Məhkəmə qərarları › İş №2(125)-4985/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4985/2025

06.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4985/2025 06.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin icra üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin icra üsulu dəyişdirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 55 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin ¼ hissədən dəyişdirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-907/2013 saylı qətnaməsinə əsasən X4 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 414 nömrəli nikah qeydinin pozulması, xx.xx.2011-ci il təvəllüdlü X6 anası X1 yanında qalması, Cavabdeh xx.xx.2013cü il tarixdən etibarən azyaşlı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq X2 qət edilmişdir. 2021-ci ilin sentyabr ayına qədər Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilmişdir. Lakin cavabdeh 2021-ci ilin sentyabr ayından işdən çıxdığından bu günədək aliment ödənilməmiş qalmış və aliment borcunun hesablanmasında çətinlik yaranmışdır. Odur ki, alimentin icra üsulunun dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin ¼ hissədən dəyişdirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, 5 ildən çoxdur ki, işləmir. Həmin müddət ərzində aliment borcu yığılmışdır. İkinci nikahından iki övladı vardır. Hazırda günü 20 manata işləyir. 2 aydır ki, aliment borcundan 300 manat ödəniş edir. Alimentin az məbləğdə təyin olunmasını və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 705260 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə Mehti adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-907/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il tarixdən etibarən xx.xx.2011-ci il təvəllüdlü X6 anası X1 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. AZ-İ 162352 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2013-cü ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində pozulmuşdur. AZ-İİ 367229 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları xx.xx.2019-cu ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2329 nömrə ilə qeydə alınmışdır. AZ-İV 457793 nömrəli və AZ-İV 639557 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2020-ci ildə anadan olmuş X5 və xx.xx.2021-ci ildə anadan olmuş X7 ata qrafasında Cavabdeh, ana qrafasında Fərəcova Azadə ilqar qızı qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli, MŞG/MTO33/2025-00422 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-907/2013 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh 2021-ci ilin sentyabr ayından işdən çıxdığından bu günədək aliment ödənilməmiş qalmış və aliment borcunun hesablanmasında çətinlik yaranmışdır. Buna görə də alimentin növünün dəyişdirilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə əhəmiyyətl olan halları araşdıraraq, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi, adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)- 907/2013 nömrəli qətnaməsi əsasında xx.xx.2011-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında təyin olunmuş alimentin növü dəyişdirilərək sabit pul məbləində müəyyən edilməklə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 55 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 46,4 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-907/2013 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında təyin olunmuş alimentin növü dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh iş üzrə ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə, dövlət rüsumu hesabına 46,4 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar