Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-491/2024 04.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22640 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, şəhid X4 həyat yoldaşıdır. Cavabdeh şəhid Ceyhun İsmayılovun həyat yoldaşıdır. Onların həyat yoldaşları şəhid olduqdan sonra, onlar şəhid ailələri olaraq bir-birini tanımış və bütün şəhid ailələri bir-biri ilə əlaqə saxlayır, bir-birinin xeyrinə-şərinə yarayırlar. Cavabdeh ilə münasibətləri yaxşılaşmış, bir-birinə çox yaxın olmuşlar. Onlar tanış olduqdan bir müddət sonra Cavabdeh bildirdiki onun bir çox adamlara borcu var və ondan borclarını ödəməsi üçün borc pul verməsini xahiş etmişdir. O, borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Bundan başqa o, xahiş etmişdir ki, yoldaşının il mərasimi yaxınlaşır, ərinin ilini vermək üçün ona borca pul versin. O, pulun olmadığını dedikdə, xahiş etdi ki, bank ona kredit vermir, kredit götürüb ona versin, o, isə banka krediti ödəsin. Həmmin vaxt Gülnarənin borclu olduğu şəxslər onun daimi narahat edirdilər, tez-tez evinə gəlib-gedirdilər. Münasibətləri həddən artıq yaxşı olduğu üçün və Gülnarənin borclu olduğu şəxslər onu daimi narahat etdikləri üçün o, buna etiraz etməmiş, Gülnarəni düşdüyü vəziyyətdən çıxartmaq məqsədilə Kapital bankdan 20000 (iyirmi min) manat kredit götürmüşdür. Kredit götürməyindən bir müddət gecikdiyi üçün, hər ikisinin qonşusu olan Aytəndən 6600 manat alaraq öz evində bir neçə şəxsin yanında Gülnarəyə yoldaşının il mərasimini vermək üçün vermişdir. Həmin vaxt orda Aytən özü, Ülkər, Mirvari, Zəminə və başqa qızlar var idi. Bir müddət sonra o, Kapital Bankdan 20000 manatı kredit götürmüşdür. Götürdüyüm kredit pulunu tam olaraq Gülnarənin borcuna paylamışdır. Onun borclarının bir hissəsini o, özü ilə aparıb vermiş, bir hissəsini isə Gülnarəyə vermişdir ki, özü aparıb versin. Sonra, Gülnarənin bir sıra borclarını verməyə başladır. İlk öncə Aytəndən aldığı 6600 manatı, sonra Gülnarənin şəhid Hacı Raufun anası Biriliant xanıma 3000 manat olan borcunun 1000 manatını Biriliant xanımın özünə, 2000 manatını isə Biriliant xanım qohumu Səbuhi adlı şəxsə vermişdir. (Briliant xanım onu özü göndərmişdir). Bundan sonra Gülnarə telefonlarını Röyal adlı şəxsə verərək ondan 780 manat pul almışdır ki, həmin 780 manat pulu Röyala verərək Gülnarənin telefonlarını Royaldan almışdır. Həmin vaxtı Gülnarə Royalla görüşmək istəmədiyini bildirmiş, o, qonşuları Aytən adlı şəxslə gedərək Royalın 780 manat pulunu vermişdir. Bundan sonra şəhid Cavid Əliyevin atası X13 2500 manat borcunu, sonra şəhid Ağamirzə Quliyevin atası X9 320 manat borcunu vermişdir. Bunlardan sonra, o, digər borclarını özü qaytarması üçün 6800 manat vermişdir ki, digər borclarını da özü qaytarsın. Həmin vaxt Mirvari, Gülnarənin özünü dayısı arvadı Aidə və bır neçə başqa şəxslər var idi. Həmin 6800 manatı onların yanında vermişdir. Gülnarənin bütün borclarını (ümumilikdə 20000 manat) verdikdən bir neçə ay sonra onlara gələrək ona təcili 3000 pul lazım olduğunu bildirmiş, o isə 3000 manat pulunun olduğunu, lakin qızını əməliyyat etdirəcəyini bildirmişdir. Həmin vaxt Ülkər də onlarda idi və pulu verməyinə narazılıq etmişdir. Ülkər narazılıq etdikdə Gülnarə ona təcili lazı olduğunu və pensiyanı alan kimi qaytaracağını bildirmişdir. O, bu dəfə də ona etiraz etməyərk yenidən 3000 manat pulu vermişdir. Bunlardan əlavə olaraq o, zamin durmuşdur ki, Gülnarə nə onun götürdüyü krediti, nə də ki öz adına götürdüyü, yəni ona zamin olduğu kreditləri tam ödəyə bilmirdi. Onlar həddən artıq yaxın olduqları üçün həmin kreditlərin ödənilməsində ona köməklik edirdi. Ona görə də, təxminən 3 ay onun öz adına olan kredit üzrə 280 manat olmaqla kredit borcunu vermişdir. Cavabdeh sonuncu dəfə ondan aldığı 3000 manat pulunu dediyi vaxtda geri qaytarmamış və yenidən ondan həmin pulun qaytarması üçün vaxt istəmişdir. O, vaxt versədə, ona borclu olduğu pulları verməkdən yayınmağa başlamışdır. O, ümumilikdə cavabdehə 23840 manat borc pul vermişdir. Cavabdeh ona götürüb verdiyi 20000 manat kreditdən 2 ay 600 manat olmaqla, cəmi 1200 manat ödəniş etmiş, sonra ödənişlərini dayandırmışdır. O, cavabdehdən dəfələrlə borcunu qaytarmağı tələb etsə də o, onun müraciətlərinə əhəmiyyət verməyərək, hər dəfə bir neçə ay möhlət istəyirdi. O, bir neçə dəfə möhlət versə də pulunu geri qaytarmamışdır. Hazırda o, cavabdehdən ona borc verdiyi pulu geri ala bilmədyi üçün məcbur olub hazırki iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh yazılı qaydada müraciət edərək bildirdi ki, İddiaçı ondan 22640 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Ancaq, həmin iddianın heç bir əsası yoxdur. Belə ki, məonunnim əri Vətən müharibəsində şəhid olub və o, şəhid ailəsidir. xx.xx.2021-ci il tarixdə də, mərhum ərinin ilini verəcəkdi. Buna görə də, ərinin ilini vermək üçün Güleyşədən 5000 manat borc pul istəmişdir. Çünki, Güleyşə sələmə (faizə) pul verirdi. Güleyşə də, xx.xx.2021-ci ildə ona X1 yanında kartından terminal vasitəsilə 2000 manat pul çəkib vermişdir. 2000 manatda xx.xx.2021-ci ildə də, dayısı arvadı X5 ilə birlikdə onun öz evində ondan almışdır. xx.xx.2021-ci ildə də, Güleyşə 1000 manatı ona “Qold Əminə” marketində özü veribdir. Cəmi ondan 5000 manat borc pul almışdır. Onda da, Güleyşə bu 5000 manatın faizini hesablayıb, faiz olaraq 1600 manat da, üstündə verəcəyini bildirmişdir. O, razılaşıb Güleyşəyə öz dilindən qəbz yazıb vermişdir ki, ondan 5000 manat borc pul almış, ancaq, qaytaranda 6600 manat qaytaraq. Həmin yazdığı qəbz Güleyşədədir. O, pulu ondan götürəndən sonra 2 ədəd pensiya kartını da, Güleyşəyə vermişdir ki, hər ay kartından 300 manat borcuna görə çıxarıb götürsün. Güleyşə də, hər ay kartından 300-300 manat çıxarıb götürməklə 2 ay pul götürmüşdür. Bundan 2 ay sonra da, şəhid Hacı Raufun anası X2 onunla Gülüyşənin yanına gedib, onun borcundan 3000 manatını Güleyşəyə qaytarıb ondan pensiya kartının birini almışlar. Onun borcundan bundan sonra X12 da, 3000 manat Güleyşəyə qaytarıb ondan 2-ci pensiya kartını almışdır. O, Güleyşəyə olan bütün borcunu qaytarmış və ona hazırda heç bir borcu olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdehin "xxxx" BOKT ASC-yə borcundan 280 manat, 280 manat və 600 manat olmaqla "xxxx" ASC vasitəsilə ödəmişdir. Bundan başqa, Gülnarənin aldığı və sonradan qaytardığı borca hesablanmalı olan 1600 manat faiz məbləğini Gülnarəyə məxsus olan və onda olan bank kartından çıxarmışdır. Gülnarənin Röyala 650 manat borcunu ödəmişdir. Yəhya borcu qaytardıqda Gülnarə ondan yenidən 1700 manat borc aldı, Brilliant Gülnarənin 3000 manat borcunu qaytaranda Gülnarə Ülkərin yanında ondan 2600 manat borc aldı. Gülnarənin birinci bank kartından 750 manat pulu çıxarıb Gülnarəyə tam vermişdir, Gülnarənin ikinci bank kartından 363 manat çıxarıb hamısını Gülnarəyə vermişdir, Gülnarənin üçüncü bank kartından 1480 manat çıxarmış, aldığı borca qaytarılması üçün razılaşdırılmış faiz məbləği kimi 600 manat, 600 manat və 400 manat olmaqla məbləğləri götürmüş, qalanı pulu Gülnarəyə qaytarmış, Gülnarəyə məxsus kartlardan bundan başqa pul məbləğləri çıxarmamışdır. Gülnarənin 1-ci ay kirayə haqqını Samirə ödəmişdir, qalanını Gülnarə ödəmişdir, Gülnarənin kirayə qaldığı evin sahibi Samirə 2500 manat borcu olmuşdur və həmin borcu Güleyşə ödəmişdir. Gülnarənin hər hansı borcunu Gülnarəyə məxsus bank kartlarından deyil, özü ödəmişdir. İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya yazılı münasibətinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, "xxxx" BOKT ASC-yə olan borcundan iddiaçı tərəfindən hərəsi 280 manat olmaqla 2 ay "xxxx" ASC vasitəsilə ödəniş cavabdehə məxsus bank kartı vasitəsilə edilmişdir, lakin bu halı təsdiqləyən sübut təqdim edə bilmir. Bundan başqa, aldığı və sonradan qaytardığı borca hesablanmalı olan 1600 manat faiz məbləğini ona məxsus olan və Güleyşədə olan bank kartından Güleyşə çıxarmışdır. Onun Röyala olan 420 manat borcunu ona məxsus bank kartından Güleyşə çıxarıb Röyala ödəmişdir, lakin bu halı təsdiqləyən sübut təqdim edə bilmir. Onun birinci bank kartından 750 manat pulu Güleyşə çıxarıb ona tam vermişdir; onun ikinci bank kartından 363 manat pulu Güleyşə çıxarıb 310 manatını ona ödəmişdir, qalan 50 manat pulu o, Güleyşəyə taksi pulu olaraq vermişdir; onun üçüncü bank kartında 1477 manat olmuş, Güleyşə oradan pul çıxarıb Röyala və İlhama olan borcu ödəmiş, birinci dəfə evin kirayə haqqını və onun borclarını ödəmiş, qalan 700-800 manat pulu ona qaytarmışdır, onun kirayə haqqından Samirə borcu olmamışdır. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin təmsilçisi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, o, Güleyşəni və Gülnarəni şəhid yoldaşı kimi tanıyır, münasibətləri yaxşıdır. Gülnarənin ona 270 manat borcu var idi, Güleyşənin həmin borcu ona tam ödədi. Gülnarə borcu 2021-ci ilin əvvəlində almışdı, 2022-ci ilin əvvəlində Güleyşə qaytarmışdır. Başqa borcunun olub-olmadığını bilmir. Gülnarənin borcu 320 manat deyil, 270 manat idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, Güleyşə ilə köhnə qonşudur və onun uşaqlarına baxır. Gülnarəni Güleyşəyə görə tanıyıb. Güleyşə ilə anabala kimi, Gülnarə ilə qonşu kimi münasibəti var, ədavətləri yoxdur. Güleyşə Aytəndən 6600 manat pulu alıb adlarını bilmədiyi şəhid ailələrinin yanında verib Gülnarəyə. Tarixi dəqiq xatırlamır. Xəngəl qonaqlığına gələndə şəhid ailələri olduğunu bilmişdir. Sonradan Güleyşə 3000 manat pulu Gülnarəyə borc vermişdir. Onun yanında verildiyi üçün məbləğləri bilmişdir. Birinci dəfə borc verilməsindən 1-2 ay sonra ikinci dəfə borc verdi. Gülnarənin borcundan Güleyşəyə ödəniş edib-etmədiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Gülnarəni Güleyşəyə görə tanımışdır. Hər iki ilə münasibəti normaldır, ədavəti yoxdur. Gülnarə onun evində kirayə qalırdı. Birinci ay üçün kirayə haqqını Güleyşə ödəmişdi, qalan aylar üçün ödənişi Gülnarə edirdi. Aylıq 300 manat kirayə haqqından aylar ərzində ona 2500 manat borcu yığılmışdı, həmin 2500 manat borcu iki ay əvvəl Güleyşə ona ödəmişdir. Onun yanında başqa borc alış-verişi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Gülnarə ilə çoxdan tanışdır, Güleyşəni isə Gülnarə vasitəsi ilə tanımışdır. Hər biri ilə normal münasibəti var, heç bir ədavəti yoxdur. Gecə saat 11-12 radələrində Gülnarə ilə Güleyşəni evindən götürüb “Kapital Banka” getmişlər. 2021-ci ilin sentyabr ayının 28-29-da Güleyşə bank kartından 2000 manat pul çıxardıb Gülnarəyə vermişdir. 2 gün sonra Gülnarənin ərinin ili idi. Gülnarə bankdan pul götürmək istəsə də, alınmamışdır. Güleyşənin ona kömək edəcəyini söyləyirdi. Başqa pulun alınıb-verilməsini görməmişdir və bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Gülnarə onun baldızının qızıdır, Güleyşəni isə onun vasitəsi ilə tanımışdır. Hər biri ilə normal münasibəti var, heç bir ədavəti yoxdur. Gülnarə ərinin ili üçün Güleyşədən borc götürəcəkdi. Onlar Güleyşəgilə getmişlər, Güleyşə isə bankomatdan 2000 manat pulu çıxardıb Gülnarəyə vermişdir, həmin pulu faizlə vermişdi. Onlar arasında başqa pul alış-verişi olmadı. Onlar pulu istəmək üçün Güleyşəgilə günorta saat 14-15 arası, Gülnarənin ərinin il dönümündən bir gün əvvəl getmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, Gülnarəni Güleyşəyə görə tanımışdır, münasibətləri normaldır. Güleyşə ilə qonşudurlar, münasibətləri normaldır. O, hər dəfə Güleyşəgilə gedəndə Gülnarəyə pul verdiyini görmüşdür, amma dəqiq məbləğini bilmir. O, Güleyşəyə 800 manat vermiş, Güleyşə isə həmin pulu Gülnarəyə vermişdir. Sonra Güleyşə həmin pulu ona geri qaytarmışdır. O, Gülnarəyə pul verməmiş və Gülnarənin ona 6600 manat borcu olmamış, Güleyşə ona belə pul məbləği ödəməmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X2 bildirdi ki, o, Güleyşəni və Gülnarəni şəhid yoldaşı kimi tanıyır, münasibətləri normaldır. Gülnarə Şəhidlər xiyabanından qayıdarkən ailəsinin maddi çətinliklərindən danışmış, uşaqlara baxa bilmədiyini bildirmişdir. Onun Güleyşəyə 3000 manat borcu olduğunu və imkan olsaydı, borcunu bağlayıb pensiya kartını Güleyşədən götürmək istədiyini söyləmişdir. O, 3000 manatı Güleyşəyə ödəmiş, pensiya kartını alıb Gülnarəyə vermişdir. Həmin borcu Gülnarə ona geri qaytardı, Gülnarənin borcundan 62 manatı ona Güleyşə ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı iş üzrə iddiaçı mülkiyyətinə verdiyi pulun və əvəzinə icra etdiyi öhdəliklərin əvəzi qismində cəmi 22640 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İlham Quliyev tərəfindən 270 manat pul öhdəliyinin, Samir Əliyev tərəfindən 2500 manat pul öhdəliyinin, Briliant Əsgərova tərəfindən 62 pul öhdəliyinin cavabdehin əvəzinə iddiaçı tərəfindən icra edilməsi həmin şahidlərin ifadələriylə; 280 manat və 280 manat olmaqla kredit borcu öhdəliyinin və Röyal adlı şəxsə 420 manat borc öhdəliyinin, habelə 300 manat olmaqla bir dəfə kirayə haqqı ödənişinin cavabdehin əvəzinə iddiaçı tərəfindən icra edilməsi cavabdehin izahatıyla; 6600 manat və 3000 manat məbləğlərində borcların verilməsi şahid Ülkər İbadovanın, 800 manat borcun verilməsi şahid Aytən Məmmədovanın ifadəsiylə təsdiqlənmişdir, həmin məbləğlərin cəmi 14512 manat təşkil edir. Cavabdeh borclarının ona məxsus, iddiaçının faktiki sahiblik və istifadəsində olan bank kartları vasitəsilə ödənildiyini bildirsə də, bu halı təsdiqləyən sübut(lar) təqdim etməmişdir. Bundan başqa, cavabdeh izahatıyla təsdiqləmişdir ki, bir bank kartından çıxarılmış bütün məbləğ iddiaçı tərəfindən ona təhvil verilmiş, digər bank kartından çıxarılan pulun 50 manatı iddiaçıya bağışladıqdan sonra qalan pul cavabdehə təhvil verilmiş; sonuncu kartda olan 1477 manat puldan borcları ödənildikdən sonra 700-800 manatı ona qaytarılmış, iddiaçı isə razılaşdırılmış faiz məbləği olmaqla 1600 manat çıxdıqdan sonra qalan pulu cavabdehə qaytardığını və bundan başqa hər hansı pul məbləğini cavabdehə məxsus bank kartlarından çıxarmadığını bildirmişdir. İddiaçının sonuncu bildirdiyi hal həm də onunla təsdiqlənir ki, cavabdeh tərəfindən alınan və qaytarılan 6000 manat borc məbləği iki dəfəyə hərəsi 3000 manat olmaqla iddiaçıya qaytarılmışdır, yəni iddiaçıda olan cavabdehə məxsus bank kart(lar)ından 1600 manatdan başqa məbləğ çıxılmadığına görə cavabdeh tərəfindən 6000 manat borc bütöv ödənilmişdir. Bundan başqa, alması və hesablanan faiz məbləği ilə birgə qaytarması hər iki tərəfin izahatıyla təsdiqlənən 6000 borcun ödənilməsinə istinad edərək cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir, lakin ayrıca olaraq alınması və qaytarılması müəyyən olunan həmin pul iddiaçı tərəfindən tələb edilən borcun tam və ya bir hissəsini təşkil etmir, ümumiyyətlə iddia tələbinə daxil deyildir. Bundan başqa, cavabdeh ididaçıya qarşı pulun tutulması tələbi irəli sürməmişdir. Hazırda iddiaçının tələb etdiyi, borcun verilməsi və öhdəliklərin icra edilməsi şahid ifadələri və tərəflərin izahatlarıyla təsdiqlənən 14512 manat pulun iddiaçıya geri ödənilməsi müəyyən olunmur, buna görə iddia qismən təmin edilməli, cavabdehdən 14512 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə xəbərdarlıqlar edilməsini nəzərə alaraq qeyd edir ki, şahid Ülkər İbadova ifadəsində Aytən adlı şəxsdən iddiaçının aldığı 6600 manat pulu cavabdehə borc verdiyini, digər şahid Aytən Məmmədova isə ondan iddiaçı tərəfindən 6600 manat borc alınmadığını və cavabdehə verilmədiyini bildirmişdir. Məhkəmə həmin şahid ifadələrini dəyərləndirərkən bildirir ki, əvvəla, Aytən adlı şəxslərin eyni şəxs olması müəyyən olunmur, bundan başqa, onların eyni şəxs olmasına dair sübutetmə yükü daşıyan cavabdeh tərəfindən hər hans dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, sübut növü olan şahid ifadəs(lər)inin saxtalığı barədə məlumat müəyyən olunmamış, habelə həmin sübutu təqdim etmiş tərəf onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş etməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432.2.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslardandır. Məhkəmə onu da bildirir ki, iddianın sübutu qismində təqdim edilmiş audio səs yazılarını ehtiva edən diskin tədqiqi zamanı Gülnarə və Güleyşə adlı şəxslər arasında mövcud olan və məbləği müəyyən olunmayan borc barədə danışıqlar səslənsə də, aşkar müəyyən olunur ki, həmin danışıqlar birbaşa tərəflər arasında olmamışdır, buna görə həmin danışıqlar sübut qismində qəbul edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. MPM-in 204.1-ci maddəsinə əsasən, işdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər. MPM-in 204.2-ci maddəsinə əsasən, məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 133.54 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14512 (on dörd min beş yüz on iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 (yüz otuz üç) manat 54 (əlli dörd) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-491/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-491/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver