Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4887/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakları, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2300 (iki min üç yüz) manat borcun və 44 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 digər Cavabdeh2 vasitəçiliyi ilə tanımışdır. O, Elnuru hələ Daşkəsən rayon polis şöbəsində işləyən vaxtdan tanımışdır. 2023-cü ilin iyun ayında Elnur ona zəng etmişdir ki, Türkiyə Respublikasından yük maşını və ekskovator gətirirlər, yoldadır. Onların gətirilməsi üçün pulları çatmır, ona görə də onlara 2300 manat təcili pul lazımdır və ondan xahiş etmişdir ki, başqa şəxsdən də olsa pul tapım verim, uzağı 10 gün müddətində qaytaracaq. Ona inandığı üçün yaxın qohumlarından və qonşulardan yığaraq Elnura 2300 manat vermişdir və Elnur ona demişdir ki, polis işçisi olduğu üçün müqavilə bağlaya bilmir, ona görə də dostu Cavabdeh1 ilə müqaviləni bağlasınlar. O razılaşmış və müqavilə bağlanmışdır. Elnur və digər cavabdeh dedikləri vaxt pulu qaytarmadıqlarından aidiyyəti orqanlara şikayət etmişdir. Elnur ona bildirmişdirdi ki, torpaq sahəsi var onun alqı-satqısı üçün 700 manat lazımdır, həmin məbləğdə pulu da versin ki, torpağı satıb onun pulunu bir yerdə qaytaracaqdır. O, 02 mart 2024-cü il tarixdə əlavə olaraq Elnura 700 manat vermişdir. Bundan sonra Elnur bu barədə qəbz yazmış və bildirmişdir ki, ümumilikdə ona veriləsi 3000 manat.pulu 2024-cü ilin aprel ayının 30-da qaytaracaq. Bundan bir müddət sonra Elnur ona 200 manat, Namiq isə 500 manat qaytarsa da qalan 2300 manat pulu qaytarmamışlar. Hər dəfə onu aldadaraq müxtəlif bəhanələr edirlər. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkili Vəkil iştirak etmiş, iddianın əsaslı olduğunu qeyd edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iştirak etmiş, iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə sənədləşdirilmiş 2300 manat məbləğində pulu və əlavə olaraq 700 manatı o aldığını etiraf etmiş və hazırda iddiaçının tələb etdiyi 2300 manat məbləğində borcu qaytaracağını bildirmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 məhkəməyə gəlməmişdir.Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə iddiaçını, onun vəkilini və Cavabdeh2 dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia əsalı olduğundan, təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, notarius tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 həmin tarixdə İddiaçı 2300 manat məbləğində borc almış və həmin məbləğdə borcu xx.xx.2023-cü il tarixdə qaytaracağı barədə öhdəlik götürmüşdür. Mülki işin materiallarında olan sadə yazılı qəbzdən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə qəbz yazaraq, Cavabdeh1 İddiaçı xx.xx.2023-cü ildə onun vasitəçiliyi ilə aldığı 2300 manatı və xx.xx.2024-cü il tarixdə aldığı 700 manatı, ümumilikdə 3000 manatı 30 aprel 2024-cü il tarixədək qaytaracağını öz ödəsinə götürmüşdür. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Artıq yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 həmin tarixdə İddiaçı 2300 manat məbləğində borc almışdır. Daha sonra isə, digər Cavabdeh2 xx.xx.2024-cü il tarixdə qəbz yazaraq, Cavabdeh1 İddiaçı xx.xx.2023-cü ildə onun vasitəçiliyi ilə aldığı 2300 manatı və xx.xx.2024-cü il tarixdə aldığı 700 manatı, ümumilikdə 3000 manatı 30 aprel 2024-cü il tarixədək qaytaracağını öz ödəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, həmin sübutların işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdehlər birgə borclular kimi iddiaçıdan ümumilikdə 3000 manat məbləğində borc almışlar, alınmış borcun 700 manatı qaytarılmış, qalan 2300 manatı isə qaytarılmamışdır. Ona görə də məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia edilən 2300 manat məbləğində borcun qaytarılması tələbi hissədə iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, borc alanlar borcu qaytarmaq öhdəliklərini lazımınca yerinə yetirmədiklərindən iddiaçının cavabdehlərdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2300 manat məbləğində pul müştərək qaydada alınıb, İddiaçı verilməlidir Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 44 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınıb, iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2300 (iki min üç yüz) manat məbləğində pul və ödənilmiş Dövlət rüsumunun əvəzi kimi 44 (qırx dörd) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4887/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4887/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver