Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-492/2023 27.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və girovda olan əmlaka yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X8 Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X8 Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditə görə 1644.98 ABŞ dolları əsas, faiz borcuna görə 2019.46 ABŞ dolları, cərimə borcuna görə 2947.19 ABŞ dolları və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 801.8 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 7413.43 ABŞ dolları borcun və 127.81 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 2 ədəd 33.8 qram çəkidə boyunbağı və 16.5 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 bildirmişdir ki, iddiaçı Nikoyl İKB ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Əliyev X4 İKB ASCdən illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixli girov müqaviləsi bağlayaraq mülkiyyətindəki 2 ədəd 33.8 qram çəkidə boyunbağı və 16.5 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasını banka girov qoymuş, Cavabdeh2 ilə xx.xx.2013cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il sentyabrın 30-dək Cavabdeh1 banka 1644.98 ABŞ dolları əsas, faiz borcuna görə 2019.46 ABŞ dolları, cərimə borcuna görə 11788.76 ABŞ dolları və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 801.8 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 16255 ABŞ dolları olmaqla borcu vardır. Cavabdeh1 banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 11788.76 ABŞ dollarıtəşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə bəbləöinin 25%-i miqdarında olmaqla, yəni 2947.19 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlər əsas gətirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X8 Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditə görə 1644.98 ABŞ dolları əsas, faiz borcuna görə 2019.46 ABŞ dolları, cərimə borcuna görə 2947.19 ABŞ dolları və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixindən xx.xx.2022ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 801.8 ABŞ dolları məbləğində borc olmaqla ümumilikdə cəmi 7413.43 ABŞ dolları borcun və 127.81 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 2 ədəd 33.8 qram çəkidə boyunbağı və 16.5 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Nikoyl İKB ASC tərəfindən Cavabdeh1 illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0-411-13 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh1 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə olan borcu 1644.98 ABŞ dolları əsas, faiz borcuna görə 2019.46 ABŞ dolları, cərimə borcuna görə 2947.19 ABŞ dolları və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 801.8 ABŞ dolları məbləğində borc olmaqla ümumilikdə cəmi 7413.43 ABŞ dolları borc təşkil edir. İş materiallarında olan Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 Nikoyl İKB ASC yə olan 5592.93 manat borcuna 01 mart 2019-cu il tarixinə kompensasiya hesablanmış, qalıq borc 2796.47 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş iddiaçı Nikoyl İKB ASC-in “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2013-cü il tarixli Girov Müqaviləsindən görünür ki, Cavabdeh1 2 ədəd 33.8 qram çəkidə boyunbağı və 16.5 qram çəkidə üzükdən ibarət qızılzinət əşyaları təminat kimi Nikoyl İKB ASC-nə girov qoymuşdur. Həmin müqaviləyə girov qoyulan əmlakın bazar dəyəri bank tərəfindən 725 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara(ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bildiriş məktubundan görünür ki, X8 Səhmdar Cəmiyyəti Cavabdeh1 kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan Bank girovla yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 YeloBank Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialından kreditdən istifadəyə görə illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit götürmüş, müqavilə öhdəliyinə əməl edilmədiyinə görə, banka 1644.98 ABŞ dolları əsas, faiz borcuna görə 2019.46 ABŞ dolları, cərimə borcuna görə 2947.19 ABŞ dolları və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 801.8 ABŞ dolları məbləğində borc olmaqla ümumilikdə cəmi 7413.43 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0-411-13 saylı zaminlik müqaviləsinə əsasən X2 bankla Cavabdeh1 arasında eyni tarixdə bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0-411-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi də xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı deyildir. Həmin müddət özündə kəsici müddəti ehtiva edir. Göründüyü kimi iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddətdə iddia irəli sürməmişdir ki, bu da, zaminə qarşı mübahisə açmaq hüququnun itirilməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərməlidir. Pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhtəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərərin azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. İş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh1 Nikoyl İKB ASC yə olan 5592.93 manat borcuna 01 mart 2019-cu il tarixinə kompensasiya hesablanmış, qalıq borc 2796.47 manat təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı Yelo Bank ASC-nin xx.xx.2013-cü il tarixli, 10-M-1-0-411-13 saylı kredit müqaviləsi üzrə 2796.47 manat borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarınada olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün Yelo Bank ASC tərəfindən 127.81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə cavabdehdən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 127.81 manat dövlət rüsumunun 28.36 manatı tutularaq iddiaçı Yelo Bank ASC-nə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh1 2796.47 manat və 28.36 manat dövlət rüsumu tutularaq iddiaçı Yelo Bank ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh1 məxsus girova qoyulmuş 2 ədəd 33.8 qram çəkidə boyunbağı və 16.5 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına banka olan borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2796.47 manat və 28.36 manat dövlət rüsumu tutularaq iddiaçı Yelo Bank ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 məxsus girova qoyulmuş 2 ədəd 33.8 qram çəkidə boyunbağı və 16.5 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 iddiaçı Yelo Bank ASC-nə olan kredit borcu ödənilsin və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-492/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-492/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver