Məhkəmə qərarları › İş №2(125)-4877/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4877/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4877/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 02 fevral 2015-ci il tarixli, 1130nkGNDJ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 72 sent əsas, hesablanmış və ödənilməmiş faiz borcu qismində 775 ABŞ dolları 96 sent, cərimə qismində 1 ABŞ dolları 54 sent, cəmi 778 ABŞ dolları 22 sent və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 33 manat 63 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 iyun 2023-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı 02 fevral 2015-ci il tarixli, 1130nkGNDJ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 72 sent əsas, hesablanmış və ödənilməmiş faiz borcu qismində 775 ABŞ dolları 96 sent, cərimə qismində 1 ABŞ dolları 54 sent, cəmi 778 ABŞ dolları 22 sent və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 33 manat 63 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 20 iyun 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 fevral 2015-ci il tarixli, 1130nkGNDJ/15 nömrəli kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə 27 faiz ödəmək şərti ilə 2.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 05 iyul 2016-cı il tarixli sazişin surətindən görünür ki, 02 fevral 2015-ci il tarixli, 1130nkGNDJ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilmiş, faizlərin isə müddət qurtardığı vaxt alınması müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti 02 dekabr 2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin 20 aprel 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə "xxxx" X1 səhmdar cəmiyyəti arasında bağlanmış 02 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdehnın borcu əsas borc qismində 72 sent əsas, hesablanmış və ödənilməmiş faiz borcu qismində 775 ABŞ dolları 96 sent, cərimə qismində 1 ABŞ dolları 54 sent, cəmi 778 ABŞ dolları 22 sent məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 72 sent əsas, hesablanmış və ödənilməmiş faiz borcu qismində 775 ABŞ dolları 96 sent, cərimə qismində 1 ABŞ dolları 54 sent məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 02 fevral 2015-ci il tarixli, 1130nkGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 72 sent əsas, hesablanmış və ödənilməmiş faiz borcu qismində 775 ABŞ dolları 96 sent, cərimə qismində 1 ABŞ dolları 54 sent, cəmi 778 ABŞ dolları 22 sent məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 63 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" X1 Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə 02 fevral 2015-ci il tarixli, 1130nkGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 72 (yetmiş iki) sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 775 (yeddi yüz yetmiş beş) ABŞ dolları 96 (doxsan altı) sent, cərimə qismində 1 (bir) ABŞ dolları 54 (əlli dörd) sent) cəmi 778 (yeddi yüz yetmiş səkkiz) ABŞ dolları 22 (iyirmi iki) sent pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 33 (otuz üç) manat 63 (altmış üç) sent məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar