh miras qoyanın vərəsəsi kimi ondan miras qalmış əmlakı – "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2,00 (iki) manat olan 82 (səksən iki) ədəd adi adlı səhmləri rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda miras əmlakın nominal dəyəri 2,00 (iki) manat olan 82 (səksən iki) ədəd adi adlı səhmlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X3 ölümündən sonra ondan qalmış mirası – Cavabdeh qəbul etdiyindən və miras əmlak cəmi 164 (bir yüz altmış dörd) AZN pul vəsaitindən ibarət olduğundan, cavabdeh miras passivinə görə miras aktivi həddində cavabdehlik daşımalıdır. Odur ki, iddia qismən təmin edilməli, 164 (bir yüz altmış dörd) AZN məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh hazırki iddia tələbinə etiraz edərək, mərhum X3 vərəsəsinin onun olduğu müəyyən edildiyini, lakin bunun Rasim Atakişiyevdən qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi anlamına gəlmədiyini və Rasim Atakişiyevdən qalmış miras əmlakı qəbul etmədiyini bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 2 saylı Notariat ofisinin 07 yanvar 2023-cü il tarixli, 23 nömrəli məktubunda Gəncə şəhəri 2 saylı notariat ofisində xx.xx.2021-ci ildə 2V-295 saylı reyestrlə təsdiq edilmiş vərəsəlik hüququ əsasında şəhadətnaməyə əsasən mərhum X3 vərəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh müəyyən olduğu və miras əmlak: "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2,00 (iki) manat olan 82 (səksən iki) ədəd adi adlı səhmlərdən ibarət olduğu qeyd edilmişdir. Məhkəmə eyni zamanda Cavabdeh hazırki iddiaya iddia müddəti tətbiq edərək iddianın rədd edilməsinə dair ərizəsinə qiymət verərək qeyd edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edərək iddia rədd edilə bilməz. Belə ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 30 faiz olmaq şərti ilə 84 ay müddətinə 500 AZN kredit limiti ayrılmış və iddiaçı cavabdehə qarşı 16 iyun 2023-cü il tarixdə yəni, qanunla müəyyən edilmiş müddət daxilində iddia qaldırmışdır. Bu baxımdan məhkəmə Cavabdeh iddia müddətinin tətbiqi barədə xahişini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 0,40 (qırx qəpik) AZN xidmət haqqı və iddia tələbinin ümumilikdə 72% faiz hissəsi təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, yəni 21,6 (iyirmi bir manat altmış qəpik) AZN hissəsi tutularaq iddiaçıya ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 164 (bir yüz altmış dörd) AZN borc və 0,40 (qırx qəpik) AZN xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 21,6 (iyirmi bir manat altmış qəpik) AZN hissəsi tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 164 (bir yüz altmış dörd) AZN borc və 0,40 (qırx qəpik) AZN xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 21,6 (iyirmi bir manat altmış qəpik) AZN hissəsi tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar