Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-493/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-in Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-in xeyrinə 20 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 4660,95 manat əsas borc, 4044,12 manat faiz borcu, 3796,78 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1531,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14033 manat kredit borcunun və 132,10 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən Cavabdeh1 öldüyü üçün onun cavabdeh qismindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 20 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 30 faizlə 24 ay müddətinə 9000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 20 noyabr 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 sentyabr 2022-ci il tarixədək 20 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka 4660,95 manat əsas borc, 4044,12 manat faiz borcu, 3796,78 manat cərimə borcu və müqavilə müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1531,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14033 manat kredit borcu vardır. 20 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 15187,1 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 3796,78 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Cavabdeh2 kredit müqaviləsi üzrə borcalan mərhum Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyin icrasının təminatı olaraq öhdəliyi öz üzərinə götürdüyü üçün kredit borcunun Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş məhkəməyə ərizə verərək iddia müddəti keçdiyi üçün iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2012-ci il tarixli, 10-M-1-0-2109-12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik 30 faizlə 24 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli, 10-M-1-0-2109-12 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, kreditin son ödənilmə tarixi xx.xx.2014-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, 10-M-1-0-2109-12 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2012-ci il tarixli, 10-M-1-0-2109-12 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 9000 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 4660,95 manat əsas borc, 4044,12 manat faiz borcu, 15187,10 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1531,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25423,32 manat məbləğində borc qalmışdır; xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin müəyyən olunmuş hallarından görünür ki, kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmaqla müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilməklə iddia üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Beləliklə məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabeh Cavabdeh2 qarşı 14033,00 (on dörd min otuz üç) manat borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı 14033,00 (on dörd min otuz üç) manat borcun tutulması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(125)-493/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-493/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver