Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5166/2023 30.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və çəkilmiş əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və çəkilmiş əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-761/2020 nömrəli qətnaməsi əsasında tutulan 160 manat alimentin məbləğinin artırılaraq, hər ay 170 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ərarvad uşaqlari ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. X8 Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, alimentin məbləği artırılaraq 220 manat müəyyən edilməlidir. Ötən müddət ərzində cavabdeh bir dəfə də olsun ki, uşaqları ilə maraqlanmamış, xəstəliyi ilə bağlı xərclərə köməklik göstərməmişdir. Uşağın müayinə və müalicəsinə 1137.44 manat xərcləmişdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda Mediasiya Təşkilatına müraciət etmişdir. Qarşı tərəf İMS-də iştirak etmədiyinə görə xx.xx.2023-cü il tarixində müvafiq arayış verilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1001/2021 nömrəli qətnaməsi əsasında tutulan 170 manat alimentin məbləğinin artırılaraq, hər ay 220 manat məbləğində alınaraq İddiaçı xeyrinə ödənilməsinə, uşağın müayinə və müalicəsi üçün onun tərəfindən çəkilmiş 1137,44 manat pulun birdəfəlik qaydada Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, iddiaçı ilə xx.xx.2015-ci il tarixdə qeyri rəsmi ailə qurmuşlar. İddiaçı ilə onun xx.xx.2016-cı ildə X4 adlı uşaqları anadan olmuşdur. Kəpəz Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanması üçün 170 manat alimentin tutulması barədə qətnamə qət edilmişdir. İddiaçı 220 manat sabit pul məbləğində alimentin artırılması və uşağın müalicə və müayinə olunması üçün çəkilmiş 1137.44 manat pulun birdəfəlik alınaraq ona ödənilməsini xahiş etmişdir. Təyin edilmiş alimenti iddiaçıya çox çətinliklə ödəyir. İş yeri yoxdur ki, gedib işləyib iddiaçının tələb etdiyi aliment pulunu ödəsin. İddiaçı hazırda Azərpoçt MMC-nin 13 saylı filialında işləyir. Əmək haqqısı 300 manatdan yüksəkdir. Uşağın heç bir xəstəliyi yoxdur. Saxta həkim arayışları almaqla əlində alət kimi istifadə edir. İddiaçı hər dəfə məhkəmədə alimentlə bağlı uşağın xəstəliyindən sui istifadə edərək ondan əlavə həkim xərcləri və dərmanların alınmasından ötəri əlavə pullar tələb etmiş və o borc edərək 250 manat tapıb ödəmişdir. Başqa bir yerdə işləmir və başqa gəliri də yoxdur. Belə olan halda iddiaçının ondan 220 manat sabit məbləğdə aliment və guya uşağın xəstəliyinə çəkilmiş əlavə xərc olaraq 1137.44 manat pul tələb etməsi olduqca ədalətsiz istəkdir və iddia təmin edilməməlidir. İddiaçı ilə nigahları pozulandan sonra, bu günə kimi uşaqla ünsiyyətdə olmağa imkan verməmişdir. Hər dəfə uşağı ilə görüşüb ünsiyyətdə olmasına can atsa da, iddiaçı buna manəçilik göstərmişdir. Ancaq təyin edilmiş alimenti ödəmişdir. Bu günə kimi də, o, uşağı ilə görüşüb ünsiyyətdə ola bilməmişdir. Alimentin ödənilməsi barədə Ailə Məcəlləsinin müvafiq maddələrində bir mənalı olaraq göstərilmişdir ki, uşağın əvvəlki vəziyyətdə yaxşı yaşaması üçün həmin 220 manat alimentin hər iki valideyinin üzərinə düşməklə təyin edilərək qətnamədə öz əksini tapmalıdır. Məhkəmə prosesində hakim işsizliyi barədə gətirdiyi sənədinə baxaraq və başqa bir yerdən əlavə gəlirlərinin olmadığını nəzərə alıb alimentin artırılması barədə iddianı rədd edəcəkdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 645/KEŞ saylı rəyindən görünür ki, X2 şəhər Birləşmiş Xəstəxanası PHŞ-də verilmiş 224 saylı xx.xx.2023-cü il tarixli arayışına əsasən “Talassemiya xəstəliyinin daşıyıcısıdır. Revmatik qızdırma ürəyin cəlb olunmaması, mürəkkəb hipermetropik astiqmatizm” diaqnozları ilə dispanserdə qeydiyyatdadır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X1laborator və instrumental müayinələrdən keçmiş, onun “Hipermetropik astiqmatizm” kimi xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilmişdir. Səlim Ələkbərovun hazırki sağlamlıq durumu ilə əlaqədar ona müvafiq laborator və instrumental müayinələrin aparılması Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəsissələrində mümkündür. Qeyd olunan tibbi xidmətin icbari tibbi sığorta paketinə daxil olub-olmamasının təyini məhkəmətibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. Səlim Ələkbərovun yaşadığı ərazi üzrə poliklinikada dispanserizasiyadan keçməsi məqsədə müvafiqdir. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. İşdə olan qəbzlərdən görünür ki, iddiaçı müxtəlif dərman vasitələrinin alınması üçün 1.137,44 manat vəsait xərcləmişdir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 1001/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-761/2021 saylı qətnaməsi əsasında tutulan 160 manat alımentin məbləği artırılaraq, hər ay 170 manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2015-ci il tarixdə qeyri rəsmi ailə qurmuşlar. Tərəflər birgə yaşadıqları dövrdə xx.xx.2016-cı il tarixdə X4 adlı uşaqları olmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 761/2020 nömrəli qətnaməsi əsasında tutulan 160 manat alimentin məbləğinin artırılaraq, hər ay 170 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı ildə anadan olmuş X4 “Hipermetropik astiqmatizm” kimi xəstəlikdən əziyyət çəkir. İddiaçı xx.xx.2016-cı ildə anadan olmuş X3 xəstəliyinin müalicəsi üçün 1.137,44 manat vəsait xərclədiyini və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin uşağın saxlanması üçün yetərli olmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün X8» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia alimentin artırılması hissəsində qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1001/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin uşağın müayinə və müalicəsi üçün iddiaçı tərəfindən çəkilmiş 1137,44 manat pulun birdəfəlik qaydada Cavabdeh alınaraq ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İş materialları müəyyən olunur ki, iddia tərəfindən xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 adlı uşağın müayinə və müalicəsi üçün 1137,44 manat pul xərclənmişdir. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi uşağın müayinə və müalicəsi üçün iddiaçı tərəfindən çəkilmiş 1137,44 manat pulun birdəfəlik qaydada cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, 1137.44 manat vəsaitin yarısı, yəni 568.72 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 1001/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 200 (iki yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 müalicəsi üçün xərclənmiş vəsaitin 568.72 (beş yüz altmış səkkiz manat yetmiş iki qəpik) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5166/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5166/2023
30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver