Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5260/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışına hazırlanması iclası xx.xx.2024-cü il tarixə, saat 16:15-ə təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, ərizıdı göstərmişdir ki, Cavabdeh ilə qarşılıqlı razılığa gəlmişlər, cavabdeh ona dəymiş ziyanı ödəmişdir. Ona görə də ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə əsasən, İşin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5260/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5260/2024
09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver