Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4987/2023 23.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16500 manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ildə ona demişdir ki, “6000 (altı min) manat pul lazımdır, sən vasitəçilik et, mən qonşumuz Samirə Hüseynovadan sələmə pul götürüm”. O, da cavabdehi uzun müddət tanıdığı üçün və qonşu olduqlarına görə qonşuları Samirədən cavabdehə pul verməsini xahiş etmişdir. Lakin, cavabdeh sonradan qonşuları Samirədən aldığı pulu qaytara bilməyəndə lotereya oyunu təşkil olunmuşdur ki, cavabdeh Samirədən aldığı pulu hissə-hissə qaytarsın. Sonradan Cavabdeh Samirəyə ondan aldığı pulu qaytarmadığı üçün Samirə Hüseynova ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 16500 manat pulun ondan alınaraq X1 verilməsi qət edilmişdir. Cavabdeh onun vasitəçiliyi ilə Samirə Hüseynovadan pul götürməsi ərizəsinə əlavə etdiyi səs yazısını əks etdirən diskdə öz əksini tapmışdır. X3 qarşı qaldırdığı iddia ərizəsində qeyd etmişdir ki, Şəlalə demişdir ki, “cavabdeh İddiaçı ondan götürdüyü 16500 manat məbləğində pulu ona vermiş və onun hal-hazırda o pulu qaytarmağı imkanı yoxdur”. Lakin, buna baxmayaraq yəni, Cavabdeh Samirə Hüseynovadan pulun götürülməsində vasitəçi olmasına baxmayaraq məhkəmə qətnaməsi ilə ondan 16500 manat pulun tutulması qeyd edilmişdir. Məhz bu səbəbdən o, məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 2020-ci ildə cavabdehə qısa vaxtda qaytarmaq şərti ilə ümumilikdə 16500 manat pulu borc vermişdir. Həmin pulu o, Samirə adlı şəxsdən borc almışdır. Samirə ondan pulunu tələb etdiyi üçün o da öz növbəsində cavabdehə borca verdiyi pulu tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, 2020-ci ildə İddiaçı qısa vaxtda qaytarmaq şərti ilə ümumilikdə 16500 manat pulu borc almışdır. Odur ki, məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Şəhər Məhkəməsinin 2(125)-261/2023 nömrəli, 01 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pul tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1200/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-261/2023 nömrəli, 01 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh İddiaçı 16500 (on altı min beş yüz) manat məbləğində pul, ödənilmiş 140 manat dövlət rüsumu və 100 manat xidmət haqqı alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1200/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərardadının surətindən görünür ki, iş üzrə Cavabdeh üçüncü şəxs qismində iştirakına xitam verilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2020-ci ildə İddiaçı Cavabdeh qısa müddətdə qaytarmaq şərtilə ümumilikdə 16500 manat pulu borc vermişdir. Lakin, tərəflər arasında 16500 manat məbləğində pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamışdır. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini tamamilə etiraf etmişdir. Məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni cavabdehin iddianı etiraf etməsi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Məhkəmə eyni zamanda hazırki iş üzrə iddia tələbinin hüquqi əsasının düzgün müəyyən edilməsi ilə bağlı mülki qanunvericiliyin bəzi normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə, müəyyən olunmuş işin faktiki halları ilə bağlı ilk növbədə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, tərəflər arasında 16500 manat məbləğində pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamış, yazılı formada müqavilə bağlanmamışdır. Başqa sözlə, tərəflər arasında 16500 manat pulun borc verilməsinə dair yalnız şifahi əqd bağlanmış, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəni ədq yazılı formada tərtib olunmamış və tərəflər onu imzalamamışlar. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına səbəb olmuşdur. Bununla belə, Cavabdeh tərəfindən 16500 manat məbləğində pulu İddiaçı alması işin mübahisəsiz halıdır və təsdiq olunur. Belə ki, Cavabdeh 16500 manat məbləğində pulu iddiaçıdan 2020-ci ildə borc almasını etiraf etmişdir. Məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımdan qiymətləndirərək hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan İddiaçı vəsaiti hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh 16500 (on altı min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 140 (bir yüz qırx) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 16500 (on altı min beş yüz) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4987/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4987/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver