Məhkəmə qərarları › İş №2(125)-4923/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4923/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4923/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı X2 və Cavabdeh iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı pul borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 28 avqust 2023-cü il tarixdə müqaviləsi bağlamış və cavabdehə 8000 manat məbləğində borc vermişdir. Cavabdeh aldığı borcu yaxın vaxtlarda qaytaracağına söz versə də, artıq 8 ay olar ki, borc aldığı 8000 manatı qaytarmır. Ona görədə borcun qaytarılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçı X6 iştirak etmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və cavabdehin ondan aldığı həmin borcdan heç bir məbləğdə ödəniş etmədiyini bildirmiş və sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, ona qarşı irəli sürülən iddiaya etiraz etmiş, izahatında qeyd edmişdir ki, ona vacib pul lazım olduğu üçün iddiaçıya bu barədə müraciət etmiş, iddiaçı ona borc kimi 3000 manat pul vermişdir. Buna baxmayaraq iddiaçının tələbi ilə aralarında 8000 manat borcun verildiyi barədə müqavilə bağlanmışdır. İddiaçıdan borc aldığı 3000 manata görə iddiaçıya 3800 manat məbləğində pul qaytarmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, X6 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş borc müqaviləsindən görünür ki, X1 Ceyhun Mikayıl oğluna 28 dekabr 2023-cü il tarixədək qaytarmaq şərti ilə faizsiz 8000 (səkkiz min) manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin kredit müqaviləsini imzaladığını etiraf etmiş, ancaq iddiaçıdan 8000 manat deyil, cəmi 3000 manat məbləğində borc aldığını və iddiaçıdan borc aldığı 3000 manata görə iddiaçıya 3800 manat məbləğində pul qaytardığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, borc müqaviləsini işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edir. İddiaçının məhkəməyə təqdim etdiyi, notarius tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli borc müqaviləsi işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edildiyindən, cavabdehin izahatı (etiraz dəlilləri) həmin müqavilədə göstərilən 8000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilmədiyini təsdiq edən mötəbər sübut növü kimi qəbuledilən deyildir. Beləliklə, məhkəmə bu qənaətədədir ki, cavabdehin həmin müqavilə əsasında iddiaçıdan 8000 manat məbləğində borc alması işin faktiki halı kimi təsdiq olunandır. Bundan əlavə, cavabdeh iddiaçıya 3800 manat məbləğində pul qaytardığını iddia etsə də, iddiaçı cavabdehin ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. MPM-in sübutlarla bağlı tələblərinə əsasən, belə halda yalnız cavabdehin məhkəməyə bildirdiklərinə əsasən, cavabdehin iddiaçıya 3800 manat məbləğində pul qaytardığı qənatinə gəlmək olmaz, bunun üçün cavabdeh məhkəməyə işin bu halını təsdiq edə bilən əlavə sübutlar da təqdim etməlidir. Cavabdeh isə bu halı təsdiq edə bilən başqa hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə cavabdehin bu dəlillərini əsassız sayır və belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 8000 manat borc məbləğinin cavabehə verilməsi və həmin məbləğdə borcun cavabeh tərərfindən iddiaçıya qaytarılmaması işin faktiki halları kimi təsdiq olunur. Məhkəmə işin müəyyən edilən həmin faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8000 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 110 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən, ödənilmiş 110 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 (bir yüz on) manat məbləğində pul alınıb, iddiaçı X4 verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar