Məhkəmə qərarları › İş №2(125)-5077/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5077/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5077/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat məbləğində pulun və ödədiyi 32 manat dövlət rüsumunun əvəzinin alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh mebel ustasıdır və o, ona mətbəx mebeli, dolab və çarpayı düzəltdirmək istəmişdir. Cavabdeh ondan mətbəx mebeli üçün 1000 manat, dolab və çarpayı üçün 2000 manat pul istəmiş və o razılaşmışdır. O, Cavabdeh 2200(iki min iki yüz) manat pul vermiş, 800 manat verəcəyi qalmışdır. Bundan sonra, o, mətbəx mebelini hazırlamış, lakin dolab və çarpayını 2400 manata düzəldəcəyini bildirmişdir. O isə onunla razılaşmamış və əvvəlcədən 2000 manata razılaşdıqlarını bildirmişdir. Bu səbəbdən dolab və çarpayı üçün ödədiyi 1200(min iki yüz) manat pulu geri istəmişdir. Lakin, hazırkı vaxta qədər Cavabdeh pulunu dəfələrlə istəməyinə baxmayaraq o, pulunu qaytarmamışdır. Cavabdeh öhdəliyinə əməl etməmişdir. Odur ki, ona məxsus pulu geri qaytarmalıdır. O, cavabdehin hərəkətləri barədə polis şöbəsinə müraciət etmiş, lakin ona işin mülki xarakterli olması barədə cavab verilərək məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, hazırda məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir və İddiaçı 1200 manat məbləğində borcu olduğundan iddia tələbinin təmin edilməsinə etiraz etmir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmənin sonuncu iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə işin araşdırılması nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasındakı razılaşmaya əsasən, cavabdeh 1000 manat müqabilində mətbəx mebeli, 2000 manat müqabilində dolab və çarpayı düzəldərək İddiaçı təhvil verməli olmuşdur. İddiaçının Cavabdeh ilə mətbəx mebeli, dolab və çarpayı düzəltdirmək barədə aralarında razılığa gəldikləri və bu məqsədlə Cavabdeh razılaşdıqları puldan 2200 manat pul vəsaiti ödəməsi cavabdehin də izahatları ilə öz təsdiqini tapmışdır.1000 manat məbləğə hazırlanmalı olan mətbəx mebeli iddiaçıya təhvil verildiyindən, digər əşyalara, yəni dolab və çarpayıya münasibətdə isə iddiaçının sifarişi ləğv etməsi ilə Cavabdeh iddiaçının 1200 manat pulu qalmışdır. İşə məhkəmədə baxılarkən cavabdeh iddiaçıya 1200 manat məbləğində borclu qaldığını və həmin məbləğdə pulu iddiaçıya ödəməli olduğunu etiraf etmişdir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir və mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə hesab edir ki, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Həmçinin, cavabdeh də ona qarşı irəli sürülən iddianı məhkəmədə etiraf etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, pul tələbinə dair iddia əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianın qaldırılması üçün ödənilməli olan 32 manat dövlət rüsumunu ödəmişdir İddia təmin edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 32 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar