Məhkəmə qərarları › İş №2(125)-527/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-527/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-527/2023 09.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 (min beş yüz) manat pulun və 35 manat ödənilmiş rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehi onun qardaşı Vüqar Hüseynovun vasitəsi ilə tanımışdır. Belə ki, Vüqar Hüseynov 2020-ci iln fevral ayında onun yanına gələrək ondan 400 manat borc pul istəmiş və «Avtoyuma» məntəqəsinə aid sənədi onda saxlamışdır. Bundan sonra aradan bir neç gün keçmiş Vüqar onun yanına gələrək qardaşı Vüsala da pul lazım olduğunu demişdir. O, cavabdehə ilkin olaraq 500 manat vermişdir. Aradan bir neçə ğün keçmiş Vüsal ondan yenədə 500 manat borc istəmişdir. O, cavabdehə ayrı ayrı vaxtlarda hər dəfə 500 manat olmaqla ümumilikdə 1500 manat borc vermişdir. Cavabdeh bunun əvəzində özünə məxsus «Kapital Bank» kartını və texpasportunu ona vermişdir. Sonra cavabdehin ona verdiyi «Kapital Bank» kartını yoxlayanda kartda pul olmadığını müəyyən etmişdir. Cavabdeh ondan borc aldığı 1500 manat pulunu qaytarmadığı üçüq polisə şikayət etmişdir. Polisdə şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsini bildirmişlər. Polis şöbəsində cavabdeh ondan 1000 manat borc aldığını və xx.xx.2022-ci il tarixədək qaytaracağına söz vermişdir. Lakin cavabdeh 1000 manat pulu qaytaracağına söz versə də qaytarmamışdır. O, polis şöbəsində 1000 manat pulun qaytarılması ilə ona görə razılaşmışdır ki, cavabdehin həmin məbləği ödəməyə imkanı çatırdı. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştarkı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh iddia tələbinə qarşı etiraz edərək iddiaçıdan 1200 manat borc aldığını ondan 500 manatını qaytardığını və 700 manat borcu qaldığını göstərmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh Gəncə şəhər BPİ-in 1-ci Polis Polis şöbəsində verdiyi izahatından görünür ki, o, Nürəstə adlı qadından ayrı-ayrı vaxtlarda hər dəfə 500 manat olmaqla ümumilikdə 1000 manat faizlə borc aldığını və həmin 1000 manat borcunu xx.xx.2022-ci il tarixdə qaytaracağını göstərmişdir. İddiaçı Gəncə şəhər BPİ-in 1-ci Polis Polis şöbəsində verdiyi izahatından görünür ki, cavabdehə ayrı ayrı vaxtlarda 500 manat, 500 manat, 200 manat və 100 manat borc verdiyini göstərmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi olmuş, cavabdeh iddiaçıdan borc pul almışdır. İddiaçı cavabdehə 1500 manat borc verməsini iddia etsə də həmin məbləğdə pulun cavabdehə verməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehə 1500 manat borc verdiyini idda etsə də polis orqanına şikayəti zamanı 1300 manat verdiyini göstərməklə ziddiyətli izahat vermişdir. Cavabdeh isə iddiaçıdan 1200 manat borc aldığını və ondan bir qismini qaytardığını və 700 manat borcu qaldığını göstərsə də polis orqanında verdiyi izahatında iddiaçıdan 1000 manat borc aldığını və həmin borcunu qaytaracağını göstərmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədri sübut növü kimi qəbul edib, həmin sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı cavabdehə 1500 manat borc verdiyini iddia etsə də həmin məbləğdə pulun cavabdehə verməsi barədə sübut tədim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunaraq 1000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar