Məhkəmə qərarları › İş №2(125)-4919/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4919/2025

16.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4919/2025 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərər” tələbinə dair (Açar söz: deliktdən əmələ gələn ziyanın ödənilməsi) Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X3 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.İddia tələbi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.İddia ərizəsinin mahiyyəti: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı onun oğlu olmaqla hazırda hərbi xidmətdədir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan “VAZ 21154” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan küçəsində hərəkətdə olarkən 17 iyun 2025-ci il tarixdə Cavabdeh idarə etdiyi “X6” minik markalı, AE 3939AT dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə oğlunun avtomobili ciddi şəkildə zərər görmüşdür. Həmin qəza “X6” minik markalı, AE 3939AT dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri üzündən baş vermiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 469.3-cü maddələri ilə təqsirli bilinmişdir. Sözügedən avtoqəza nəticəsində avtomobilə ciddi zərər dəymiş və bu zərər “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin rəyi ilə 1500 manat həddində müəyyən edilmişdir. Cavabdeh heç bir ziyanı ödəməyəcəyini, “hara istəyirsən” - müraciət etməli olduqlarını bildirməkdədir. O, da məcbur qalıb məhkəməyə müraciət edir. Belə ki, hadisə nəticəsində ona məxsus avtomobilə dəymiş zərərin məbləği işin mübahisəsiz halıdır bu zərər polis tərəfindən təyin edilmiş qiymətləndirici “Gəncə avtomotoservis və ticarət müəssisəsi” tərəfindən verilmiş Qüsur aktı ilə təsdiq edilir. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının avtomobilinə onun tələb etdiyi məbləğdə zərər dəyməsi qeyri-mümkündür. İddiaçı həddən artıq şişirdilmiş məbləğ tələb edir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də iddiaçının avtomobilinə dəyən zərər 400 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də ekspert rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş edir. İV. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Gəncə “Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş 23 iyul 2025-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 21154” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı qəzaya uğramış nəqliyyat vasitəsinə sərbəst bazar qiymətləri ilə hesablanaraq 1500 manat maddi ziyan dəymişdir. - “İnzibati tənbeh Vermə” haqqında 17 iyun 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh 17 iyun 2025-ci il tarixdə, saat 12:00-daa “X7” markalı, AE3939AT dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. - “X4” ******* nömrəli protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. - Cavabdeh Gəncə ŞBPİ-nin X8 Şöbəsində verdiyi izahatından görünür ki, 17 iyun 2025-ci il tarixdə saat 12:00-da idarə etdiyi “Mercedes Vito” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman “VAZ 21015” markalı avtomobil anidən dönmə işığını yandırmış və dönmüşdür. O, siqnal versə də nəticə dəyişməmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. - İddiaçı Gəncə ŞBPİ-nin X8 Şöbəsində verdiyi izahatından görünür ki, 17 iyun 2025ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, Azərbaycan küçəsində hərəkətdə olan zaman sola pavarotnik yandırıb sola dönərkən AE3939AT dövlət nəqliyyat nişanlı “Vito” markalı avtomobil ötmə olmayan yerdə sürətlə ötmə etdiyi halda onun maşınını vurmuşdur. Maşının xəsarəti çoxdur. - BC114904 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ vardır. - X1 Şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21154” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-4919/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “dəymiş zərər” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndiricinin) ekspertizasının təyin edilməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli, UNİ/D 86-977/2025 saylı ekspert rəyindən görünür ki, “VAZ-21154” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı ziyan dəymişdir, həmin maddi ziyan 400 (dörd yüz) manat təşkil edir. Aparılmış ekspertizanın dəyəri 250 (iki yüz əlli) manatdır. V. Məhkəmə iclasında müəyyən edilən hallar: xx.xx.2025-ci il tarixində saat 12:00 radələrində Cavabdeh idarə etdiyi “X7” markalı, AE3939AT dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, İddiaçı məxsus “VAZ 21154” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş və nəticədə iddiaçıya məxsus “VAZ 21154” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı DYPŞ əməkdaşları tərəfindən tərtib edilmiş “X4” ******* nömrəli protokolda Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi qeyd edilmiş və “İnzibati tənbeh Vermə” haqqında 17 iyun 2025-ci il tarixli, TP ******* nömrəli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı idarə etdiyi “VAZ 21154” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə “Avtomotoservis və Ticarət Müəssisəsi”nin 23 iyul 2025-ci il tarixli qüsur aktında göstərilmiş 1500 (bir min beş yüz) manat dəyərində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisənin düzgün və hərtərəfli araşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndiricinin) ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli, UNİ/D 86-977/2025 saylı ekspert rəyində VAZ-21154” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin 400 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında nümayəndəsi vasitəsi ilə təmsil olunan iddiaçı tərəf iddianın təmin edilməsini, cavabdeh isə ekspert rəyinə uyğun qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Vİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Vİ. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Vİİ. Məhkəmənin mövqeyi: Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. Lakin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 1500 (bir min beş yüz) manat məbləğ tələb etməsinə və Gəncə “Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş 23 iyul 2025-ci il tarixli qüsur aktında “VAZ 21154” minik markalı, **-RP- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat zərər dəyməsi qeyd olunmasına baxmayaraq, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza zamanı iddiaçının avtomobilinə dəyən ziyan məbləği 400 (dörd yüz) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği "xxxx" MMC-nin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən olunan həddə qiymətləndirilməli və ekspert rəyində müəyyən olunan həddə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat məbləğində yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat hissəsi Cavabdeh aid edilməli və ondan alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzi kimi 400 (dörd yüz) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı olmaqla, ümumilikdə 430 (dörd yüz otuz) manat tutularaq, İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar