Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4986/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əsassız əldə edilmiş pul vəsaitinin əvəzi qismində 10.500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçılara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, o və İddiaçı2 «Vətən müharibəsi» iştirakçılarıdır. Onlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələri ilə əlaqədar təqaüd almaq üçün lazımi təşkilatlara müraciət etmək istəsələr də bu barədə heç bir anlayışları olmamışdır. Buna görə də onlar sənədləşmə işlərinin aparılmasında köməklik edəcək şəxs axtarmağa başlamışlar. Bir neçə şəxsin məsləhəti ilə o və Əliyev X1 Zaur Vidadi oğlu ilə əlaqə saxlayıb, Cavabdeh onlara köməklik göstərməsini xahiş etmişlər. Cavabdeh isə onların işlərinin düzəldilməsi üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirmiş və həmin pul vəsaiti verilərsə işlərinin tam həll olunacağını vəd etmişdir. Bundan bir neçə gün sonra Cavabdeh onlarla əlaqə saxlamış və bütün həll olunması üçün 10.500 manat məbləğində pul lazım olduğunu demişdir. O və İddiaçı2 Cavabdehla razılaşıb, 10.500 manat məbləğində pul vəsaitini vermişlər. Həmin məbləğdə pul vəsaitinin Cavabdeh verdiklərini isə sonuncu 18 oktyabr 2021-ci il tarixdə Gəncə şəhəri 1 saylı Notariat ofisində verdiyi ərizəsində təsdiqləmiş və 18 aprel 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh onlara vəd etdiyi kimi öhdəsinə götürdüyü işin həllini təmin etməmiş, həmçinin 10.500 manat məbləğində pul vəsaitini də onlara geri qaytarmamışdır. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələri ilə əlaqədar təqaüd almaq üçün hüquqi köməklik göstərəcəyini vəd edib, ondan və İddiaçı1 10.500 manat məbləğində pul vəsaiti almışdır. Lakin Cavabdeh vəd etdiyi köməkliyi göstərə bilmədiyinə görə sonradan həmin pul vəsaitini geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyin icrasına dair müddət artıq müddət bundan əvvəl bitsə də, Cavabdeh həmin öhdəliklərin icrasını təmin etməmişdir. Buna görə də o və İddiaçı1 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı2 iddianınb təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək, tərəflər arasında borc münasibətlərinin olduğunu, alınmış ümumi borcdan 1.600 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən iddiaçılara ödənildiyini, hazırda Cavabdeh iddiaçılara 8.900 manat məbləğində ümumi borcunun olduğunu bildirdi və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıları və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 ödənilməli olan 10.500 manat məbləğində pul vəsaitinin 1.600 məbləğində hissəsi ödənilmiş, qalıq borc 8.900 manat qalmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 160 manat və xx.xx.2022-ci il tarixdə 200 manat, cəmi 1.400 manat məbləğində pul vəsaiti İddiaçı1 məxsus hesaba köçürülmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh verilmiş 10.500 manat məbləğində ümumi borcun 8.900 manat məbləğində hissəsi Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 qaytarılmamışdır. Qeyd olunan xüsusatlar Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 təqdim edilmiş qəbzlə də təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh borcun verilməsi zamanı onlar arasında yazılı borc müqaviləsi bağlanmasa da, sonradan sadə yazılı əqd formasında Cavabdeh borcun etirafına dair İddiaçı1 və İddiaçı2 verdiyi qəbzdə öz borcunu etiraf etməsini və verilmiş borcun 8.900 manat məbləğində qaytarılmamasına dair iddiaçıların özlərinin izahatlarını, habelə borcun digər hisəllərdə də qaytarılmasına dair cavabdeh tərəfindən hər hansı sübutun təqdim olunmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8.900 manat məbləğində pul vəsaiti alınıb İddiaçı1 və İddiaçı2 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəməyə iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 109 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı1 və İddiaçı2 verilsin. İddiaçı1 və İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 109 (bir yüz doqquz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4986/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4986/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver