Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-521/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Nisiyə alqı-satqı” müqaviləsi əsasında götürdüyü dəyəri 492 manat olan, “A-10- S=Samsung” markalı və dəyəri 516 manat olan TV-81 ekranlı “Smart” markalı televizorun dəyərindən ödənilməmiş qalan 476 manat pulun, 100 manat cərimə pulunun və məhkəmə xərci olan 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən, mənə məxsus olan “Mebel və Elektroniks” mağazasında əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VOEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nəğd, həm də kredit yolu ilə həyata keçirir. Gəncə şəhəri Şəkinski küçəsi ev 64-də yaşayan və qeydiyyatda olan Cavabdeh xx.xx.2020-ci il tarixdə mağazaya gələrək, mağazadan bir ədəd dəyəri 492 manat olan “A-10S=Samsung” markalı 32 yaddaşlı mobil telefonunu və dəyəri 516 manat olan TV-81 ekranlı “SMART” markalı televizoru hər ay qrafiq üzrə ödəniş etmək şərti ilə 1 il müddətinə “Nisiyə alqı-satqı müqaviləsi” əsasında götürmüşdür.Qrafiq üzrə telfona görə 8 ay, televizora görə 3 ay ödəniş etdikdən sonra borclu ödənişi dayandırmışdır.Hazırda cavabdehin mağazaya 476 manat borcu qalmaqdadır. Mal alan nisyə Alqı-Satqı müqaviləsinin şərtinə əməl etməmişdir. Hazırda da mağazaya cavabdehin borc qalmaqdadır.Cavabdehlə dəfələrlə əlaqə yaradılmasına baxmayaraq, mağazanın tələblərinə əməl etməmiş, üzərlərinə götürdüyü öhtəliyi yerinə yetirməkdən yayınmışdır. Beləliklə də cavabdehin hərəkəti nəticəsində mağazaya xeyli miqdarda ziyan dəymiş, yəni nisiyə götürülmüş malın pulu mağazanın dövriyyəsinə daxil olmamışdır. Müqavilə bağlanan zaman mal alanla mağaza arasında vaxtında öhtəliyi yerinə yetirməyəcəyi təqdirdə mağazaya vurduğu ziyana görə, dəbbə pulu kimi 100 manat ödəməli olacağı barədə xəbərdarlıq edilmişdir. Bu barədə müqvilədə qeyd aparılmış və cavabdeh tərəfindən imza edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verdi həmçinin yazılı ərizə təqdim edərək bildirdi ki, cavabdeh satın aldığı mobil telefonun dəyərindən 10 dəfə 41 manat, televizorun dəyərindən 1 dəfə 43 manat, 2 dəfə 53 manat ödəniş etmişdir. İddiaçının tələbinin təmin olunması barədə qətnamə çıxaırlmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı 492 və 516 manat dəyərindəki avadanlığı alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, ididaçı 492 manat dəyərində mobil telefonu və 516 manat dəyərində televizoru cavabdehin mülkiyyətinə vermiş, cavabdeh mobil telefonun dəyərindən cəmi 410 manat (41x10=410), televizorun dəyərindən cəmi 149 manat (43+53+53=149) ödəniş etmişdir. Belə olan halda, cavabdeh tərəfdən daha çox ödəniş edilməsinə və ya daha az borcun qalmasına dair hər hansı sübut təqdim edilmədiyindən, satılmış əşyaların dəyərindən (492-410=82, 516-149=367) ödənilməmiş (82+367=449) 449 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Mülki Məcəlləyə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). İddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq 100 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, tənasübsüz surətdə yüksək hesablandığından cərimə borcu üzrə 50 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 449 (dörd yüz qırx doqquz) manat pul, 50 (əlli) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-521/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-521/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver