Məhkəmə qərarları › İş №2(125)-4991/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4991/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4991/2025 15.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, iddiaçı, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçı, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənimsədiyi 690 manat pulun və 30 manat dövlət rüsumu xərcinin Cavabdeh alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi nikahla, el adəti ilə evlənmişlər. Lakin xasiyyətləri uyğun gəlmədiyinə görə onunla xeyli müddətdir ki, ayrılmışdırlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-352/2022 saylı qətnaməsi ilə birgə nikahlarından olan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 onun himayəsində saxlanılmaları qət edilmişdir. Böyük övladı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 xəstəliyi ilə əlaqədar ona pensiya təyin edilmişdir. Həmçinin uşağa qulluğa görə prezident təqaüdü də təyin edilmişdir. Pensiya kartını almaq istəyərkən məlum olmuşdur ki, cavabdeh pensiya kartını qanunsuz olaraq X3 filialından götürmüş, 3 aylıq pensiya və qulluq pulu məbləğini bankomatdan çıxarıb mənimsəmişdir. Bu haqda xəbər tutan kimi cavabdehlə əlaqə saxlayıb kartı nə üçün, hansı əsasla götürdüyünü, hansı haqla pulu çıxardığını soruşmuş, pulu və pensiya kartını geri qaytarmasını tələb etmişdir. Bu pul uşağın xəstəliyinə və ona qulluğa görə təyin edilmişdir, uşaq onun himayəsindədir və cavabdehin bu pulda heç bir haqqı yoxdur. Gəncə şəhər ƏSMM-nə müraciət edib kartın bloklanmasına nail olmuş və yeni kart verilməsini xahiş etmişdir. Hazırda oğlu xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 müalicə olunması üçün onu xaricə aparmaq istəyir, buna görə də xeyli pul vəsaiti tələb olunur. Belə bir vəziyyətdə cavabdeh xəstə uşağın pensiya kartını qanunsuz olaraq götürərək, üç aylıq pensiya məbləğini və qulluq pulunu, cəmi 690 manat pulu qanunsuz olaraq çıxarıb mənimsəmiş və onlara əmlak zərəri vurmuşdur. Belə ki, hər iki övladının himayəsi rəsmi olaraq ondadır və uşaqlar onunla yaşayırlar. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, həmin pulun uşağının pulu olduğunu və qaytarmağa heç bir etirazının olmadığını, lakin birdəfəlik ödəməyə maddi imkanı olmadığından hissə-hissə ödəyəcəyini göstərdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edimiş:- AZ-T 232986 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2009-cu ildə Məhəmməd adlı uşaqları anadan olmuşdur. AZ-İ 431005 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu ildə Cavabdeh doğulmuş Məhəmmədin atası İddiaçı1 hesab edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-352/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş İddiaçı2 və xx.xx.2010cu il tarixdə anadan olmuş X2 ataları İddiaçı1 himayəsində saxlanılmaları qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdıraraq, hesb edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 əlilliyi ilə əlaqədar təyin edilmiş 690 manat məbləğində pul vəsaitini əldə etməsi məhkəmə araşdırması nəticəsində və cavabdehin etirafı ilə öz təsdiqini tapır. Belə olan halda cavabdeh hüquqi əsas olmadan, iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 690 manat məbləğində pul alınaraq iddiaçı, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 690 (altı yüz doxsan) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçı, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar