Məhkəmə qərarları › İş №2(125)-5237/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5237/2025

20.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5237/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin növünün dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində müəyyən edilmiş əmək haqqının 1/3 həddində alimentin təyinatının və növünün dəyişdirilərək, cavabdehlə birgə nikahlarından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və 20 avqust 2010-cu il təvəllüdlü X2 üçün onun xeyrinə cavabdehin gəlir və qazancından minimum əmək haqqının hər uşaq üçün 65 misli həddində aliment tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, məhkəmə qətnaməsi ilə cavabdehlə rəsmi nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və 20 avqust 2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının 1/3 hissəsi məbləğində aliment kəsilmişdir. Cavabdeh işdən çıxdığı üçün rəsmi qaydada əmək haqqı almamış, buna görə də alimentin növünün dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Özü xadimə işləyir, 384 manat əmək haqqı alır. Hər uşaq üçün 246 manat məbləğində aliment tələb etdiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, yeni işə girmiş, 6 aylıq müqavilə bağlanmışdır. Müqavilə müddətinin uzadılıbuzadılmayacağını bilmir. Əmək haqqı 1200 manatdır. Himayəsində ikinci nikahından olan 4 azyaşlı övladı vardır. Hər uşaq üçün 100 manat məbləğində aliment ödəməyə maddi imkanının olduğunu göstərərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İV 594236 nömrəli və AZ-İV 594237 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin xx.xx.2010-cu ildə Murad və xx.xx.2012-ci ildə Vilayət adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-7710/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh əmək haqqının 1/3 miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. AZ-İİİ 466049 nömrəli, AZ-İİİ 800496 nömrəli, AZ-İV 065755 nömrəli və AZ-İV 359011 nömrəli doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2015-ci ildə doğulmuş X8, xx.xx.2016-cı ildə doğulmuş X5, xx.xx.2018-ci ildə doğulmuş X10 və xx.xx.2020-ci ildə doğulmuş X6 ata qrafalarında Cavabdeh, ana qrafalarında isə X3 qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000254 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə, saat 14:30da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-7710/2017 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh işdən çıxdığı üçün rəsmi qaydada əmək haqqı almamış, buna görə də alimentin növünün dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə əhəmiyyətl olan halları araşdıraraq, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi, adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və cavabdehin himayəsində ikinci nikahından 4 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-7710/2017 nömrəli qətnaməsi əsasında xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında təyin olunmuş alimentin növü dəyişdirilərək, sabit pul məbləğində müəyyən edilməklə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,5 misli həddində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 68 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-7710/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında təyin olunmuş alimentin növü dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət rüsumu hesabına 68 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar