Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-488/2024 28.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2016-cı il tarixli, 1204- 16 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 500 manat, hesablanmış və ödənilməmiş faiz qismində 123 manat 70 qəpik, cərimə qismində 93 manat 09 qəpik cəmi 716 manat 76 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, cavabdeh Express TTS» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2016-cı il tarixli, 1204-16 müqaviləyə əsasən alqı-satqı qiyməti 590 manat olan «Samsung S5» markalı mobil telefonu nisə almışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq 36 faiz bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 50 manat, faiz borcundan 30 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli son ödənişinə və xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə əsas borcu 500 manat, faiz borcu 123 manat 70 qəpik, gecikdirilmiş gün üçün 93 manat 09 qəpik cəmi 716 manat 76 qəpik təşkil edir. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə mülki işin baxılmağa hazırlanması zamanı Cavabdeh məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddianı qismən etiraf etdiyini və iddianın yalnız 500 manat əsas borc qismində olan hissəsini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli, 1204-16 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində ödəmələr 36 faizə vurularaq bərabər hissələrlə, hissəhissə ödəmək şərtilə «Samsung S5» markalı mobil telefonu 590 manat məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 1204-16 nömrəli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh borcu əsas borc qismində 590 manat, faiz borcu qismində 121 manat 27 qəpik, cəmi 711 manat 27 qəpik təşkil edir. Mülki işdə olan Cavabdeh "xxxx" MMC-yə borcu barədə maliyyə arayışının surətindən görünür ki, X1 hazırda iddiaçıya olan borcu xx.xx.2016-cı il tarixli, 1204-16 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 500 manat, xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş faiz borcu qismində 123 manat 70 qəpik, gecikdirilmiş gün üçün 93 manat 09 qəpik, cəmi 716 manat 76 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2016-cı il tarixli, 1204-16 nömrəli müqavilə 93 manat 09 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2016-cı il tarixli, 1204- 16 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 500 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 121 manat 27 qəpik, cərimə qismində 5 manat, cəmi 626 manat 27 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 13 oktyabr 2016-cı il tarixli, 1204-16 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 500 (beş yüz) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 121 (bir yüz iyirmi bir) manat 27 (iyirmi yeddi) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 656 (altı yüz əlli altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-488/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-488/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver