Məhkəmə qərarları › İş №2(125)-4917/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4917/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4917/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 34700 manat pulun və 197 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Cavabdeh2 atasıdır. Onların hər ikisi onun tanışlarıdır. Cavabdehlərin Gəncə şəhərində “Dubay”bazarı deyilən ərazidə “Avropa və Moskva” qapıları adlı marketləri vardır. Marketdə seyf qapıları satırlar. Onlar bilirdilər ki, o, torpaq satmışdır, əlində pulu var. Bu ilin əvvəllərində ona dedilər ki, İran İslam Respublikasından seyf qapı gətizdiririk, pulumuz çatmır, bizə 39000 min manat borc pul ver, iki aya pulunu qaytaracağıq. O, inanıb 39 000 manat faizsiz borc pul vermişdir. xx.xx.2023-cü il tarixdə onunla cavabdehlər arasında Gəncə şəhər 3 saylı notariat ofisində reyestrdə 1S-1161 nömrə ilə qeyd edilən kredit müqaviləsi bağlanımışdır. Müqaviləyə əsasən o, cavabdehlərə 39 000 manat pul borc vermişdir. Cavabdehlər isə xx.xx.2023-cü il tarixədək borcu qaytarmağı öhdələrinə götürmüşlər. Lakin göstərilən tarixdə onlar borcu qaytarmadıqlarına görə o, notariat ofisinə müraciət etmişdir. Notarius xx.xx.2023-cü il tarixdə cavabdehlərə bu barədə yazılı bildiriş göndərmişdir. Cavabdehlərə bildiriş gedəndən sonra o, onların marketinə gedəndə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ona 1000 manat pul, 10 may 2023-cü il tarixdə 850 manat və 500 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixdə isə 500 manat pul, sonra isə 400 manat məbləğində pul vermişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə oğlu Məhəmməd Cavada 700 manat pul vermişdir. Hazırda onun özünə pul lazımdır. Kredit müqaviləsində onların borcu hissə-hissə qaytaracaqları barədə şərt yoxdur. O, pulunun bütövlüklə qaytarılmasını tələb edir. Cavabdehlər oz öhdəliklərini yerinə yetirmirlər. Dəfələrlə cavabdehlərdən pulunu tələb etməyinə baxmayaraq, onlar öz üzərinə götürdükləri öhdəliyi icra etməmiş, pulun bir hissəsini, yəni 4300 manat məbləğini qaytarmış, qalan 34.700 manatı isə gələcəkdə hissəhissə qaytaracaqlarını bildirmişlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavadehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçınının nümayəndəsi (vəkili) dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, Fərmənd X1 Zöhrab Cəmil oğluna və Cavabdeh2 xx.xx.2023cü il tarixədək qaytarmaq şərtiylə 39000 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehlərə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtiylə 39000 manat borc vermişdir. İddiaçı həmin borcdan cəmi 4300 manat ödəniş edildiyini bildirərək, qalan 34700 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf daha çox ödəniş edilməsi və (ya) daha az borcun qalması və (ya) tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda iddia təmin edilərək, 34700 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tam təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 34700 (otuz dörd min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197 (yüz doxsan yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar